Səkinə Sadıqova öz müavini Həsən Hüseynovu niyə qaralayıb..?
Gündəlik-Baki olaraq 2019-cu ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın bir çox əməlləri ilə bağlı silsilə yazılar dərc etmişik.
Yazılarımızdan birinin başlığı belə idi:
“Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova...”
Bəli, müdriklərimiz deyib ki, insanlar dəli olanda mollanın yanına gedib dua-zad yazdırar, bəs molla dəli olanda kimin yanına getsin.
Yaxud xəstə adam həkimə müraciət edir, bəs həkim xəstə olsa...
Sözün qısası, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri, yəni 250 min insanın SAĞLAMLIĞINA məsul olan Səkinə Sadıqovanın sağlamlığı görəsən yerindədirmi..?
Bu məqamda folklorumuzda geniş yayılmış bir lətifə-anekdot yada düşür.
İnəyi süd verməyən Səkinə adlı bir qarı mollaya müraciət edir ki, süd verməyən inəyinə bir dua yazsın. Molla da yazır ki, Səkinə, ay Səkinə...
Nə isə, sözümüzün canı odur ki, Səkinə Sadıqovanın özünə dua yazan, onu müalicə edən lazımdır. Amma bu adamı 250 min insanın sağlamlığına nəzarət etməyə təyin ediblər...
Sözün qısası....axı, özü xəstə olan adam 250 min insanın sağlamlığına necə təminat verə bilər..?
Bəli, Səkinə Sadıqova Sumqayıt boyda şəhərin səhiyyə şöbəsinin müdiri olan kimi, vəzifə kreslosunu söykəyib İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşada və ona arxayın olaraq şəhərdəki bütün xəstəxanaların baş həkimlərini diz üstə çökdürüb.
Səkinə Sadıqova Suqayıtda istənilən xəstəxanada rüşvət alaraq kadr dəyişikliyi edir, kimisə işdən çıxardır, kimisə işə təyin edir və...baş həkimlərin rəyi ilə hesablaşmır.
Kimsə etiraz etmək istəsə, həmin xəstəxananı, yaxud şöbəni ləğv edir.
Vallahi, heç Səhiyyə naziri bu boyda əməllər edə bilməz.
Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılmış dərmanları, tibbi preparatları və s özəl apteklərdə satdıraraq arxası-dayağı Rəşadla bölüşür.
Hələ bu harasıdır..?
Səkinə Sadıqovanın 70 min manat mətbəə blankı alması, dövlətin ayırdığı pulları mənimsəməsi barədə çox yazmışıq.
Adama deyərlər ki, 70 minlik blank sənin nəyinə lazımdır..?
Səkinə Sadıqova təkcə dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımaqla kifayətlənmir.
Həm də Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya mərkəzinə çevirib.
Bəli, Səkinə Sadıqova Təcili Tibbi Yardım Stansiyasınının qarajına ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir.
Və təcili yardım maşınlarının sürücülərinə deyir ki, öz cibinizdən benzin, avtomobil hissələri alın.
Yazıq xəstələr isə saatlarla, günlərlə təcili yardımın gələcəyini gözləyir.
Bütün bunlar bir yana, Səkinə Sadıqova həm də saxta tenderlərin maxinatorudur.
Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb.
İndi əlimizdə olan sənədlər əsasında Səkinə Sadıqovanın keçirdiyi tenderlərə nəzər salaq.
Deməli, redaksiyamıza daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona yaxın dövlət vəsaitini özü bildiyi kimi xərcləyib.
Bu barədə detallı olaraq çox yazdığımız üçün təfərrüata varmırıq.
İndi isə redaksiyamıza daxil olan yeni bir məlumata nəzər salaq.
Deməli, görünür, mediada yazılanları və vətəndaşların günbəgün artan şikayətlərini nəzərə alan İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi Səkinə Sadıqovaya savadlı, peşəkar tibb işçisi olan Həsən Hüseynovu müavin təyin edib ki, Sumqayıt boyda şəhərin səhiyyəsində xaos yaranamasın.
Həsən Hüseynov əvvəllər 1 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi olub və təcrübəli, təmiz həkim kimi tanınır.
Bu təyinat isə Səkinə Sadıqovaya sərf etmir, çünki çirkin əməllərini davam etdirməyə imkan olmayacaq.
Ona görə də Səkinə Sadıqova ətrafındakı özü kimi adamları işə salaraq öz müavini Həsən Hüseynovu qaralamaqla məşğuldur.
Hətta şahidlərin dediyinə görə, Həsən Hüseynovun təyinatından sonra Səkinə Sadıqova özünü sanki dəli kimi aparır, bütün günü aqressiv olur. Bu isə təkcə kollektivdə deyil, həm də Sumqayıt sakinləri arasında ciddi narazılıqlara səbəb olur.
Bəli, Səkinə Sadıqova gözəl bilir ki, müavini özündən qat-qat savadlı və...ən əsası nüfuzlu şəxsdir. Ona görə də öz müavininə problem yaratmaqla...ondan azad olmağa çalışır.
Amma Səkinə Sadıqova bilmir ki, həbs olunmağın lap bir addımlığındadır.
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
250 minlik Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
22
aprel
22:53

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova barəsində dövlət qurumları niyə susur..?
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi… - Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızını nə edib ?
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
Sumqayıt səhiyyəsində Tender rüsvayçılığı … - Səkinə Sadıqovanın HƏBSİ qaçılmazdır….
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
İstintaq ədalətli keçərsə, Səkinə Sadıqova və Kamran Əhmədovu hansı cəza gözləyir..? - Sumqayıt şəhər səhiyyə şöbəsinin qarajında “razborka”
Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…
SUMQAYIT SƏHİYYƏSİ MƏQSƏDLİ ŞƏKİLDƏ DÖVLƏTİN PULUNU GÖYƏ SOVURUR
87 yaşlı qadını qohumu tövlədə SAXLAYIRMIŞ
Tövlədə bağladığı 87 yaşlı qadının pensiyasını da mənimsəyibmiş - RƏSMİ
Qadına qarşı zorakılıq edən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda ər arvadını uşaqlarının gözü qarşısında döyüb öldürdü
Azərbaycanda 20 yaşlı hamilə qadın intihar edib
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Xalq artistinə ağır itki üz VERDİ
Ucarda bu məktəbdə NƏ BAŞ VERİR? - Təhsil nazirliyi BİR MARAQLANSIN...
Azərbaycanda icra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU
Azərbaycanda kişi arvadını döyə-döyə öldürdü
Xalq artistinin qızına hökm oxundu
İcra başçısının koronavirusdan sağalan müavini dünyasını dəyişdi
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Fəxrəddin Manafova ağır itki üz verdi
Sabiq deputat vəfat etdi
Burda şikayətlər elə bil boş quyuya atılır... - GİLEY
Azərbaycanda toy məclisində hadisə
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi