Yasamalda vətəndaşların yolunu kəsən “Araz”...
İki il öncə ölkə mediasında yayılan məlumatdan bəlli olurdu ki, “Favorit Market”lər şəbəkəsi rəsmən “Araz” marketlər şəbəkəsinə birləşdiyini elan edib.
Daha dəqiq desək, “Favorit Marketin” aid olduğu “Baku Retail Group” MMC “Araz Supermarket” MMC-yə qoşularaq ləğv edildiyini açıqlayıb.
Beləliklə “Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəlikləri təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə ötürülüb.
“Araz Supermarket” MMC də “Baku Retail Group” MMC-nin ləğv olunaraq ona qoşulması nəticəsində yenidən təşkil edildiyini, “Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə keçdiyini elan edib.
Belə ki, 2011-ci ildən fəaliyyətə başlayan “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verdilər.
Qısa məlumat üçün qeyed edək ki, “Araz” marketlər şəbəkəsi Aydın Talıbovun sahibi olduğu “Veysəloğlu” şirkətlər qrupuna məxsusdur.
Daha doğrusu, Aydın Talıbov, “Araz”, “Oba” marketlər şəbəkəsi ilə kifayətlənməyib və “Favorit” marketlər şəbəkəsini də öz əlinə keçirib. Və…
Aydın Talıbov deyir ki, dünya təcürbəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iqtisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur.
Ay Veysəl müəllimin oğlu, sənin iqtisadiyyatdan başin çıxır, yoxsa, yox, amma dünya iqtisadiyyatı ANTİİNHİSAR qaydaları əsasında rəqabətə davam gətirir. Sən bütün marketləri öz əlində cəmləşdirirsən, inhisarçılıq edirsən, sağlam rəqabətə imkan vermirsən və…üstəlik deyirsən ki, guya bu iqtisadiyyatın inkişafı deməkdir.
Sən hansı inkişafdan danışırsan..?
Sənin öz şirkətlərinə qoşduğun “Favorit” marketlər şəbəkəsinin adı velosiped yolunun kəsilməsində hallanıb.
Hətta mediada “Favorit” market velosiped yolunu “işğal” edib başlıqlı xəbərlər yayılıb.
Bəli, Binəqədi – Novxanı yolunda “Azəravtoyol”un təşəbbüsü ilə yolda velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib. Amma təəssüf ki, yolun kənarında olan “Favorit” market velosipedçilərin zolağını “işğal” edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.
Və nəticədə, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza, insan ölümü deməkdir.
Yeri gəlmişkən, Gündəlik-Bakı olaraq bir neçə gün öncə Yasamal rayonunda “Araz” marketin nəinki velosipedçilərin, hətta məktəblilərin yolunu kəsməsi ilə bağlı geniş bir yazı və VİDEO material paylaşmışdıq.
Deməli, Aydın Talıbov mahiyyətcə, sanki yolkəsəndir, Binəqədidə yol kəsir, Yasamalda yol kəsir və s…
Aydın Talıbova deyirik ki, müəllimlərin sənə YOL ÇƏKMƏYİ, yoxsa YOL KƏSMƏYİ öyrədib..?
Bu hələ harasıdır..?
Favorit marketləri həmişə müştərilərin həyatını təhlükəyə atıb.
Belə ki, marketdə “remont”-təmir gedə-gedə müştərilərə ərzaq məhsulları satılır, marketdə toz-torpaq, sement, əhəng ərzağa qarışıb. Bu barədə videomaterial da var və hadisə Yasamal rayonunda, keçmiş Çörək zavodu adlanan ərazidə baş verib.
İndi gördünüzmü, “Favorit”də baş verənlərin ən pisi “Araz”da, “Oba”da baş verir.
Nə qədər yazmaq olar ki, “Araz”da, “Oba”da kiflənmiş pendir satırlar, Patron tumlarının içindən mıx-mismar çıxır, Rusiyadan gətirilən toyuqlar iy verir və s…
Belə faktlar yüzlərlədir.
İndi başqa bir misala nəzər salaq.
