İcra başçısı işə velosipedlə, bəlkə atla gəlib-gedir…
RİH-nin saytında bütün qrafalar niyə boşdur ?
Neçə illərdir ki, Gündəlik-Bakı olaraq yazırıq ki, rayonların icra hakimiyyətlərinin saytı hansısa həvəskarın, yaxud bloqqerin saytı deyil. Bu rəsmi dövlət orqanının, hakimiyyətin saytıdır, burada bir qayda-qanun yaradın.
Amma kimə deyirsən..?
Hər rayon icra hakimiyyətinin saytı öz başçısına oxşayır.
İndicə İmişli Rayon İcra Hakimiyyətinin saytını açırıq.
http://www.imishli-ih.gov.az/
Bilmək istəyirik görək bizə daxil olan məlumatlar nə dərəcədə həqiqətə uyğundur, ya yox, amma...
Əmması odur ki, saytda icra başçısının adının qarşısında Rzayev Elçin Adil oğlundan başqa heç bir məlumat yoxdur.
Təsəvvür edirsiniz bu adamın adının qarşısında adicə telefon nömrəsi də yoxdur.
Bəs görəsən bu adam işçilərlə necə əlaqə saxlayır..?
Təsəvvür edirsiniz icra başçısının 1-ci və digər müavinin adının qabağı boş qalıb, telefon nömrəsindən danışmağa dəyməz.
RİH başçısının köməkçisi qrafası da bomboşdur.
Vallah, bizi qınamayın, dəlixanadır.
Bəs icra başçısı köməkçi olmadan necə işləyir ?
Axı, icra başçısı Elçin Rzayev 2 ildir bu vəzifəyə təyin olunub. Hələ özünə katibə, köməkçi-zad götüməyib..?
Hələ bu harasıdır ?
Adətən icra hakimiyyətlərinin saytlarında sürücüləri texniki işçi kimi göstərirlər.
İmişli RİH-nin saytında sürücü də yoxdur.
Bəs Elçin Rzayev işə necə gəlib-gedir..?
Bəlkə velosiped sürür, bəlkə atla, dəvə ilə işə gəlib gedir..?
Necə yəni köməkçi yox, sürücü yox və s..
Bəlkə, cənab başçı köməkçisini və sürücüsünü mediadan gizlədir ?
Çünki bizə daxil olan məlumata görə, iki il əvvəl Elçin Rzayev icra başçısı olan kimi qardaşı Şamil Rzayevi özünə köməkçi götürüb. Bacısı oğlu Hafizi isə özünə sürücü təyin edib.
Deməli, icra başçısı Elçin Rzayev icra hakimkiyyətini ailə podratına çevirib.
Hələ bu harasıdır ?
İcra başçısının qardaşı, yəni köməkçisi Şamil Razyev rayondakı bütün bələdiyyə sədrlərinə deyib ki, mənə aylıq verməlisiniz.
Adama deyərlər bələdiyyə sədrlərinin köməkçiyə nə dəxli var..?
Məlumdur ki, İmişli RİH-nin sabiq başçısı, hazırda həbsxanada olan Vilyam Hacıyevin həbsindən sonra Elçin Rzayev rayona icra başçısı təyin olundu.
İndi bir biabırçılığa da nəzər salaq ?
RİH-nin saytında (http://www.imishli-ih.gov.az/) icra başçısı ilə bağlı bircə cümlə yazılıb. Kimin şübhəsi varsa, buyurub baxsın.
İcra Hakimiyyətinin başçısı
- Rzayev Elçin Adil oğlu
Lənət şeytana. Bu adamı kim, nə vaxt, neçənci ildə icra başçısı təyin ediblər..?
Bu adam harada doğulub, harada yekəlib, harada oxuyub, harada işləyib, kimin qohumudur..?
Niyə bunları gizlədir ?
Özümüz xeyli axtarışdan sonra öyrənə bildik ki, 21 may 2020-ci ildə Elçin Rzayev İmişliyə icra başçısı təyin olunub. Özü də hansı ali məktəbi bitirdiyi, orduda olub-olmadığı bəlli deyil. Ancaq o məlumdur ki, Elçin Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində Kərəm Həsənovun yanında şöbə müdiri işləyib. Sonra Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqda Elçin Rzayev onun yanında qısa müddət rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri işləyib, 1 ay sonra müavin olub və oradan da İmişliyə icra başçısı gedib.
Bu adam Dövlət Əmlak Komitəsində çalışdığı zaman milyonlara sahib olub. Bununları qoyaq bir kənara.
Təsəvvür edirsiniz ki, rayon camaatının dediyinə görə hər ay rayondakı bələdiyyələrdən, idarə müdirlərindən, iş adamlarından nə isə alan icra başçısı bir Qarabağ qazisinin yanan evini təmir etdirə bilmir və deyir ki, məndə vəsait haradandır ?
Qarabağ qazisi deyir ki, qohumların köməyi ilə tikdiyim evim yanıb kül olub, hazırda yaşamağa yerim yoxdur, bir balaca daxmada gecələyirik. Ancaq icra başçısı Elçin Rzayevin heç vecinə də deyil.
Rayon sakinləri deyir ki, təzə icra başçısı Elçin Rzayev köhnə, həbsdə olan icra başçısı Vilyam Hacıyevin dədəsinə rəhmət oxutdurur.
Elçin Rzayev Vilyam Hacıyevin köhnə, korrupsioner komandası ilə elə çulğalaşıb ki...
Bəli, Vilyam Hacıyevlə birgə rayonu xaraba qoyan məmurlar məhkəmədə Vilyam Hacıyevin üzünə durduqları kimi bir gün də Elçin Rzayevin üzünə duracaqlar.
İcra başçısı abadlıq və quruculuq işləri adı altında dövlətin ayırdığı vəsaiti mənimsəyir.
İcra başçısından soruşan lazımdır ki, rayondakı Şəhidlər Xiyabanını hansı sahibkarın pulu ilə tikdirmisən..?
Bəs dövlətin vəsaiti hara gedib..?
Bir sözlə, icra başçısı Elçin Rzayev Prezidentin etimadını doğrultmur. Deyəsən vaxtı çatıb..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İmişlinin icra başçısı Elçin Rzayevin gizli tərcümeyi-halı… - İcra başçısının köməkçisi, sürücüsü yoxdur ?
30
mart
11:03

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İcra başçısı sahibkarlara Qurbanlıq üçün cöngə aldırır – İmişlidə
İcra başçısına yeni müavin təyin edildi
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Eldar Əzizovun iki kadrı bu rayonlara icra başçısı təyin olundu
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı harda işləyib?
Əhmədzadənin qardaşı da YOL ÜSTÜNDƏDİR - İDDİA
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Abşeron RİH-də daha bir KADR İSLAHATI - ƏMR
İmişli Rayon İcra Hakimiyyətində müavin statusları ləğv olunub?... - Rayon İcra Hakimiyyətində heç kim müavin olmaq istəmir.
İcra başçısı köməkçisini İŞDƏN ÇIXARDI
İmişlinin icra başçısı Elçin Rzayev kimdir, nəçidir ? - İmişli sakini olan 2-ci Qarabağ qazisinin, ata-oğulun müraciəti...
Prezident icra başçısını işdən çıxardı
İcra başçısı bacısı oğlunu vəzifəsindən azad etdi
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
İmişlinin yeni başçısı da VİLYAM YOLU GEDİR... - NARAZILIQ!
Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısının birinci müavini İŞDƏN ÇIXARILDI
Ağsu İcra Hakimiyyəti yeni başçını "qəbul etmir" - FOTOFAKT
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
İcra başçısının həbs müddəti artırılır
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
"Mərdan Camalov Zərdabdan qaçıb?" - Sakinlər onu axtarır...
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- 25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...
- Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu
- Tələbələr imtahandan keçid üçün görün hansı üsula əl atırlar - VİDEO
- İraqın şimalında əməliyyat: 2 PKK terrorçusu zərərsizləşdirildi
- Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA
- Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı - Təfərrüat
- Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar