Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Nizami Məmmədovun 10 milyonluq villası.. - NİZAMİ MƏMMƏDOVUN MİLYONLARI…
14-01-2022, 20:03
2 480

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Nizami Məmmədovun 10 milyonluq villası.. - NİZAMİ MƏMMƏDOVUN MİLYONLARI…

“Finansist-general”  “Generallar şəhərciyi”ndəki  bu villanı  maaşla necə tikdirib ? 

Ötən yazılarımızda  “Generallar şəhərciyi”ndən bəhs etmişdik. 
Qısa  xatırlatma üçün qeyd edək ki, Səbail rayonunun Badamdar qəsəbəsində  bəzi  generallar özləri üçün  ayrıca şəhərcik salıblar və öz aralarında buranı “Generallar şəhərciyi” adlandırırlar..
Bu şəhərcikdə bəzi  generallar  dövlətin Müdafiə Nazirliyinə ayırdığı milyonların hesabına özləri və yaxınları üçün  dəyəri 10 milyonlarla olan villalar ucaldıblar. 
Biz bir media orqanı olaraq  44 günlük  savaşda qazandığımız  möhtəşəm qələbəyə zərrə qədər də olsun kölgə salmaq fikrindən uzağıq. 
Amma Müdafiə Nazirliyi  sistemində baş verən neqativ hallara da göz yummaq  fikrində deyilik. 
Çünki neqativ hallar, rüşvət və korrupsiya halları dövlətimizin dayağı olan Orduda yol verilməzdir. 
Heç kimə sirr  deyil ki,  bəzi generallarımızın mal-qara ferması, restoranları, villaları, ticarət obyektləri, yüz hektarlarla  torpaq sahələri və s barəsində  zaman-zaman dövrü mətbuatda yazılar dərc olunub. 
Çox təəssüf ki, bu yazılar müvafiq qurumlar tərəfindən sonadək araşdırılmır  və günahkar şəxslər layiq olduqları cəzanı almırlar. Bu isə cəmiyyətdə cəzasızlıq  mühiti yaradır. 
Və nəticədə az qala orta əsr krallarının qəsrlərini xatırladan  “Generallar şəhərciyi”  ortaya çıxır. 
Axı, bu boyda şəhərciyi  generalların dövlətdən aldığı maaşla tikdirmək heç cürə mümkün deyil. Deməli, ortada  rüşvət, korrupsiya və ciddi maliyyə pozuntuları var. 
Söhbət MALİYYƏ-dən düşmüşkən…
Bəli, “Genarallar şəhərciyi”ndə ən möhtəşəm villalardan biri kimə məxsus olsa yaxşıdır ?
Bəli, məhz Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor  Nizami Məmmədova. 
Dəyəri  təxminən 10 milyon manatla ölçülən möhtəşəm villa  uzaqdan adamı çağırırır ki, mən korrupsiya və maliyyə oğurluğu ilə tikilmişəm. 
Kimsə bizdən fakt-filan tələb edə bilər. Amma atalarımız  deyib ki, görükən VİLLAYA nə bələdçi ?
Axı, adicə ibtidai təhsili olan adam da Nizami Məmmədovun maaşını aylara, sonra əmək stajına, yəni illərə vurub-çıxıb görər ki, alınan SUMMA  villanın dəyərinin  heç 10 faizini eləmir. 
Yaxşı bu illər ərzində cənab generalın özü, ailə üzvləri nə yeyib, nə xərcləyib ki…
Bu boyda villa tikdirib. 
Bu hələ Nizami Məmmədovun sahib olduğu çoxsaylı müklərdən, əmlakdan biridir. Biz hələ generalın milyonlarını saymırıq. 
Həm də Nizami Məmmədovun vəzifəsi də adamı uzaqdan çağırır: MALİYYƏ İDARƏSİNİN RƏİSİ…
Deməli, dövlətin  orduya və müdafiə sisteminə ayırdığı 100 milyonlar Nizami Məmmədovun qələminin ucundan gəlib keçir. 
Məlumat üçün onu da qeyd edək ki, Nizami Məmmədov Müdafiə  Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sadiq kadro”larından biridir. 
Yeri gəlmişkən, Nizami Məmmədov barəsində əvvəlki xidmət sahələrində  bir neçə dəfə cinayət işi açılsa da…
Bu barədə növbəti yazıda bəhs edəcəyik. 
Bizi izləyin.





Oxşar xəbərlər

Generallarımızın özəl  qəbristanlığı, şəxsi şəhərciyi... -  Generalların qəbristanlığında  hazır qəbrlər öz sahibini gözləyir...
Badamdar qəsəbəsi, yoxsa  “Generallar şəhərciyi”..? -  General  Nəcməddin Sadıkov və ətrafı  Badamdarı necə özəlləşdirib ?
"Erməni generallar yüzlərlə əsgəri öldürüb" - Baqdasaryan
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
Türkiyəli generallar Müdafiə Nazirliyində görüş keçiriblər
Generallar nazirin vəfatı ilə bağlı başsağlığı verdilər
Yerevanda Müdafiə Nazirliyi mühasirəyə alındı - Generallar hasardan tullanıb qaçdılar
Paşinyan Papikyanı buna görə müdafiə naziri təyin edib
Erməni generallar həbs təhlükəsiylə üzləşib: Evlərində axtarış aparılır
FHN-nin Agentlik rəisi milyonluq villaları hansı qazancı ilə tikdirib? - İLGİNC
Təltif edilməyən generallar - SİYAHI
Hulusi Akar Suriya ilə sərhəddə gedib
Polkovnik Elxan İbrahimov vəzifəsindən AZAD EDİLDİ - ÖZƏL
“Qarabağlı və yerevanlı generallar arasında böyük konflikt var” - Politoloq
Ermənilərin "İsgəndər"i atəş açıb, yoxsa yox?
Erməni generallar Qarabağdan necə qaçıb? - Eduard Vartanyan onları ifşa edir - Video
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Hərbi polisin sabiq rəisi:”Ordumuzun taleyi ilə oynayan bəzi rüşvətxor məmurlar öz layiqli cəzalarını alacaqlar”
Bu generallar ehtiyata BURAXILDI
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Nazir əsgərlərin təminatında nöqsana yol verən şəxsləri cəzalandırdı
Ərdoğandan təcili toplantı
“Moskvanın adamı” könüllülər(?) dəstəsi ilə  Qarabağa gəldi -“Yaman nişangaha gəlir ha!..”
Müdafiə Nazirliyində mənzil bölgüsü, yoxsa haqq-hesab ?-  Nizam Osmanovun  dəstəsinin mənzil biznesi
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Zakir Həsənov onları CƏZALANDIRDI
“Gündəlik  Bakı”  HƏYƏCAN  TƏBİLİ  çaldı-  Mehdiabadda qaçqın şəhərciyində su AYDINlıq deyil, TƏHLÜKƏdir...