Bəs 69 min 914 manat dəyərində mətbəə blankı ..?
“Gündəlik-Bakı” olaraq 2019-cu ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın bir çox əməlləri ilə bağlı silsilə yazılar dərc etmişik.
Uzun-uzadı bəhs etmədən qeyd edək ki, son iki ildə Səkinə Sadıqovanın adı Sumqayıt şəhər səhiyyə şöbəsinə dövlətin ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada hallandırılıb.
Təsəvvür edirsiniz, ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik. (bu yazılar müxtəlif medialarda dərc olunub)
Səkinə Sadıqova Sumqayıtda istənilən xəstəxananın baş həkiminin xəbəri olmadan istədiyi adamı qanunsuz olaraq hansı vəzifəyə və hansı xəstəxanada istəyirsə ora təyin edir və baş həkimlər buna etiraz edə bilmirlər.
Səkinə Sadıqova təkcə dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımaqla kifayətlənmir.
Həm də Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya mərkəzinə çevirib.
Və qarajın müdiri Kamran Əhmədovun əli ilə qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir.
İndi isə Səkinə Sadıqovanın “tender biznesi”ndən bəhs edək.
Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb.
İndi əlimizdə olan sənədlər əsasında Səkinə Sadıqovanın keçirdiyi tenderləri təhlil etməyə çalışaq.
Deməli, redaksiyamıza daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona yaxın dövlət vəsaitini özü bildiyi kimi xərcləyib.
32 şirkətin hamısını birdən birə deyil, növbə ilə araşdırmaq qərarına gəldik.
Deməli, ilk olaraq əlimizdəki sənədlərdə əks olunan “Mətbəə blankları” xərcindən başlayaq.
Deməli, Səkinə Sadıqova mətbəə blankı almaq üçün “BURRELL TT” MMC ilə 19 min 959 man 53 qəpik , “A4 Plaza” MMC ilə 49 min 955 manat 90 qəpik məbləğində müqavilə imzalayıb.
Birincisi, görəsən, Səkinə Sadıqova 19 min 959 man 53 qəpik + 49 min 955 manat 90 qəpik = 69 min 95 manat 43 qəpik dəyərində blankı neylirdi..?
Yəni 70 min dəyərində mətbəə blankını bir neçə vaqona yükləsən çəkib apara bilməz.
İkincisi və ən vacibi bilirsiniz nədir ?
Səkinə Sadıqovanın 50 min manat pul ayırdığı “A4 Plaza” MMC-nin dövlətə 100 min manatdan çox vergi borcu var.
Onda ortaya sual çıxır ki, ay Səkinə doktor, dövlətə yüz min borcu olan şirkəti necə qalib elan edib, ona blank almaq üçün 50 min manat pul vermisiniz ?
Yəni bütün bu məsələlər dövlət qurumları tərəfindən ciddi araşdırılmalıdır.
Onu da qeyd edək ki, Səkinə Sadıqovanın qalib elan etdiyi digər şirkət, yəni “BURRELL TT” MMC barədə Dövlət Vergi Xidmətinin saytında heç bir məlumata rast gəlmədik.
Bu necə olur, ay Səkinə xanım..?
İndi isə Səkinə Sadıqovanın dəftərxana biznesinə nəzər salaq.
Əlimzdə olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızı alıb.
Görəsən 300 min manata yaxın dəftərxana kağız-kuğuzunu Səkinə xanım neyləyirmiş..?
Və bu pulları "MEDPROQRESS" MMC ( 196 min manat) və “NUR-E.A” MMC ( 71 min 54 manat 30 qəpik ) arasında bölüşdürüb.
Sözün düzü, vn.taxes.gov.az saytında da bu şirkətlər barəsində konkret məlumata rast gəlmədik.
Yəni bu şirkətlər konkret şəxslər tərəfindən tenderi udmaq üçün yaradılır.
Yəqin ki, tender biznesində Səkinə Sadıqovaya ən böyük dayaq İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşad olub.
Bizim araşdırmamız davam edir.
İndi söz müvafiq dövlət qurumlarınındır.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yazıda müxtəlif media qurumlarının məlumatlarından istifadə edilib.
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi… - Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızını nə edib ?
11
mart
21:42

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova barəsində dövlət qurumları niyə susur..?
İstintaq ədalətli keçərsə, Səkinə Sadıqova və Kamran Əhmədovu hansı cəza gözləyir..? - Sumqayıt şəhər səhiyyə şöbəsinin qarajında “razborka”
Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
SUMQAYIT SƏHİYYƏSİ MƏQSƏDLİ ŞƏKİLDƏ DÖVLƏTİN PULUNU GÖYƏ SOVURUR
87 yaşlı qadını qohumu tövlədə SAXLAYIRMIŞ
Azərbaycanda 20 yaşlı hamilə qadın intihar edib
Xalq artistinə ağır itki üz VERDİ
Tövlədə bağladığı 87 yaşlı qadının pensiyasını da mənimsəyibmiş - RƏSMİ
Azərbaycanda ər arvadını uşaqlarının gözü qarşısında döyüb öldürdü
Qadına qarşı zorakılıq edən şəxsin işi məhkəməyə göndərildi
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Xalq artistinin qızına hökm oxundu
Fəxrəddin Manafova ağır itki üz verdi
Azərbaycanda kişi arvadını döyə-döyə öldürdü
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Sabiq deputat vəfat etdi
Gəncə Şəhər Endokrinoloji xəstəxanasında ÖZBAŞINALIQ - GİLEY
Azərbaycanda icra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU
Evdən 40 min dollar və 8 min manatlıq qızıl oğurlandı
Sumqayıt Tibb Mərkəzi yaradılıb
Oğurluq edən keçmiş məhkum SAXLANILDI
Azərbaycanda toy məclisində hadisə
Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 milyon manatlıq mal alır
- Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi
- Avropada günün maraqlı futbol oyunları - AFİŞA
- Şuşaya axund təyin olundu
- İsveçrə Gülnarə Kərimovanın 1,4 milyardlıq əmlakına həbs qoydu
- Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO
- Mingəçevirdə qətl törədən şəxs saxlanıldı - (YENİLƏNİB)
- Davit Babayan da həbs olundu - RƏSMİ
- Ölkəyə külli miqdarda narkotik gətirənlər saxlanıldı - VİDEO
- Ürəyin ilk fəaliyyətə başlaması alimləri heyrətləndirdi
- Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq
- DİQQƏT! Bu qidalar dişlərə zərər verir
- Ərəblər Salah üçün böyük pul təklif edir
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”
- Bu vaxtlarda qəhvə içmək olmaz
- Həzm üçün zərərli olan tərəvəzlər
- Gecə yemək istəyindən qurtulmağın sadə yolları
- "MDB ölkələrinin güclü orduları olmalıdır" - Şoyqu
- Azad edilmiş ərazilərdə daha 29 mina aşkarnıb AŞKARLANDI
- Məşhur futbolçunun dördüncü övladı olacaq