Kağız üzərində subay, vikipediyada ailəli Mərdan Camalov...

Mərdan Camalov  deyəsən həyat yoldaşının familyasını götürmək istəyir...


Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovun  barəsində  yazmaq  istəyərkən, haradansa yadımıza  gözəl şairlərimizdən birinin “Kimi aldadırsan, ay zalım oğlu ?”  şeiri düşdü:

Nә dil anlıyırsan, nә haqq bilirsәn
Yaxın mәnzilini uzaq bilirsәn.
Әgәr iç üzünü bu xalq bilirsә,-
Kimi aldadırsan, ay zalım oğlu?

Bəli, ay Mərdan müəllim, səni Şirvan əhli, Zərdab camaatı tanıyırsa, sən kimi aldada  bilərsən..?
Hələ deyirlər, Mərdan Camalov deyib ki, Əzrayılı aldadacam. Soruşublar ki, ay Mərdan müəllim, 100 minlik Şirvan əhlini, 100 minlik  Zərdab  camaatını aldatmağını başa düşdük, bəs milyon illik  Əzrayılı necə aldada bilərsən..? 
Mərdan Camalov deyib ki, familyamı dəyişəcəm, qoy, Əzrayıl gəlib məni tapa bilməsin. Əgər Əzrayıl gəlsə, ona deyəcəm ki, mən Mərdan Camalov deyiləm…
Hətta deyilənə görə, Mərdan müəllim həyat yoldaşının familyasını da  götürmək istəyirmiş, amma….
Əmması odur ki, vikipediyadakı  rəsmi tərcümeyi-halında  Mərdan müəllim yazır ki,  ailəlidir və 4 övladı var.
Allah  bütün ailələri və övladları qorusun, o cümlədən Mərdan Camalovun övladlarını. Amma…
Əmması odur ki, bu gün  Mərdan Camalovun adından təqdim edilən bir rəsmi sənəddə onun SUBAY, daha doğrusu, DUL  olduğu qeyd olunur. Yəni bu yaşda subay kişilərə dul deyirlər.
Əvvəl fikirləşdik ki, bəlkə Mərdan müəllim türk qardaşlarımız deyən kimi, SUBAY, yəni əsgər nəzərdə tutur. Amma biz biləni Mərdan müəllim əsgər deyil. 
Bəs, görəsən, Mərdan Camalovun SUBAY-lığının sirri nədir..? 
Bəli, bəzi məmurlar kimi Mərdan Camalov da  gələcək təhlükələrdən, müsadirələrdən, konfiskasiyalardan  və s özünü sığortalamaq üçün işini bəri başdan möhkəm tutmaq istəyir. 
Heç kimə sirr  deyil  ki, bir çox məmurlar xalqın qanı hesabına qazandığı  100 milyonluq mülkləri  həyat yoldaşının adına keçirib, sonradan kağız üzərində boşanırlar. Və düşünürlər ki, bu  yolla gələcəkdə qanunsuz əmlakın müsadirə olunması  və digər hallardan sığortalana bilərlər. 
Mərdan Camalov kimi  məmurlar  başa düşmür ki, sən  həyat yoldaşından boşana bilərsən, sən kağız üzərində subay ola bilərsən, sən…hər cürə maxinasiya edə bilərsən, amma….
Amma, sən HAQQ DİVANINDAN qaça bilməzsən. Sən cibində gəzdirdiyin  100-lərlə maaş kartının haqq-hesabından qaça  bilməzsən. 
O adamlar çörəyə  möhtac olduqları üçün dövlətimiz onlara  yardım edir. Sən isə onların maaşlarını əlindən alırsan. 
Mərdan Camalov, sövet dövləti  yerin altında qaz və su xətlərinə alternativ  xətt çəkirdi ki, qəza vəziyyətində alternativ xətt işə düşsün və insanlar qazsız, susuz qalmasınlar. 
Amma 90-cı illərdə  sənin kimi məmurlar yer altındakı bütün qaz və su turbalarını kəsib metallom kimi satdılar, milyonlar qazandılar. 
Ona görə də bu gün iki gündən bir vətəndaşların suyu, qazı kəsilir. 
Bax, bütün bunları sənə HAQQ divanı bağışlamayacaq. 
Sən nəinki soyadını, adını, hətta atanın adını da dəyişsən belə, HAQQ divani  səni görən kimi tanıyacaq. Və mənə sarı gəl, deyəcək. Onda sənə heç kim kömək edə bilməyəcək. 
Bəli, şəhidin atasına  kəllə atmağını elə bilirsən unudacaqlar…? 
Şirvanda ən bahalı torpaqları ələ keçirmisən, amma şəhidin atasına 5 sot torpaq vermək istəmirsən…
Mərdan Camalov  üstündə gəzdiyin torpağa görə, o şəhidə, onun atasına borclusan ee…
Qarabağ müharibəsində şəhid olan əsgərimizin Zərdab sakini olan atası deyir: “ Mən  Mərdan Camalovun qəbulunda oldum. O mənim üstümə ŞIĞIYIB  QIŞQIRARAQ  MƏNİ VURMAQ İSTƏDİ. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni döyəcəkdi”.  Gör  dünyanın harasıdır ki, Mərdan Camalov şəhid atasının üstünə şığıyır, onu döymək istəyir. 
Sən kimsən ay çilingər, ay “qazovşik”, sən şəhid atasını döymək istəyirsən. Gəncənin icra başçısı Elmar Vəliyev də sənin kimi şəhid atasını döymək istəyəndə qeyrətli oğlanlarımızdan biri Elmarın qaşqasına necə bir kəllə qoymuşdusa, bir həftə ayağa dura bilməmişdi, sonrası da bəllidir. Sən belə aqibətdən qorxmursan, ay Mərdan Camalov ? 
Mərdan Camalov  istəyirsən adını dəyiş Müsyö Jordan qoy, nə istəyirsən qoy, amma bilirik ki, yerin Kürdəxanı türməsində hazırdır. İnanırıq ki, səni həbs edəcəklər.
Səni deyirlər, ay Mərdan Camalov…