Gəncə Dövlət Universitetindən şikayətlər səngimir.
13-01-2022, 12:59
406

Gəncə Dövlət Universitetindən şikayətlər səngimir.

Azərbaycan Respublikasının Prezidenti
                                                        cənab İLHAM ƏLİYEVƏ
                                                        Surəti: Gündəlik Bakı qəzetinin baş redaktoru
                                                        cənab HABİL VƏLİYEVƏ
  Qeyd:  Universitetdən müəyyən saytlara hər ay aylıq  pul verirlər. Ona görə  də saytlar yazımızı dərc etmir.Xahiş edirik dərc edəsiniz.
       
    Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət   siyasətinin prioritet istiqamətini  təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsidə deyilənlərin əyani sübutudur. Çünki, bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmirlər. Belələri tutduğu vəzifədən asılı olmayaraq qanun  qarşısında cavab verməli olurlar. Amma bu mübarizə tədbirləri hələ də Gəncə Dövlət Universitetində qulaq ardına vurulur.
Hal-hazırda Türkiyənin Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı tədbir keçirilir. Gəncə Dövlət Universitetində ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuş, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçısı, Nizami haqqında çoxlu monoqrafiya və əsərlərin müəllifi, Nizaminin poemalarını farscadan öz dilimizə tərcümə edən, 2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə  2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş professor Xəlil Yusifli kimi nizamişünas  alim vardır. Maraqlıdır ki, qeyd olunan tədbirə Nizami ilə bağlı ensiklopedik biliklərə malik olan  bu şəxs göndərilməmişdir. Bu tədbirə respublika səviyyəsində tanınmış Xəlil Yusifli, Mübariz Yusifov, Maqbet Əhmədov,Yadigar Əliyev, Afaq Yusifli, Səba Namazova kimi alimlər getməliydi. Lakin Nizamini təbliğ etmək üçün həmin tədbirə Gəncə Dövlət Universitetinin baş kompüter ustası, erməni əsilli Vasif Həsənov, rektorun kommunist ideyalı baş müşaviri Asif  Cavadov, ekologiya mühəndisliyi ixtisasını bitirmiş, rektorun baş agenti Pərviz Adıgözəlov, Fətullah Gülənin universitetində təhsil almış Elsevər Nağıyev göndərilmişdir. Bu şəxslərin heç biri ədəbiyyatçı deyil, bu şəxslər Nizaminin neçənci ildə anadan olduğunu belə bilmirlər.
   Maraqlıdır, həmin tədbirdə bu şəxslər Nizami haqqında nə danışacaqlar? Aydındır ki, bu şəxslərin hər birinə 10 gün üçün verilmiş 4000 dollar xərclik pulunun yarısı elə universitet rəhbərliyinin cibinə gedəcək. Çünki, başqa vaxtlarda elmi konfranslara, məzuniyyətlərə və digər xidməti səfərlərə gedən əməkdaşlara heç bir məzuniyyət haqqı ödənilmir. Ən yaxşı halda “kor Teyyub” ləqəbi ilə məşhur olan baş mühasib bir xeyli çək-çevirdən sonra bir nəfərin gününə 7-12 manat arası ezamiyyə xərci ödəyir. Deməli, burda əsas məsələ Nizaminin təbliği yox, ayrılan ezamiyyə xərclərinin xeyli hissəsinin rektorun əsabələrinə və özünə çatmasıdır.
     Müəllimlərin maaşlarının artırılmasından söz düşən kimi “büdcəmiz yol vermir” deyə yaxasını cıran rəhbərlik  özünün agentura şəbəkəsinə səxavətlə ezamiyyə xərcləri, mükafatlar, yüksək maaş, fəxri adlar və təltiflər paylayır. Dövlətin təhsil ocağına yalnız qazanc mənbəyi kimi baxan bu dəstənin məqsədi universitetin büdcəsini qəpiyinə qədər talamaqdır.
    Utancverici bir haldır ki,zəngin tarixə malik olan bu elm, təhsil,təlim-tərbiyə ocağında  dövlətçiliyin əleyhinə təbliğat aparan bəzi  şəxslər hələ də  aparıcı  vəzifələrdə işləyir. Məsələn, konkret olaraq rektorun baş müşaviri Asif Cavadov. Bu şəxsin faktiki fəaliyyəti ilə işlədiyi sahə arasında əlaqə belə yoxdur. GDU-da rüşvət mexanizminin və narazılıqlarla dolu “idarəetmə sistemi”nin başında duran, GDU-nu faktik idarə edən Asif Cavadov haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib. Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur.
     Asif Cavadov kommunist partiyası hakimiyyətdə olanda onun üzvü olmaqla Azərbaycan Texnologiya Univerisitetinin partiya təşkilatının sədri, Xalq Cəbhəsi vaxtında cəbhə üzvü olmaqla həmin Universitetdə kafedra müdiri və Ana Vətən Partiyasının üzvü olmaqla bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon Dairə Secki Komisiyasının üzvü işləmişdir. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər Heydər Əliyevin əleyhinə təbligat aparırdı.
    Heydər Əliyevin əleyhinə təbliğat aparan Asif Cavadov Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderləri ilə ” Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək prezidenti Sizsiz İsa bəy. Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi. Əlbət ki, hər kəsin siyasi mənsubiyyəti onun vicdan azadlığı məsələsidir. Amma eyni bir adamın vicdanı onun mədəsinin tələbatından asılı olaraq tez-tez başqa siyasi məcaralara yönəlirsə, artıq bu əqidəsizlik kimi dəyərləndirilir.
    Gəncədə hamı bilir ki, Asif Cavadov buqələmun kimi cildini tez-tez dəyişmiş, siyasi vəziyyətdən asılı olaraq öz məsləkdaşlarına daim dönük çıxmış, müxtəlif partiyalara transfer olmuşdur. Onun həyat yoldaşı isə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur. Həmin seçkilər ərəfəsində Lalə Şövkət hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Asif Cavadovun həyat yoldaşı Zümrüd Cavadova isə GDU-nun hazırki rektoru tərəfindən Psixologiya kafedrasına müdir təyin olunub. Zümrüd Şirinova (Cavadova) vaxtıilə Ulu Öndərin əleyhinə kəskin bəyanatlar verən bir şəxs, eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur. Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk. ( FOTO 1) Zümrüd xanım kafedranı bir növ özəlləşdirib, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr başlayanda hec kimdən qorxmadan, cəkinmədən müəllimlərdən 20-50 manatdan fond pulu, ad günü pulu, müəllim günü pulu yığır. Kafedranın müəllim və laborantlarını aylığa buraxır…
Ardı var...
                                                                         Hörmətlə,
                                                        Filologiya fakültəsinin əməkdaşları adından
                                                        dosent Yeganə Sabir qızı Hüseynova
                                                        baş müəllim Həmid Camal oğlu Abbasov
                                                        dosent Nazəndə Sabir qızı Hacıyeva
                                                        dosent Nəzmiyyə Məmməd qızı Axundova
                                                        dosent Həsənova Aidə Ədib qızı


P.S Hörmətli Habil bəy, Gəncə Dövlət Universiteti  rektorunun qatı müxalifətçi keçmişi olan  müşaviri Asif Şəmil oğlu Cavadov xeyli müddətdir ki, Azərbaycan tarixi kafedrasının baş müəllimi,vaxtı ilə onun müavini,indi isə ona əyləncəli qadın məclisləri təşkil edən Sevda xanımın vasitəsilə onların gəlini Kəmalə Əliyevadan 5000 manat rüşvət almış, onu işə  götürtdürəcəyini vəd etmişdir. Amma onun diplomu Ramiz Məmmədovun direktor olduğu keçmiş Müəllimlər İnstitutunun saxta diplomlarından biri olmuşdur. Ona görə də onu yalnız analıq məzuniyyətində olan şəxslərin yerinə müvəqqəti olaraq işə götürürlər. Kəmalə Əliyeva müxtəlif yerlərdə, bir neçə aylıq analıq məzuniyyətində olan şəxslərin yerinə işləyir. Tez-tez də onun yerini ordan bura, burdan ora dəyişirlər. Onun son iş yerləri bir müddət təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun yanında köməkçi, hal-hazırda isə Magistratura şöbəsi olmuşdur. Amma özü isə işə gəlmir,tək-tək hallarda gətirib adları gedən şöbələrdə yox,başqa şöbələrdə bir neçə saat oturtdurub yola salırlar. Bu şəxs saxta diplomla maaş alır. Xanımın həyat yoldaşı dəfələrlə Asif Cavadovdan pulunu tələb etsə də onun pulunu qaytarmırlar. Xahiş edirik,bu cinayət xarakterli işi ictimailəşdirəsiz..
 
Hörmətlə,
tarix üzrə fəlsəfə doktoru,dosent
Hüseyn Bəxtiyarov

Oxşar xəbərlər

Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
"Korrupsiyada təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq" - Kamran Əliyev
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
FHN-nin Agentlik rəisi milyonluq villaları hansı qazancı ilə tikdirib? - İLGİNC
Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi-Xahiş edirəm vəziyyəti öz nəzarətinizə götürəsiniz
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetindən - ŞİKAYƏT
"DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Taleyi ilə barışan icra başçıları: Növbə kimindir? - VİDEO
Dövlət Baxçalı İlham Əliyevə hədiyyə göndərdi
Qazaxıstanda məmurların xarici banklarda hesab açması qadağan edildi
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Saatlı Suvarma Sistemləri İdarəsində nə baş verir? – ŞİKAYƏT (VİDEO)
Zərdab sakinləri Prezidentə müraciət etdi - VİDEO
Korrupsiyayla bağlı vəzifəli şəxslərə qarşı tələblər sərtləşdirilir
Bakıda saxta COVID-19 pasportu verən vəzifəli şəxslər İFŞA EDİLDİ
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Səs-küylü həbslər başlayır – Sensasion adlar var...
Daha bir vəzifəli şəxs rüşvətə görə həbs olundu
Mətbuatda vəzifəli şəxslər barəsində yayımlanan yazılar araşdırılır -BAŞ PROKUROR
“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat