General Valeh Bərşadlını çıxarıb riyaziyyat müəllimi Rəhim Qazıyevi müdafiə naziri təyin edənlər…
Bu gün 3 ali təhsili olan, tibbi psixoloq Tehranə Bəhruzini çıxarıb yerinə təhsili olmayan Sevinci təyin edirlər…
Sözün düzü, Tehranə xanımla tanışlıq və qısa söhbət bizdə səhiyyəmizin gələcəyi ilə bağlı ciddi suallar doğurdu.
Tehranə Azad qızı Bəhruzi ilə bağlı söhbətə keçməzdən öncə, onu qeyd edək ki, Gündəlik-Bakı olaraq neçə ildir yazırıq ki, Azərbaycanda mövcud olan kadr korpusu məhv edilir.
Bəli, Azərbaycanda uzun illər ərzində hər bir sahədə, təhsildə, səhiyyədə, hüquq-mühafizə orqanlarında, hərbidə, hətta aqrar sahədə və s savadlı, təcrübəli, peşəkar kadr korpusu yaranmışdı. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin.
Bir anlığa gözünüzün qabağına 90-cı illəri gətirin.
SSRİ-nin ən məhşur generallarından biri olan, vətənpərvər müdafiə naziri, general Valeh Bərşadlını vəzifəsindən azad edib onun yerinə heç serjant da olmayan riyaziyyat müəllimi Rəhim Qazıyevi müdafiə naziri təyin edirlər. Niyə Rəhim Qazıyevi Təhsil naziri qoymadılar, işlədiyi məktəbə rektor qoymadılar, məhz Müdafiə naziri qoydular. Niyə Rəhim Qazıyev bu məsələ ilə razılaşdı.
Bax, bizim bir millət olaraq faciələrimiz onda başladı. Və sonra da...
Bəli, Kənd Təsərrüfatı nazirini vəzifədən çıxarıb yerinə tarix müəllimini, Təhsil nazirini çıxarıb yerinə iqtisadçı-mühasibi və s təyin edəndə problemlər başladı.
Və həmin nazirlər də nazirlikdə çalışan savadlı, təcrübəli kadrları işdən uzaqlaşdırıb, öz savadsız qohum-əqrəbalarını, tanışlarını vəzifələrə doldurdular.
Beləcə, yuxarıda dediyimiz kimi Azərbaycanın kadr korpusu gözümüzün önündə məhv edildi.
Bu gün imkanlı şəxslərin biri də Azərbaycan səhiyyəsinə müraciət etmir, hamısı Avropaya, az imkanlılar isə Türkiyəyə, İrana qaçır.
Azərbaycan təhsilinin nə gündə olduğu isə hamıya bəllidir.
Bu gün Azərbaycanda sözün həqiqi mənasında az-az savadlı müstəntiqlər tapmaq olar.
Sözümüzün canı odur ki, uzun illərdir Azərbaycanda peşəkar, öz işini gözəl bilən və ən əsası vətənpərvər mütəxəssislərə qarşı bəzi iriçaplı məmurlar tərəfindən az qala Səlib yürüşü aparılır. Hörmətli Prezidentimiz, cənab İlham Əliyev və Vitse Prezidentimiz Mehriban xanım Əliyeva gənclərimizin yüksək təhsil üçün əllərindən gələni etsələr də bəzi qüvvələr bu istedadların üzə çıxmasına sanki mane olurlar.
Sual oluna bilər ki, niyə..? Səbəb nədir..?
Birincisi, tarix müəllimi olan kənd təsərrüfatı naziri qurumda uzun illər çalışan peşəkar kadrlarla necə işləyə bilər ?
İkincisi və ƏN ƏSASI savadlı kadrları qanunsuzluğa, rüşvətə, korrupsiya hallarına yönəltmək çətindir, onlar qanunla işləməyi sevirlər.
Üçüncüsü və ƏN MÜHÜMÜ odur ki, rüşvət və korrupsiya olan yerdə KƏNAR, YAD ŞƏXSLƏRƏ yer yoxdur. Rüşvət halları dar-qapalı dairədə həyata keçirilməlidir. Ki, informasiya kənara sızmasın.
İndi bildinizmi, uzun illərdir savadlı kadrlara qarşı niyə problem yaradılır..?
Obrazlı desək, az qala hücuma məruz qalan peşəkar kadrlarımızdan biri də Tehranə Azad qızı Bəhruzidir.
Görəsən, 3 ali təhsili olan, peşəkar tibbi psixoloq, ən əsası təmizqanlı, vətənpərvər, bir neçə dil bilən, hətta gözəllik müsabiqəsinin qalibi olan bu xanıma qarşı Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, nazirinin 1-ci müavini Kərim Vəliyevin NİFRƏTİNİN səbəbi nədir ?
Ki, Tehranə xanıma deyir ki, əlimdə imkan olsa, səni ermənilərə təhvil verərəm. (Bu cümlə Tehranə xanımın şəxsən özünə məxsusdur). Bax, əsas məsələ budur. Bu nifrətin kökündə nə dayanır..?
Qısa məlumat üçün qeyd edək ki, Tehranə Bəhruzi 7 sentyabr 1985-ci il tarixdə anadan olub. 3 ali təhsili var.
Bəhruzi Tehranə öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib.
Sonra Samara Dövlət Universitetində psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb.
Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya ixtisası üzrə bitirib.
Xanım həm də yüksək idman hazırlığına malikdir.
Tehranə Bəhruzi vətənpərvər xanım kimi 2012-2015-ci illərdə Daxili Qoşunların Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi qulluq edib.
Sonradan 6 il işsiz qalan Bəhruzi Tehranə 18 fevral 2021-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi psixoloq kimi fəaliyyət göstərib. Və...
Tehranə xanımın Baş Klinik Hospitalda çalışarkən hərçilər üzərində apardığı psixoloji müayinələrə, qoyduğu diaqnozlara, testlərə nəzər salanda, sözün düzü, ancaq və ancaq QÜRUR Hissi keçirdik ki, bizdə də belə savadlı mütəxəssislər var imiş. Amma...
Kərim Vəliyevin rəhbər olduğu sahədə savadlı mütəxəssislərə ehtiyac yoxmuş deyəsən. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sağlam hərbçini saxta yolla xəstə çıxarıb 10 min almaq, yaxud xəstəliyi olan hərbçini sağlam çıxartmaq üçün Tehranə Bəhruzi kimi peşəkar psixoloqlara deyil, savadsız kadrlara ehtiyac varmış.
Tehranə xanımın qoyduğu dəqiq diaqnozlar Kərim Vəliyevə və onun ətrafındakılara sərf etmir axı. Onda necə rüşvət almaq olar..?
Təsəvvür edirsiniz, MN-nin Baş Klinik Hospitalında xəstəni sağlam, sağlamı xəstə kimi “oformit” edirlər, hətta müharibədə iştirak etməyən şəxsi, hərbçi kimi təqaüdə çıxarırlar. Və bunun üçün Tehranə Bəhruzinin qoyduğu dəqiq diaqnozları cırıb ataraq yarım səhifəlik savadsız diaqnozla kimlərisə təqaüdə çıxarıb dövlətin vəsaitini talayırlar. Bu birbaşa cinayət əməlidir. Tehranə Bəhruzi isə bu cinayət əməllərinə qoşulmaq istəməyib. Və ona təzyiqlər başlayıb.
Tehranə Bəhruzi deyir ki, müharibə vaxtı bütün ailəsini itirən, 3 dəfə xəstəxanada yatan, hərbçini təqaüdə çıxartmırlar ( posttravmatik stress pozuntusu), amma sağlam hərbçiləri 8-10 min manat rüşvət hesabına təqaüdə çıxarırlar.
Tehranə Bəhruzi bu qanunsuzlqulara getmədiyi üçün (hətta ona xəstələr də vermirdilər), ona qarşı şər-böhtan kompaniyası başlayır.
Təsəvüvr edirsiniz, Tehranə xanımla eyni şöbədə çalışan Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb. Bu adam necə psixoloq ola bilər..? Amma...
Əmması odur ki, Sevinc Abbasovanın atası ilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Firudin Nəbiyev yaxın dostdurlar. Məhz buna görə də heç bir ali təhsili olmayan Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb.
Və Firudin Nəbiyevin öz qızı Hospitalın poliklinikasında işlədiyi halda onu işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər.
Tehranə Bəhruzi özü deyir ki, mən işlədiyim müddətdə hərbçilərin psixoloji durumu ilə bağlı obyektiv diaqnozlar verirdim. Bu isə Hospitalın rəisi Roman Çobanovu və Baş Tibb İdarəsinin rəisi Firudin Nəbiyevi qane etmirdi. Çünki onlar hərbçilərə 8-10 min manat rüşvətin qarşılığında saxta diaqnozlar qoyaraq təqaüdə göndərib, ordudan tərxis edirdilər. Mən saxta diaqnozların əleyhinə idim. Mənim qoyduğum obyektiv diaqnozları cırıb ataraq yerinə saxta diaqnozlar qoyurdular. Mən hər dəfə buna etiraz edirdim. Bu məsələdə mənim iş yoldaşım, ali təhsili olmayan Sevinc Abbasova da mənə qarşı hərəkətlər edirdi. Ona görə də məni işdən azad edib, yerimə Firudin Nəbiyevin qızını gətirdilər ki, korrupsiya və rüşvət hallarını bilən olmasın.
Tehranə Bəhruzi onu da qeyd edir ki, ona qarşı təzyiqlər Baş Qərargah rəisi vəzifəsinə Kərim Vəliyev təyin olunandan sonra başladı. Kərim Vəliyev rəis olan kimi Roman Çobanovu gətirib Hospitala rəis qoydu və mənə təzyiqlər başladı.
Təsəvvür edirsiniz, Tehranə Bəhruzini iş otağından, hətta fərdi kompüterdən məhrum edirlər.
Tehranə Bəhruzi deyir ki, həkimlərin hamısı mənə hörmətlə yanaşırdı, həkim heyətindən razıyam. Mənə təzyiqlər rəhbərlik səviyyəsində idi.
Sözün qısası, biz bir cəmiyyət və dövlət olaraq Tehranə Bəhruzinin timsalında ən peşəkar kadrlarımızdan birini də işdən çıxarıb yerinə hansısa savadı və ali təhsili olmayanı qoyuruq.
Hesab edirik ki, məsələ çox ciddi olduğu üçün Prezident səviyyəsində müdaxiləyə ehtiyac var.
Çünki söhbət millətimizin və dövlətimizin özəyi olan səhiyyəmizin gələcəyindən gedir.
Yazıda adları çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq. Ardı var...
Kərim Vəliyevin “kantor”unda nələr baş verir..? - Tehranə Bəhruzidən SENSASİON AÇIQLAMALAR
04
may
08:40

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tehranə Bəhruzi Baş Klinik Hospitalda baş verən korrupsiya hallarından danışdı...- MÜSAHİBƏ
Vaxtilə Nəcməddin Sadıkovdan “geroy” düzəldənlər indi də Kərim Vəliyevdən “sərkərdə” düzəldir…- KƏRİM VƏLİYEVDƏN ŞOK FAKTLAR
Generallar nazirin vəfatı ilə bağlı başsağlığı verdilər
Məşhur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi
Nazir generalın qohumunu yeni vəzifəyə TƏYİN ETDİ
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Məhşur general vəzifəsindən azad edildi
Qondarma rejimin müdafiə naziri vuruldu, vəzifəsindən azad edildi
Nazir Əkbər İsmayılovun köməkçisinə yeni VƏZİFƏ VERDİ
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Abşeron Mühafizə Polisinə yeni rəis müavini TƏYİN EDİLDİ
Nazir Vidadi Muradovun oğluna yeni vəzifə verdi - YENİ TƏYİNATLAR
Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə VERDİ
Nazir tanınmış polis rəisini vəzifəsindən AZAD ETDİ (FOTO)
Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin etdi
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Nazir kapitana yüksək vəzifə verdi
Qırğızıstanda yeni müdafiə naziri təyin olundu
Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi
Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ
Nazir Vəliyevi rəis müavini TƏYİN ETDİ - ƏMR
Mirqafar Seyidov işdən çıxarıldı
Vilayət Eyvazovdan koronavirusdan ölən rəisin yerinə təyinat - ƏMR
Zakir Həsənov generalın qardaşını idarə rəisi TƏYİN ETDİ
Vilayət Eyvazovdan daha bir TƏYİNAT
“Paşinyan hökumətində ciddi dəyikliklər olacaq“ - Erməni nəşri
Korrupsioner məmurlar koronavirus pandemiyasından daha təhlükəlidir... - “Azər İlmə” MMC-nin dövlətə 1 MİLYON vergi borcu var...
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Mirqafar Seyidova yeni müavin təyin edildi
Vilayət Eyvazov polis rəisini yüksək vəzifəyə TƏYİN ETDİ
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar