Rövşən Rizayevin keçmişi üzərindəki sirr pərdəsi bir gün götürüləcək…
Kim nə deyir desin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rizayevin Xocalı canisi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qarşısında aşağı baxması, onun üzünə baxa bilməməsi sıradan bir məsələ deyil.
Yəqin oxucular söhbətin məşhur fotodan getdiyini bildilər.
Bəli, Azərbaycan nümayəndə heyəti, Polad Bülbüloğlu və digər millət vəkilləri Sarkisyanın qarşısında qürurla dayandığı halda Rövşən Rizayev nədənsə sanki günahkar şəxs kimi başını qaldırıb Sərkisyanın üzünə baxa bilmir.
Və istər-istəməz ortaya suallar çıxır.
Rövşən Rizayevin Sarkisyanın qarşısında nə günahı var..?
Nə vaxtsa, bu məsələyə aydınlıq gələcək, arxivlər açılacaq, cənab Rövşən Rizayevin nədən çəkindiyi, nədən qorxduğu da bəlli olacaq.
Əlbəttə, hazırda əlimizdə ciddi fakt-sübut olmadığı üçün konkret nəsə deyə bilmirik. Amma...
Ümumiyyətlə, dəfələrlə yazmışıq Rövşən Rizayevin keçmişi çox müəmmalıdır.
Söhbət təkcə Sarkisyanın qarşısında başını aşağı salmaqdan getmir.
Əslində Rövşən Rizayev Sarkisyanın deyil, 1 milyon qaçqının qarşısında başını aşağı salmalı idi.
Bəli, cənab Prezident də rəsmi çıxışlarında dəfələrlə vurğulayıb ki, “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləri olmalıdırlar”.
Amma, Rövşən Rizayev komitə sədri olandan sonra atdığı addımlar, etdiyi əməllər çox ehtimallara yol açır.
Biz əbəs yerə demirik ki, bu adamın keçmişi çox qaranlıqdır.
Dəfələrlə yazmışıq və yenə yazmağa məcburuq ki, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirən adam 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə necə işləyə bilərdi..?
Qoy Rövşən Rizayev bizim bu sualımıza cavab versin.
Axı, 1982-ci ildə Rövşən Rizayev heç tələbə də deyildi.
Deməli, lazım olan qüvvələr bu adamı lazımi yerə hazırlayırmış.
Sonra keçək başqa bir məsələyə.
Bakıda doğulan, ömründə Xanlar və Daşkəsən rayonlarında olmayan Rövşən Rizayev necə oldu ki, 2004-cü ildə 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildi və uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işlədi.
Bu adamı Xanlar və Daşkəsəndə tanıyan var idi..?
Sonra Allah qoymasa Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir.
Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır.
Görəsən, Rövşən Rizayev o boyda tribunalardan bircə dəfə ermənilərin əleyhinə nəsə deyibmi..?
Deyibsə, buyursun ortaya qoysun.
Biz əbəs yerə demədik ki, Rövşən Rizayevin nəinki keçmişi, hətta komitə sədri olandan sonrakı addımları da ciddi şübhələr doğurur.
Bəli, Rövşən Rizayev komitə sədri olduğu müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünləri sanki dövlətdən narazı salıb.
Rövşən Rizayev xeyli sayda qaçqının adicə çörək pullarını, kommunal xərclərini kəsməklə deyəsən sağ ol qazanmaq istəyir. Və minlərlə ailəni talehin ümidinə buraxır.
Rövşən Rizayevdən soruşan lazımdır ki, müavinətlərini kəsdiyin minlərlə qaçqının siyahısını niyə Maliyyə Nazirliyinə vermirsən. Və bu yolla milyonları mənimsəyirsiniz.
Bəli, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Rövşən Rizayev Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib.
Yəni artıq 5-ci ildir ki, Rövşən Rizayev komitə sədridir.
Deyilənə görə, Rövşən Rizayev məcburi köçkünlər üçün inşa edilən binalardan, şəhərciklərdən 100 milyonlar mənimsəyib. Bunu biz demirik aaa, deyirlər.
Bəli, bunu açıq demək lazımdır.
Amma qaçqınların çörək pulunu kəsmək üçün hər yola əl atır.
Guya hansısa qaçqının evi var, daxması var. Buna görə, Rizayevin məntiqi ilə müavinət düşə bilməz.
Guya BDU-nun hüquq fakültəsini bitirən, amma hüquq elmindən dadmayan Rövşən Rizayevə başa salan lazımdır ki, qaçqın və məcburi köçkün beynəlxalq statusdur. Məgər dövlət məcburi köçkün üçün xarici dövlətlərdən aldığı yardımın qarşısında yazır ki, Pirvəlinin evi var, ona yardım verməyək? Bu ayrılan kommunal xidmətlər və ya çörək pulu bir məcburi köçkünün qidalanmasına və ya bir mənzil üçün kommunal xidmətin ödənilməsi üçün verilir, 100 ev üçün verilmir.
Sözün qısası, Rövşən Rizayev komitə sədri olduğu müddətdə məcbiri köçkünlər ondan çox narazı qalıb. Bircə qalır cənab Prezidentimizə müraciət etmək.
Rövşən Rizayev Sarkisyanın deyil, 1 milyon qaçqının qarşısında aşağı baxmalı idi… - RZAYEVİN SİRR PƏRDƏSİ…
06
may
15:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Serj Sərkisyanın qarşısında başını aşağı salan Rövşən Rizayev… - Qaçqınkomdan YEYİLƏN MİLYONLARIN İZİ İLƏ…
"Qaçqınkom" ləğv edilmir... amma Rövşən Rzayev YOLA SALINIR - Qaramaskalılar da GƏLƏ BİLƏR
"Rövşən Rzayev dedi, sizi mən çıxardıram gedin kirayədə qalın, indi kiyarə pulunu verən yoxdur"
Sarkisyanın əsl adı Serjik imiş - FOTO
Rövşən Rzayev minlərlə qaçqını dövlətdən narazı salır…- Qaçqınkomda HƏBSLƏR GÖZLƏNİLİR…
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
Serj Sarkisyan da koronavirusa yoluxdu
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Rövşən Əkbərovun oğlu məhkəmədə vəkilə HÜCUM ETDİ - FOTO
Ermənistanda sabiq deputata hökm oxunacaq
“Qaçqınkom”un sədri Rövşən Rzayev gedir...- Ülvi Quliyev komitəyə sədr gəlir
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Qaçqınkomun sədri Rövşən Rzayev hansı işlərlə məşğuldur?
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Rövşən Əkbərov məhkəmədə son söz dedi
Rövşən Rzayev, deyirsən ki, əlavə gəlirim yoxdur, maaşla dolanıram- Oğlunuz kiçik bizneslə məşğul olur, yoxsa..?
Rövşən Əsgərova Rusiyada cinayət işi açıldı
"Kazinolarda 100 milyon dollardan çox pul xərcləyib" deyən deputatı məhkəməyə verdi
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Rövşən Rzayev kresloya oturan kimi 180 min manata özünə BMV alıb- Bu pul bilirsən neçə min qaçqının çörək puludur, ay Rövşən müəllim ?
Paşinyan Qarabağı 5 milyard dollara satıb - Səfir Minasyandan baş nazirə ittiham
Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ
Rüşvətin və korrupsiyanın buynuzu olmur, cənab Rzayev-QAÇQINKOM SƏDRİNƏ QARŞI İDDİALAR-VİDEO
Serj Sarkisyanın səhhəti pisləşdi
Serj Sarkisyanın partiyası hakimiyyətə iddia etmir - Rəsmi imtina
''QAÇQINKOM''DA HƏBSLƏR GÖZLƏNİLİR-RÖVŞƏN RZAYEVİN VƏ MAHİR ABBASZADƏNİN BAŞI DƏRDDƏ
Sarkisyanın məhkəməsi gərgin keçib
Kim yuxudan tez durursa, “Qaçqınkom”un sədri odur… - Sənin kabinetin qaçqınların yataqxanası olmalıdır, cənab Rövşən Rzayev
Sarkisyan və Koçaryan Xankəndiyə gəldilər
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar