Azərbaycan insanı Səhiyyə Nazirliyinin, TƏBİB-in və İcbari Tibbi Sığortanın arasında vurnuxur…
Bir anlıq təsəvvürünüzə gətirin ki, hansısa ölkədə müharibə gedir və Müdafiə naziri, Baş Qərargah rəisi yoxdur...
Yəqin nə demək istədiyimiz aydın oldu...
İki ildir bütün dünya amansız və tarixdə analoqu olmayan koronavirus pandemiyası ilə savaşır, yüz milyonlarla insan bu virusa yoluxur, yüz minlərlə insan ölür və s...
Bütün bunların qarşısında Azərbaycanda Səhiyyə nazirini görən yoxdur və bir müddət sonra Səhiyyə naziri azad edilir və kreslo boş qalır...
Ümumiyyətlə, ölkə səhiyyəsindəki problemlərə bir az uzaqdan başlayaq.
Ölkə yenicə müstəqillik əldə edəndə, daha dəqiq desək, 1993-cü ildə Əli İnsanov adlı bir məxluq Səhiyyə naziri olur. Bu adam bütün ölkə səhiyyəsini bazara çevirir, xəstəxanaların həyətini, ərazisini iş adamlarına bina tikintisi üçün satır, hətta...
1994-cü ildə Beynəlxalq humanitar təşkilatlar çadırlarda kütləvi xəstəlik tapan zavallı qaçqın və məcburi köçkünlər üçün neçə milyon dəyərində dərman, tibbi preparatlar göndərmişdi. Bax, onları apteklərdə satıb milyonlar qazanan Əli İnsanov idi. Bu barədə heç kim heç nə yazmaq istəmir.
Sonda nə oldu..?
Səhiyyəmizin başına daş salan Əli İnsanov dövlət çevrilişi səbəbi ilə həbs olundu.
Təsəvvür edirsinizmi, SƏHİYYƏ naziri və dövlət çevrilişi...
Dünya tarixində Müdafiə naziri, Daxili işlər naziri və s dövlət çevrilişində iştirak edər...
Bizdə isə ən humanist sahə olan, Səhiyyə nazirliyi...
Bax, Əli İnsanovun mahiyyəti bu idi...
Ailəsini, oğlunu və qızı ŞTELEN AYLU-nu İsrail vətəndaşı edir və Azərbaycanda partiya sədri olur...
Sözümüzün canı odur ki,”Mən “maz” kəşf eləmişəm, milyonlar qazanmışam” deyən Əli İnsanov səhiyyəmizin başına elə bir daş salıb ki, hələ uzun illər bu durumdan çıxa bilməyəcəyik...
Əli İnsanovdan sonra Səhiyyə naziri olan Oqtay Şirəliyev də səhiyyə sahəsini açıq alverə-bazara çevirdi.
Bütün ölkə mediası yazdı ki, Səhiyyə naziri Oktay Şirəliyevin qızı Nərminə Şirəliyevə xristianlığın Qriqoryan təriqətini qəbul edib, xaç suyuna çəkilib, xaç atası da Armen Cigərxanyandı.
Və Rusiyada nazir postunu tutur.
Əli İnsanovun ailə üzvləri İsrail vətəndaşı, Oqtay Şirəliyevin qızı isə xristian təriqətinin üzvü və Rusiyada Moskva Vilayətinin Mədəniyyət naziridir ...
İndi Azərbaycan səhiyyəsinin durumunu təsəvvür edin...
Qarnı ağrıyan və imkanı olan ABŞ-a, Almaniyaya, imkanı az olanlar Türkiyəyə, İrana qaçır....
Azərbaycan səhiyyəsi isə kasıb və imkansız təbəqənin sanki cibini kəsir və canını alır...
İcazə verin bütün bunları keçid dövrünün üzərinə ataq.
Bu gün nə Əli İnsanov var, nə də Oqtay Şirəliyev...
Teymur Musayev uzun axtarışdan sonra Səhiyyə naziri olub.
Və hətta Azərbaycanda Səhiyyə Nazirliyindən əlavə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni TƏBİB var, üstəlik, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi var.
Loru dildə desək, Azərbaycanda 3 dənə “səhiyyə nazirliyi”, 3 dənə “ səhiyyə naziri” var. Amma səhiyyə xidməti Azərbaycanda O- “noldur”, yəni sıfırdır.
Birincisi, bu qədər böyük səhiyyə strukturu kimə lazımdır..?
Milyonlarla dövlət vəsaiti xərclənir.
Və üstəlik vətəndaşlar bu 3 qurumun arasında qalır. Hər qurum vətəndaşı digər qurumun üzərinə yönəldilir.
Başa düşdünüzmü, cənablar..?
Dünyada belə əcaib idarəetmə yoxdur.
Yaxşı, barəsində danışdığımız Əli İnsanov, Oqtay Şirəliyev neçə ildir ki, yoxdur...bəs səhiyyəmiz niyə irəli getmək əvəzinə geri gedir..?
Bax, əsas sual budur.
İndi isə TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında baş verənlərə nəzər salaq.
Açıq demək lazımdır ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyi Səhiyyə Nazirliyini saymır və özünü müstəqil nazirlik kimi aparır. Üstəlik TƏBİB Səhiyyə Nazirliyinə deyil, birbaşa İcbari Tibbi Sığorta Dövlət Agentliyinə tabedir.
Aydın oldumu, səhiyyə sistemində nələr baş verir..?
Məlumdur ki, TƏBİB-in rəhbər Ramin Bayramlı istefa verəndən sonra bu vəzifə bir müddət boş qaldı. Və sonra onu müvəqqəti olaraq Vüqar Qurbanov əvəz etdi.
Təsəvvür edirsiniz, bu adam eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur.
Bir soruşan yoxdur ki, ay adam, sən eyni vaxtda necə iki STULDA OTURA bilərsən..?
Həm Agentlikdə Departament direktoru, həm də TƏBİB-in rəhbəri...
Yəni səhiyyə sistemində kifayət qədər savadlı, səriştəli kadrlar olduğu halda niyə 1 nəfər 2 kresloda oturmalıdır..?
Bunun bircə izahı var: Rüşvət və korrupsiya hallarından kənar adamlar xəbərdar olmamalıdır, ancaq öz yaxınların bu işdə iştirak edə bilər.
Onda ortaya sual çıxır: Bəs “Korrupsiya haqqında” Qanun..?
Belə qanunlar Azərbaycanda ancaq kağız üzərindədir.
Vüqar Bayramov son aylar kadrların yerini dəyişməklə özü üçün böyük maliyyə biznesi qurub.
Qoy, bütün bu yazdıqlarımızdan Səhiyyə naziri Teymur Musayev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev nəticə çıxartsınlar. Yoxsa, onları da Əlinin və Oqtayın aqibəti gözləyir.
Xatırladaq ki, yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Səhiyyəmiz çətin durumda…- Nazir Teymur Musayevin, Agentlik rəhbəri Zaur Əliyevin və TƏBİB-in direktoru Vüqar Qurbanovun nəzərinə…
20
aprel
14:25

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi arasında səlahiyyət davası gedir… - Arada isə insanlar ölür və dövlətə inam sarsılır…
TƏBİB və İcbari Tibbi Sığorta ləğv olunsun - Deputatdan təklif
BAŞSIZ Səhiyyə Nazirliyi və BAŞSIZ TƏBİB uğrunda dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…
TƏBİB-in sədr əvəzləyicisi Vüqar Qurbanov nə işlə məşğuldur ?- TƏBİB ZAUR ƏLİYEVİN QAYDALARI İLƏ İDARƏ OLUNUR ?
TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür!
TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür
Revizor-baş həkim Nurməmməd Yarıyev necə Tibbi Mərkəzin direktoru oldu ? - Səhiyyə sistemindəki paralellik- Şap elə bilir şupdadır..
Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?- “Semaşko”da koronavirusla bağlı həkimlərin əlavə maaşı niyə kəsilib ?
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Azərbaycanda yeni nazirlik yaradılır - Bu qurumlar birləşdirilir
Kəmaləddin Qafarovla bağlı İDDİA - Nazir olmaq istəyir...
Azərbaycanda elektron tibbi reseptlər olacaq - RƏSMİ
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
TƏBİB-in özünün təbibə ehtiyacı var... - TƏBİB Səhiyyə nazirliyinin tabeçiliyinə verilir...
Teymur Musayev səhiyyə naziri TƏYİN EDİLDİ
"Hamıya nəzarət etmək imkanımız yoxdur" - TƏBİB-dən rüşvət ittihamlarına CAVAB
Ömürlük xəstələr qalıb Səhiyyə Nazirliyinin, TƏBİB-in və Zaur Əliyevin əlində- Ramin Bayramlıdan nümunə götür, Zaur Əliyev
Oqtay Şirəliyevi əvəz edən nazir müavinindən İLK ƏMR
Antibiotiklərin reseptsiz satışının qarşısı alınacaq - TƏBİB
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
İLGİNC İDDİA: Ramin Bayramlının qələmini qıran Zaur Əliyev imiş... - səhiyyədəki “yeniçərilər”in didişməsi...
Otuz yaşı olacaq müstəqil Azərbaycanın 17 illik səhiyyə naziri Oqtay Şirəliyev getdi- GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Səhiyyə naziri olmaq uğrunda SAVAŞ- Zaur Əliyev,Rəşad Mahmudov və Ramin Bayramlının MÜBARİZƏSİ…
TƏBİB və Səhiyyə Nazirliyinin VAKSİN YALANI... - MKX-də “Pfizer” vaksini yoxdur
Yeni səhiyyə naziri kim olacaq? - İDDİA
TƏBİB Səhiyyə Nazirliyinə “ilişdi“: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb”
Oktay Şirəliyevin yerinə müvəqqəti təyinat alan Teymur Musayev kimdir? - DOSYE
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ
Azər Xudiyev Səhiyyə nazirinə müavin gətirilir... - Professor kimi əvəzləyəcək?
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər