Sabiq nazir Hüseynqulu Bağırovun “qara kassası” indi də Muxtar Babayevin “kassir”idir...
Bütün dünyada məmurların, hətta prezidentlərin fəaliyyətinə konkret müddət qoyulur. O müddət keçən kimi məmur vəzifəsindən uzaqlaşdırılır.
Bu məhkəmə sədrlərinə, digər vəzifə sahiblərinə də aiddir.
Amma təsəvvür edin ki, bizdə Firdovsi Əliyev adında bir nazir müavini var, 18 ildir ki, eyni vəzifədə, nazir müavini postunda oturub.
Adam, az qalıb ki, bir qərinə ola ee….
Söhbət 2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olan Firdovsi Əliyevdən gedir.
Bu adamın tərcümeyi-halına bir nəzər salaq.
Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.
1991-1993-ci illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Deməli, bu adam nazir müavini olmaqdan əvvəl də Ekologiya Nazirliyində mühüm vəzifələrdə işləyib, yəni 20 ildən çoxdur Azərbaycan ekologiyasını pis günə qoyur.
Bu adamın bir neçə müsahibəsini diqqətlə vərəqləsək də bir maraqlı fikirə rast gəlmədik.
Cənab nazir müavini Firdovsi Əliyev öz müsahibəsində deyir ki, vaxtilə Zəngilanda sıx meşələr olub, ermənilər sonradan qırıblar.
Cənab nazir müavini Firdovsi Əliyev, icazə ver nəzərinizə çatdıraq ki, sənin nazir müavini olduğun 20 ildə heç də az meşələr qırılmayıb.
Erməniləri başa düşdük ki, düşməndirlər və meşələrimizi məhv ediblər.
Bəs sən və sabiq nazirin Hüseynqulu Bağırov guya ermənilərdən az meşələri məhv edib..?
Bəs niyə bircə dəfə də olsun səsini çıxarmamısan..?
Bütün Azərbaycan gözəl bilir ki, Hüseynqulu Bağırovun sağ əli və “qara kassası” sən olmusan…
Cənab Firdovsi Əliyev, sonuncu müsahibəndə demisən ki, ermənilər işğal olunmuş ərazilərdə narkotik bitkilər əkiblər…
Tamamilə düzdür.
İndi icazə ver səndən soruşaq ki, bizim meşələrdə tonlarla narkotik bitkilərin əkilməsi ilə bağlı RƏSMİ xəbərlər yayılıb dəfələrlə.
Bundan sənin və rayonlardakı nümayəndələrin, meşə bəyilərin guya xəbəri yox idi…?
Bizim meşələrimizi təkcə ermənilər deyil ee, başda Hüseynqulu Bağırov olmaqla sanki Firdovsi Əliyevlər işğal etmişdi.
Bu illər ərzində neçə yüz minlərlə ağac doğranıb mebel sənayesinə material olub.
Meşələri heyvandarlıq fermerlərinə örüş yeri kimi satan erməni olub, yoxsa siz olmusunuz, cənab Firdovsi Əliyev ?
Firdovsi Əliyev, deyirsən ki, böyük şair Nəsiminin 650 illik yubileyinə görə, rayonlarda 650 min ting əkəcəyik.
Səndən tələbimiz odur ki, 650 min ting əkməyi saxla özünə, bizim ölkənin meşələrinə toxunma. Sənin ting əkməyin lazım deyil.
Bəli, bütün media yazır ki, Oğuzda, Qəbələdə, Lerikdə meşələri qırdıran Firdovsi Əliyev şair Nəsimin yubileyində 650 min ağac əkmək istəyir…
Bəli, sən öz doğulduğun, böyüdüyün Lerikin meşələrini məhv etmisən.
Sən Qəbələdə, Oğuzda, Lerikdə mebel mafiyası üçün 100 minlərlə ağacı məhv etdirdin və milyonlar qazandın.
İndi dahi şairin adından istifadə edib guya ağac əkmək istəyirsən...
Meşələri məhv etməyi bir yana Firdovsi Əliyev hətta “Vətənə xidmətə görə” orden də alıb.
Firdovsi Əliyev, sənin bu vətən qarşısında hansl xidmətin olub ?
Nazirliyin Meşə Təsərrüfatlarına təyin etdiyin müdirlərdən aldığın hədiyyələrin hesabına qurduğun biznesin miqyası xarici ölkələrə qədər gedib çıxır....
Hərdən Meşə işçiləri həbs ediləndə sən yada düşürsən...
O sıravi meşə işçilərinin nə günahı var ?
Bütün bu cinayət əməllərinin başında 19 ildir sən dayanmısan...
Deyəsən yeni Ekologiya naziri Muxtar Babayevlə dil tapıb əməkdaşlıq edirsən.
Amma unutma ki, məmurların həbs dalğası bir gün sənə də yetişəcək.
Yazıda bir çox saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
18 ildir nazir müavini olan Firdovsi Əliyevin əməlləri... - Azərbaycan meşələrinin qənimi Firdovsi Əliyev nə üçün həbs olunmur..?
14
aprel
16:23

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ekologiya Nazirliyində nə baş verir ?- Milyonçu Firdovsi Əliyev 19 ildir ekologiya nazirinin müavinidir …
Meşələrin qənimi Namik Xıdırov HƏBS olunmalıdır… - Bəs nazir Muxtar Babayev, müavinləri Firdovsi, Rauf, Vüqar hara baxırdılar?
Mikayıl Cabbarovun yeni birinci müavini kimdir? - DOSYE
Prezident yeni nazir müavini təyin etdi
Xıdırov getsə də, Kərimov HƏLƏ DƏ İŞ BAŞINDADIR... - YAŞIL TERROR DAVAM EDİR...
Kəmaləddin Heydərova yeni VƏZİFƏ VERİLDİ
Səhhətinə görə işdən çıxan nazir müavini təlim keçməyə başladı
İnstitut direktoru VƏFAT ETDİ
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI
İlham Əliyev onları təltif etdi - SİYAHI
Sabiq nazir müavininə yeni vəzifə verildi
Nazir müavini ilə bağlı İLGİNC İDDİA - "Vüqar müəllimlə Firdovsi müəllim bizə..."
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Oğuz meşələrindəki ürəkağrıdıcı mənzərələrə bəs nə vaxt son qoyulacaq, Firdovsi Əliyev?
Tarix müəllimi Hüseynqulu getdi, filosof Muxtar gəldi .. - Milli ekologiyamızın faciəli durumu...
Baş nazirdən QƏRAR: müharibə iştirakçıları ilə bağlı komissiya yaradıldı
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Elmir Vəlizadə vəzifəsindən azad edildi
Nazir müavini Lerikdə meşələrin qırılmasına göz yumur - GİLEY
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Sevilən məşhurun izdihamlı toyundan görüntülər - VİDEO
Prezident Rəşad Nəbiyevə daha bir VƏZİFƏ VERDİ
Kəsilən ağacların `dolya`sı nazir müavinlərinə ÖTÜRÜLÜR... - İTTİHAM
Nazir polkovniki rəis müavini təyin etdi
Sabiq nazir müavini və oğlunun 93 min manat borcu var - Ali Məhkəmədə də uduzdular
Kamran Əliyev bu rayonun prokurorunu vəzifəsindən AZAD ETDİ
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə verib
Əjdər İsmayılov vəfat etdi
Ermənistanda üç nazir müavini vəzifəsindən azad edildi
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- 25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...
- Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu
- Tələbələr imtahandan keçid üçün görün hansı üsula əl atırlar - VİDEO
- İraqın şimalında əməliyyat: 2 PKK terrorçusu zərərsizləşdirildi
- Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA
- Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı - Təfərrüat
- Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar