Emil Səməndərov  “oğru aləmi”  ilə vətəndaşlara hədə-qorxu gəlir...

Emil Səməndərovdan 500 min istəyən kimdir..? 


Sovet dönəmininn başa  çatması ilə vətəndaşların pulsuz mənzillə  təmin olunması məsələsi başa çatdı. 
Yəqin yaşlı insanlar  bilir ki, tələbəliyi başa vuran və təyinat üzrə  işlə təmin olunan şəxs 3 il müddətində mənzillə təmin olunmalı idi. Bu qanun idi. 
3 il  müddətinə qədər isə  ailəvi yataqxanada yer alırdı. 
Digər zavod və fabriklərdə çalışan insanlar da mənzil növbəsinə dayanaraq uzağı  4-5 ildə mənziə sahib olurdular. 
Özü də pulsuz...
Amma  müstəqillik  dönəmində  bu məsələ başa çatdı. Yəni kimin pulu-parası varsa, 20 yerdə ev ala bilər, pulun-paran yoxdursa,  özün bil...
Məhz buna görə də, Mənzil Koopertaiv Təşkilatları  ( MTK ) bundan istifadə edərək,  vətəndaşların mənzilə olan tələbatını ödəmək üçün müxtəlif yollara əl atdılar. 
Və şəhərin müxtəlif yerlərində torpaq sahəsi alaraq  uca binalar tikməyə və vətəndaşlara mənzillər satmağa başladılar. 
Yəni  birincisi, MTK-nın sahibi Bakı Şəhər İcra Hakimiyyətinə, tikintinin olacağı ərazinin Rayon İcra Hakimiyyətinə, nə bilim Arxitektura Komitəsinə, FHN-ə, Qaz idarəsinə, Su İdarəsinə, İşıq İdarəsinə  və daha haralara külli miqdarda rüşvət verərək  bina tikintisinə icazə alırdılar. 
Deməli, əvvəlcədən mənzillərin qiyməti  1-ə 5 dəfə artırdı. Çünki ortada rüşvət var. 
Ona görə də  MTK rəhbərləri əvvəlcədən mənzil almaq istəyən şəxslərdən  xeyli miqdarda pul alaraq müqavilə  bağlayır və mənzilin uzağı 1 ildən sonra hazır olacağını vəd verirdilər. 
Sözün qısası, vədə tamam olanda mənzil hazır olmurdu, ya da bəlli olurdu ki, 1 mənzil bir neçə  nəfərə satılıb. 
Məsələ məhkəməyə çıxanda məhkəmə də  öz pulunu alıb MTK sahibini haqlı  çıxarırdı. 
Gündəlik-Bakı oalraq  belə MTK sahiblərindən biri, yəni  “Proqress 2016” MMC-nin sahibi  Emil Səməndərovun əməlləri  barədə xeyli müddətdir ki, yazırıq.
Birincisi, onu vurğulayaq ki, Emil Səməndərovlar gəlib-gedə bilər. Amma minlərlə vətəndaşı dövlətdən narazı salmaq, yolverilməzdir. 
Bu böyük cinayətdir. Vətəndaşın öz dövlətinə inamı sarsılanda böyük problemlər yaranır. 
Sözün qısası, bu Emil Səməndərov köhnənin aldadanıdır. Bunu biz demirik.  
Bu adamın barəsində Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt  və s məhkəmələrdə konkret dələduzluq əməli ilə bağlı  xeyli sayda cinayət işi olub. 
Amma Emil Səməndərov  hansı yollasa, daha doğrusu, rüşvət yolu ilə  “quyu”dan çıxa bilib. 
Bax, onda  Emil Səməndərov  düşünüb ki, PULUNU ver, nə istəyirsən elə...
Deməli, daha  böyük  “razmer”də, böyük miqyasda dələduz olmalısan ki, sənə dəyib-toxunan olmasın. 
Beləcə, Emil Səməndərov  xırda dələduzluqdan əl çəkərək böyük işlərlə məşğul olmaq qərarına gəlib. 
Və beləcə, bir nəfərə 5-10 manat deyil,  5-10 nəfərə mənzil atıb. 
Deməli, ortada müqavilə olsa da, vətəndaş gəlib görür ki, ona məxsus mənzildə başqa ailə yaşayır. Və onların da qanuni  sənədləri var. 
Beləcə,  Emil Səməndərovun  1200  nəfər “dvoynik”  müştərisi əmələ gəlib. 
Yəni 1200  nəfər  müştərini Emil Səməndərov aldadıb.
Bunu  50-60 min manata vuranda milyonlarla pul edir. İndi pulunu ödəyib mənzil sahibi ola bilməyən vətəndaşlar qalıblar dövlət qurumlarının arasında. 
Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçirirlər. Amma faydası yoxdur. 
Hətta  şikayətçilər deyir ki, Emil Səməndərov özünə  idmançı mühafizəçilər götürüb, biz ona yaxınlaşa da bilmirik. 
Təsəvvür edirsiniz vətəndaş  gedib pulunu da geri tələb edə bilmir. 
Söhbət sıravi vətəndaşlardan getmir ee....
Şəhid ailəsi   Emil Səməndərovdan hətta halal pulunu geri ala bilmir. 
Belə ki, 44 günlük vətən müharibəsinin iştirakçısı olan şəhid  müharibədən əvvəl  Emil Səməndərovun  MTK-sına pul ödəyərək mənzil sahibi olmaq istəyib. 
Vətəndaş  torpaq uğrunda şəhid olub. Şəhidin valideynləri MTK-ya ödənilən pulu, ya da mənzili tələb edirlər. Bəlli olur ki, mənzil başqasına  satılıb. 
Yaxşı, heç olmasa, şəhid ailəsinin pulunu özünə qaytar də, Emil Səməndərov...
Redaksiyamıza daxil olan son məlumatlara görə, Emil Səməndərov indi də “oğru aləmi”  ilə danışaraq  şikayətçi vətəndaşlara  hədə-qorxu gəlir. 
Sözün düzü, inanmaq istəməzdik ki, oğru ələminin nümayəndələri  haqqı və hüququ tapdalanan  sıravi vətəndaşları deyil,  dələduzluqda adı hallanan şəxsləri müdafiə edə...
Buna inana bilmirik. 
Bütün bunları bir kənara qoysaq, bəs ölkədəki hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə sistemi nə düşünür..? 
Emil Səməndərov hər yerdə deyir ki, lazım olan yerə 500 min manatı çatdırmışam. 
Burda  deyiblər ki...no komment....
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.