Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 4 ilə yaxındır ki, rayona rəhbər təyin olunub. Təyinat aldıqdan bir müddət sonra rayon ərazisində abadlıq, quruculuq işləri ilə yaxından tanış olmaq üçün tez-tez məhəllələrdə görünərdi. Bir müddət öncə Binəqədi rayonu ərazisində, Mir Cəlal kücəsində ağacların kəsilməsinin qarşısını almaqda aciz qalan icra başçısı kimi yaddaşlarda qalıb. Amma Elxan Allahverdiyev yenicə İcra başçısı təyin olunan şəxslərlə eyni münasibətdə olmağı ilə diqqət çəkir.
Elxan Allahverdiyevin yaxın ətrafından sızan məlumatlara görə, sözü gedən şəxs yaxın günlərdə "Azərsu" ASC-yə rəhbər təyin olunacaq. Bir neçə gün öncə yeni təyin olunmuş icra başçılarının "sevinc" məclisində həmin vəzifəyə məhz Elxan Allahverdiyevin təyin olunacağı ilə bağlı tost da deyilib. Elxan Allahverdiyev öz növbəsində özlərinə ağsaqqal bildiyi şəxsə minnətdarlıq bildirib.
Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.