“Favorit” marketdə yanğın olub və tüstüdən zəhrələnənlər xəstəxanaya yerləşdirilib.
“Araz” marektin tavanı uçub və marketdə olan reklam meneceri xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Görürsünüzmü, Aydın Talıbovun bütün obyektlərində eyni problemlər yaşanır.
“Favorit” market alıcıları aldadır….
Bəli, marketdən alınan balıq filesinin qablaşdırmasını açan zaman alıcı şoka düşüb.
Alıcı balıq filesinin üzərindəki buz qatını əli ilə qıraraq bütöv çəki üçün verdiyi pulun yarısını əslində su üçün ödədiyini bildirir. Alıcı balıq filesi üzərindəki buz qatını qırıb qabın içinə tökür. Sonda qabda ən az balıq filesinin çəkisinin özü qədər buz qatı toplanır.
Bəli, alıcının BALIQ adı ilə aldığı məhsulun yarısı SU çıxıb.
Buna nə deyirsən, Veysəl müəllimin oğlu..?
Vallahi, piştaxtadakı qiymətlərlə kassadakı qiymətlər arasındakı fərqi yazmaqdan bezmişik.
Ona görə də yazını bu yerdə bitiririk. Və Aydın Talıbovdan soruşuruq ki, sən niyə əməkdaşlarına adi etika qaydalarını öyrətmirsən. Ki, alıcılarla “moral” oxuyurlar, alıcıları aşağılayırlar…
Bu barədə növbəti yazıda.
Bizi izləyin.
Yazıda başqa saytların materiallarından istifadə edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aydın Talıbov “Favorit”i necə ələ keçirdi...? - Velosiped yolunu kəsən “Favorit” və...
05
may
09:33

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Araz supermarket" vaxtı ötmüş məhsulların satılmasına görə cərimələnib
"Araz Supermarket” CƏRİMƏLƏNDİ
"Araz Supermarket” CƏRİMƏLƏNDİ
Nazirlik "Araz supermarket"i CƏRİMƏLƏDİ
Pandemiya tələblərini pozan 17 obyekt cərimələndi
"Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN! - FOTOFAKT
"Araz" marketlər şəbəkəsində də İŞÇİ HAQQI POZULUR - GİLEY
"Araz Supermarket" cərimələndi
Qoşqar Təhməzli “ARAZ” marketləri niyə hədəf alıb? – Detallar
"Araz" supermarketin QİYMƏT FIRILDAĞI: - "Sözügedən məbləğ kampaniya dövrünü əhatə edirdi"
"Araz" marketdən şikayətlər az imiş kimi... - İndi də "NOVAS" YÜKÜ...
Bakıdakı ən tərbiyəsiz marketlər şəbəkəsi... - NARAZILIQ!
"Araz" market Qarabağ Qazisinin maaşını mənimsəyib - GİLEY
Araz Supermarket şəbəkələrində vaxtı ötmüş məhsullar satılır
"Araz" marketdə millətə bu məhsulu təqdim edirlər... - "Nəzarət etsinlər artiq!"
“Araz” supermarketdə vaxtı keçmiş məhsullar satılır - FOTOFAKT
Ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi -“ARAZ SUPERMARKET”
Bakı metrosu ilə "Araz Motors" MMC arasındakı TENDER MƏHRƏMLİYİ - İcazə verin, şübhələnək...
Meliorasiyanın yeni rəhbəri kimdir? - DOSYE
Elşad Abdullayevin bacısı oğlu axtarışa verildi - FOTO
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
Ermənistan çaylarımıza zəhər axıdır - Professor
“Araz” şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Yunanıstanda koronavirusa yoluxan futbolçumuzu Azərbaycana buraxmadılar
"Araz" supermarketlər şəbəkəsində qiymət fırıldağı... - FOTOFAKT
25 milyon kapitalı olan şirkət 710 min borcu olan şirkətə birləşir - TƏFƏRRÜAT
Veysəloğluya məxsus Araz market vətəndaşların yolunu kəsir-VİDEO REPORTAJ
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Daha bir media Əli Həsənovdan alındı
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar