Səkinə Sadıqovanın belindəki kəmər hansı imperatorun xanımına məxsusdur..?
Dövlət məmuru ( modelyer ) Səkinənin ad günündən fotosessiysı...
2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın əməlləri barədə Gündəlik-Bakı olaraq kifayət qədər konkret faktlara söykənən araşdırma yazıları dərc etmişik.
Sözün düzü, doktor Səkinə Sadıqova barəsində informasiya əldə etmək üçün ora-bura düşməyə ehtiyac da yoxdur. Çünki bu xanım hər gün özü barəsində bir eksklüziv informasiya verməsə, sanki rahat ola bilmir.
Bəli, 2 gün öncə Səkinə Sadıqova öz ad günündə elə bir təmtəraqlı məclis keçirib ki, məclisdə iştirak edənlərin dediyinə görə, heç İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi ömründə özünə belə bahalı ad günü keçirməyib.
İstər-istəməz sual doğur ki, dövlətdən konkret maaş alan Səkinə Sadıqova belə bahalı məclisi hansı pulla keçirir..?
Bu məqamda yadımıza 3-4 gün öncə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin hansısa şöbə müdirinin Londonda 10 milyona qəsr alması düşdü.
Təsəvvür edirsiniz, nazirlikdə çalışan cavan şöbə müdiri, Londonda villa deyil ee, QƏSR alır.
Bu adam nazir deyil, komitə sədri deyil, adi şöbə müdiridir.
Deməli, sabah oxusanız ki, Sumqayıt Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqova Fransa kralının iqamətgahını alıb...qətiyyən təəccüblənməyin.
Bəli, Səkinə Sadıqovanın ad günündə iştirak edənlərin dediyinə görə, məclis başlayan kimi müğənnilərdən biri “ Kəmər gəlsin..kəmər gəlsin ...” oxumağa başlayıb.
Qonaqlar elə bilib ki, müğənni “ Qəmər gəlsin..” mahnısını səhvən “Kəmər gəlsin..” kimi oxuyur. Hətta bəziləri düşünüb ki, bəlkə söhbət Bakı-Ceyhan kəmərindən gedir.
Amma...
Əmması odur ki, “Kəmər gəlsin...”in sədaları altında Səkinə Sadıqovanın belinə bağlanan KƏMƏRİ görəndə qonaqlar hayıl-mayıl olublar.
Kəmər nə kəmər..?
Bakı-Ceyhan kəməri Səkinə Sadıqovanın incə belinə bağlanan kəmərin yanında heç nə...
Bəli, məclis iştirakçılarının dediyinə görə, Səkinə Sadıqovanın belinə bağlanan kəmərin qiyməti, misli-bərabəri yoxdur, ən azı milyonlardır.
Çünki, Səkinə Sadıqovanın belindəki kəmər Rusiya İmperiyasının çarı II Nikolayin, həyat yoldaşının, imperatriçanın kəməri imiş.
Bəli, Səkinə Sadıqova Romanovlar sülaləsinə məxsus antikvar kəməri necə əldə edib, neçə milyon xərcləyib, bunu qoy dövlət qurumları araşdırsın...
Gündəlik-Bakıya daxil olan məlumata görə, kəmər 713 min dollara başa gəlib.
Hələ bu harasıdır..?
Deyilənə görə və fotolardan da görünür ki, Səkinə Sadıqova özünü az qala 30 il cavanlaşdırıb.
Və məclis keçirilən müddətdə Səkinə Sadıqova müxtəlif pozalarda, arxadan, qabaqdan, yandan və s şəkillər çəkdirərək, əməlli-başlı fotosessiya keçirib.
Görəsən, Sumqayıt boyda şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıqova başa düşmür ki, o modelyer-zad deyil ee...dövlət qulluqçusudur.
Və dövlətin başçısı cənab Prezident İlham Əliyev öz ad gününü məcburi köçkün, yaxud şəhid ailəsinin evində sadə tərzdə keçirir. Amma...
Əmması odur ki, Səkinə Sadıqova kimi orta ranqlı bir məmur özünə az qala şahzadələr kimi ad günü keçirir.
Məlumatsız oxucular düşünə bilər ki, Sumqayıt Səhiyyəsinin müdiri Səkinə Sadıqova da bu qədər pul, sərvət haradandır...?
Təkrarçılıq olsa da yazmağa məcburuq ki, uzun müddət ruhi dispanserdə yatan Səkinə Sadıqova Sumqayıtın “səhiyyə bakanı” olan kimi bütün məsələləri biznes müstəvisinə çevirib. Yəni bu adam üçün Sumqayıtın səhiyyəsi sanki özəl biznesdir.
Bəli, Səkinə Sadıqova müdir olan kimi deyib ki, Sumqayıtdakı bütün xəstəxanalarda işə düzəltmə, işdən çıxarılma, bir sözlə, kadr məsələlərini mən özüm həll edəcəm.
Səhiyyə tarixində belə bir hal olmayıb. Ki, hansı baş həkim Səkinənin qanunsuz əmrləri ilə razışalmırsa, o şöbə ləğv edilir.
Beləcə, Səkinə Sadıqova qısa vaxtda kadr yerdəyişmələri, təqaüd yaşına çatan həkimlərin müddətinin uzadılması adı altında yüz minlərlə pul yığır.
Və hər kəsə də deyir ki, İctimai Tibbi Sığorta Agentliyindəki departament rəhbəri Rəşad mənim dalımda durub, nə istəsək onu edə bilərik təki cibiniz dolu olsun.
Sonra dövlətin Sumqayıt səhiyyəsinə ayırdığı milyonlarla vəsait Səkinə Sadıqovanın göstərişi ilə ona yaxın MMC-lərə tender yolu ilə ötürülür. Və Səkinə Sadova onların hər birindən “otkat” alaraq milyonçuya çevrilir.
Məsələ təkcə bununla bitmir.
Qısa vaxt sonra Səkinə Sadıqova səhiyyə şöbəsinin tabeçiliyində olan Sumqayıt Təcili Yardım Stansiyasının avtomobil qarajının müdiri Kamranı çağırıb deyir ki, hansı sürücü işdə qalmaq istəyirsə, 1000 manatdan yığsınlar.
Hələ bu harasıdır…?
Səkinə Sadıqova dövlətin Təcili Yardım Stansiyasının avtoqarajına ayırdığı benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satdıraraq milyonlara sahib olur.
Təcili yardım sürücülərinə isə deyir ki, öz cibinizdən benzin, “zapçast” alın.
Və buna görə də Sumqayıtda təcili yardım maşınları xəstə öləndən sonra mənzil başına çatırlar.
Çünki təcili yardım şoferinin maaşı nədir ki, o həm benzin, həm sürtkü yağı, həm də “zapçast” alsın…
Bəli, təcili yardım şoferlərinin maaşı uzağı 700 manat, həkimlərin maaşı isə 500-800 manat arasında ola bilər.
Və üstəlik Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırır və deyir ki, dövlət xəstələrə dərman vermir.
Sözün qısası, indi bildinizmi, Səkinə Sadıqova 1 milyon dəyərində kəməri hansı pulla alıb..?
Hansı pulla özünü 30 il cavanlaşdırıb..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Səkinə Sadıqovanın ad günündən FOTO-REPORTAJ... - Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqovanın ad günündə niyə “Kəmər gəlsin..” oxuyublar..?
05
may
10:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi… - Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızını nə edib ?
Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova barəsində dövlət qurumları niyə susur..?
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
250 minlik Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
Sumqayıt səhiyyəsində Tender rüsvayçılığı … - Səkinə Sadıqovanın HƏBSİ qaçılmazdır….
İstintaq ədalətli keçərsə, Səkinə Sadıqova və Kamran Əhmədovu hansı cəza gözləyir..? - Sumqayıt şəhər səhiyyə şöbəsinin qarajında “razborka”
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova necə 8 min manat maaş alır..? - Səkinə Sadıqova 8-ci sinif şagirdinin ölümünə görə, istintaqa cəlb olunmalıdır…
87 yaşlı qadını qohumu tövlədə SAXLAYIRMIŞ
Sumqayıt səhiyyəsini iflic edən Səkinə Sadıqova…- Millət vəkili Müşviq Məmmədli hadisə ilə bağlı “Gündəlik-Bakı”ya eksklüziv açıqlama verdi…
Azərbaycanda ər arvadını uşaqlarının gözü qarşısında döyüb öldürdü
SUMQAYIT SƏHİYYƏSİ MƏQSƏDLİ ŞƏKİLDƏ DÖVLƏTİN PULUNU GÖYƏ SOVURUR
Azərbaycanda 20 yaşlı hamilə qadın intihar edib
Tövlədə bağladığı 87 yaşlı qadının pensiyasını da mənimsəyibmiş - RƏSMİ
Xalq artistinə ağır itki üz VERDİ
Qadına qarşı zorakılıq edən şəxsin işi məhkəməyə göndərildi
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Xalq artistinin qızına hökm oxundu
Xəstələrin başına OYUN AÇIRLAR... - BU DA FAKT!!!
Azərbaycanda kişi arvadını döyə-döyə öldürdü
Fəxrəddin Manafova ağır itki üz verdi
Ucarda bu məktəbdə NƏ BAŞ VERİR? - Təhsil nazirliyi BİR MARAQLANSIN...
Gəncə təhsilində ÖZBAŞINALILQ - NARAZILIQ!
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi