“Location” gecə klubunda baş verənlərdən nəticə çıxarmadıq..?
Son 30 ildə, yəni müstəqillik dönəmində tikilən hotellərin, gecə klublarının, restoranların sayına nəzər salanda adam dəhşətə gəlir.
Axı, ən yüksək səviyyədə etiraf olunub ki, Azərbaycanda turizm çox aşağı səviyyədədir. Bunu bilməyən yoxdur. Düzdür, son vaxtlar bu sahəyə diqqət ayrılıb.
Belə olan halda bu qədər bahalı hotellər nəyə lazımdır..?
İcazə verin biz deyək.
Bu hotellər turistlər üçün nəzərdə tutulmayıb və konkret olaraq təyinatları başqadır...
Yəqin ki, anladınız...
Bəli, Bakımızda fəaliyyət göstərən 3-4 ulduzlu hotellərin çoxu qeyri-təyinat üzrə işləyir. Hətta lazım gələrsə, Bakıdakı ən bahalı hotellərdə hansı nazirlərin, məmurların, səfirlərin gecələdiyini də hotel sahibi olan sabiq nazirlərin üzünə deyə bilərik.
Gündəlik-Bakı olaraq xeyli müddətdir ki, Bakıda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları ilə bağlı silsilə yazılar dərc edirik.
Məqsədimiz nəsə əldə etmək deyil, milləti faciəyə aparan bu iyrənc prosesi dayandırmaqdır.
Əlbəttə, xarici ölkələrdə də bu tip obyekrlər var. Ancaq onlar şəhərin mərkəzində, yaxud məktəbin yanında başqa ad altında deyil, şəhərdən kənarda konkret öz təyinatlarına uyğun adla fəaliyyət göstərirlər. Və cəmiyyət də bunu başa düşür.
Bizdə son 30 ildə nə qədər gecə barları, gecə klubları, restoranlar açılıb ki, hamıya bəlli olan təyinat üzrə fəaliyyət göstərirlər.
Təsəvvür edirsiniz, bir neçə il əvvəl Almaniya səfirliyinə yaxın ərazidə, şəhərin mərkəzində yaşayan sakinlər şikayət edirdilər ki, gecə klubundakı hay-küydən, erotik musiqidən evdə otura bilmirik.
Bu gün məşhur “Torqovıda” belə gecə klubları kifayət qədərdir.
Bəzi məmurların ölkəmizə dəvət etdiyi ərəb dostları təkcə meşələrimizdə, qoruqlarımızda nadir quşları ovlamır ee....
Torqovıda ərəb qonaqlar başqa “quşları” da ovlayırlar, daha doğrusu, milli-mənəvi dəyərlərimizə elə zərbə vururlar ki...
Bəli, elə itirdiklərimiz var ki, onu nə vaxtsa bərpa edə biləcəyik. Amma elə itirdiyimiz mənəvi-əxlaqi dəyərlər var ki, onu təəssüf ki, heç vaxt bərpa edə bilməyəcəyik.
Gündəkli-Bakının bu mövzuda dönə-dönə yazmasının da əsl səbəbi budur.
Bir neçə gün öncə Bakının mərkəzində qaz balonundan partlayan Location gecə klubunda baş verən faciə bizə dərs olmadı..?
Görəsən, müvafiq dövlət qurumları hara baxır..?
Nə qədər insan yaralandı, şikəst oldu, ölənlər var...
Təsəvvür edirsiniz xristian ölkələrində gecə saat 12-dən sonra spirtli içkilər qadağan edilib.
Amma Allah qoymasa, islam ölkəsi olan Azərbaycanın paytaxında gecə səhərədək nəinki spirtli içkilər verilir...
Kim bizə qarantiya verə bilər ki, həmin gecə klublarında narkotik verilmir..?
Biz bunu təsdiq etmirik, amma əksini də ehtimal edirik...
Belə gecə klubu kimi fəaliyyət göstərən, təyinatı üzrə restoran olan obyektlərdən biri də GALİANO-dur.
Düzü, bu obyektin adının mənasını anlamağa çalışsaq da bir tərəfə çıxarda bilmədik.
Yeri gəlmişkən, bu özü də Azərbaycanda ciddi problemdir. Nə qədər xarici ad altında gecə klubları, restoranlar fəaliyyət göstərir.
Sözün qısası, apardığımız müşahidələr zamanı gördük ki, Galiano restoranında əsasən gecələr məmur övladları hər cür oyundan çıxırlar.
Milli-mənəvi dəyərlərimizə zidd olan bu obyektin fəaliyyəti 3-4 ay öncə dayandırılmışdı və işləməsinə icazə verilmirdi.
Hansısa güclü məmur əli ilə Galiano öz fəaliyyətini yenidən bərpa edib.
Yeri gəlmişkən, bir neçə gün öncə belə obyektlərin birində transseksualı, “geyi” öldürən azərbaycanlı gəncə hökm oxundu.
Kim qarantiya verir ki, belə bir hadisə Galiano restoranında baş verməyəcək..?
Deyilənlərə görə, Galiano-nun müştərilərinin bir hissəsi məhz “gey”lər, transseksuallardır.
Burada hər gecə dollar yağışı olur, külli miqdarda pul xərclənir.
Görəsən, bir gecədə 100 minlərlə manat qazanan bu Galiano restoranı dövlətə nə qədər vergi ödəyir..?
Görəsən hüquq-mühafizə orqanları bu tip obyektlərdə baş verən alverləri görmürlər..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
“Galiano”da gecələr baş verənləri hüquq-mühafizə orqanları görmür..? - Məmur övladlarının gecə oylağında nələr baş verir..?
12
aprel
13:25

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi? - AÇIQLAMA
Qarabağda lüks hotellər tikiləcək - VİDEO
Gecə klubunda yaralananlardan daha bir nəfər vəfat ETDİ
Gecə klubunda yaralananlardan daha bir nəfər vəfat ETDİ
Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər - Dövlət Turizm Agentliyi
Turistlər belə yerlərə niyə gəlməlidir ki? - Natəmizlik, aşağı səviyyəli xidmət...
“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Rayonlara gediş-gəlişin bərpası bölgələrdə turizmə necə təsir edib?
Regionlardakı hotellərdə bahalaşma varmı?
“Location”da yaralananlardan daha biri vəfat etdi
Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək
Nərimanovda köhnə qəbristanlıqda MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
Səbaildə baş verən partlayış çoxlarını bitirəcək…. - Partlayış nə üçün məhz ramazan-orucluq ayında oldu..?
Hotellərə xəbərdarlıq edildi
Hotellərdəki təmtəraqlı bayram təklifləri kimlər üçündür?
Turizm agentliyinin sədrindən hotellərə üz tutanlara MÜRACİƏT
Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi cərimələndi
Bu gecə Bakıda mənfi 9 dərəcə şaxta OLACAQ
Gecə 12-dən sonra işləyən “Şirin Həyat”ın müştəriləri cərimələndi
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandır
Bakıda güclü duman var
Partlayışda ağır yaralanan çempionun son halı - FOTO
İstirahət qaydaları dəyişir - “Şahdağ”la bağlı XƏBƏRDARLIQ
Gecə klubunda görüntülənən baş nazir xalqından üzr istədi
Turistlər daha çox Azərbaycanın bu şəhərinə gəlir
“Dalğa” – ailəvi istirahət mərkəzi, yoxsa əxlaqsızlıq yuvası?
Fazil Məmmədovun otelində nə baş verir?
Partlayış baş verən zaman bu məşhur müğənni də GECƏ KLUBUNDA olub - FOTO
Rusiyalı gənc buraxılmadığı gecə klubunu yandırdı – VİDEO
Evdə keçirə bilmədiyimiz bayramı oteldəkilər təmtəraqla QEYD EDƏCƏK
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?