“Gündəlik-Bakı” qəzetinin Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqovanın qanunsuz əməlləri, tender maxinasiyaları, tabeçiliyində olan şəxslərə qarşı qanunsuz hərəkətləri, dövlət vəsaitini mənimsəməsi və s barədə silsilə araşdırma yazılarından sonra redaksiyamıza zəng edərək hədə-qorxu gələn, hətta redaksiyamıza  “ordu yeridəcəyi” ilə təhdid edən şəxslərlə  bağlı Baş redaktor Habil Vəliyevin cənab Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanlanan müraciəti operativ olaraq yüksək səviyyədə nəzarətə götürülüb. 
Və məsələnin araşdırılması Binəqədi PRİ-nin 7-ci Polis Bölməsinə həvalə edilib. 
İnanırıq ki, redaksiya kollektivinə qarşı baş verən təhdidlər diqqətlə araşdırılacaq və günahkar şəxslər layiq olduğu cəzanı alacaqlar. 
Kollektivimiz adından cənab nazir Vilayət Eyvazova təşəkkürümüzü bildiririk.