Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu”na qarşı iş qaldırıb…
Digər dövlət qurumu Vergilər Xidməti “Veysəloğlu”na qarşı 2 milyondan çox sanksiya…
Buna nə deyirsən, cənab Aydın Talıbov..?
Bir müddət əvvəl ölkə mediasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” şirkətinə qarşı iş qaldırılması barədə məlumat yayılmışdı.
Dövlət Xidmətinin yaydığı məlumata görə, şirkət ona ünvanlanan sorğuları cavablandırmayıb: “2021-ci ildə dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb. Dövlət Xidməti tərəfindən yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib”.
Göndərilən sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti “Veysəloğlu” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb, sanksiya tətbiq edilib.
Bu xəbərdən xeyli əvvəl biz Gündəlik-Bakı olaraq Aydın Talıbovun sahibi olduğu “Veysəloğlu” şirkəti və şirkətin tabeçiliyində olan “Araz”, “Oba” marketlərində baş verən qanunsuzluqlardan yazmışdıq.
Amma bizim yazdıqlarımızı Aydın Talıbovun şirkəti cavabsız qoymuşdu.
Həə, indi sualın yeridir ki, buna nə deyirsən, cənab Aydın Talıbov..?
Biz bir media olaraq yazanda qəzəblənirsən, məhkəməyə müracaiət edirsən, bəs indi niyə Dövlət Xidmətini məhkəməyə vermirsən..?
Bu birinci dəfə deyil ee, cənab Aydın Talıbov..
Bundan öncə də “Veysəloğlu” barədə bir neçə dövlət qurumu, o cümlədən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən addımlar atıldığına dair məlumatlar açıqlanıb.
Düzdür, hər dəfə cənab Aydın Talıbov hansısa güclü əlin sayəsində vəziyyətini düzəldə bilir.
Amma, bir gün o güclü əl olmayanda görəsən, Aydın Talıbov nədən yapışacaq..?
Daha bir dövlət xidməti də Aydın Talıbovun şirkətinə qarşı sanksiya tətbiq edib.
Belə ki, Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Veysəloğlu” şirkətində yoxlamalara başlayıb.
Bu barədə Azsiyaset.com xəbər yayıb.
Bildirilir ki, 2022-ci ilin yanvar ayının əvvəlində “Veysəloğlu” şirkətinə məxsus olan onlarla müəssisədə səyyar vergi yoxlamaları həyata keçiriləcək. Şirkətdə yoxlamaların aparılması ilə bağlı qərarın ən üst səviyyədə verildiyi qeyd olunur. Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran “Veysəloğlu” şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.
Mənbə iddia edir ki, “Veysəloğlu” şirkətinin rəhbərliyi Vergilər Xidmətində müəyyən şəxslərlə işbirliyi qurub. Elə buna görə də şirkətin bir neçə dəfə cərimə edilməsinə baxmayaraq, külli miqdarda vergidən yayınma hallarına son verilmir.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində də “Veysəloğlu” şirkətində səyyar yoxlamalar aparılmış və külli miqdarda vergidən yayınma halları aşkar edilmişdi. Məhz bu qanunsuzluğa görə “Veysəloğlu” şirkətinə 2 milyon manatlıq maliyyə sanksiyası da tətbiq edilmişdi.
Bütün bunları biz yazanda daşımız ağır olur, amma dövlət qurumları bəyan edəndə Aydın Talıbovun səsi də çıxmır.
Amma Gündəlik-Bakı yazanda ki, qiymətləri son 4-5 ayda 40 faiz qaldırmısan….dinmirik…
Qurdlu şokoladı millətə yedirirsən, dinmirik…
Kiflənmiş pendiri kasıb təbəqəyə satırsan səsimizi çıxarmırıq…
Vaxtı keçmiş balıq məhsullarını satırsan susuruq…
Qiymətləri süni şişirdirsən, Prezidentin tapşırıqlarını saymırsan….
Deyirsən 17 min işçim var….
Revizora 35 min manat əmək haqqı verirsən…
İşçiləri gündə 10-12 saat işlədirsən…
Əmək Müfəttişliyi səndən soruşur ki, niyə ölkə qanunlarını pozursan ?
Hə, Aydın Talıbov, sənə neçə ay əvvəl yazmışdıq ki, sənə bir AUDİT yoxlaması bəs edəcək. Hələ biz əmək müfəttişliyinin yoxlamasından danışmırıq.
Bax, yenə də həmin fikrə gəlirik ki, bir obyektiv AUDİT yoxlaması, sənə himayədarlıq edən şəxslərin gözə görünməməsini ortaya qoyacaq. Başlayaq şərikin Pərvizdən, bilirsiniz Pərviz kimdir?
Bu haqda növbəti yazıda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dövlət Xidmətləri “Gundelik-Baku.com”un yazdıqlarını təsdiq etdi… - “Veysəloğlu”na qarşı 2 milyondan çox sanksiya…
07
may
18:47

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Veysəloğlu” şirkətinə iş qaldırıldı
"Bolmart"ın sahibi ilə bağlı ARAŞDIRMA BAŞLANILDI
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
Antiinhisar Dövlət Xidməti “Veysəloğlu” şirkətinə iş qaldırdı…. - Aydın Talıbovun BAŞI DƏRDDƏ…
"Soliton"a sanksiya tətbiq edildi
"Volt Azərbaycan" CƏRİMƏLƏNDİ
Dövlət Xidməti “Volt Azərbaycan”a qarşı iş qaldırdı
"Veysəloğlu” şirkəti antiinhisar qanunvericiliyini POZUB
Prezident Dövlət Xidmətinə yeni rəis TƏYİN ETDİ
Plastik qab istehsal edən sahibkarların nəzərinə!
Xanım aparıcı nazirlikdəki vəzifəsindən ayrıldı
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
Un ən ucuz harada satılır? - Ünvanlar AÇIQLANDI/FOTO
Bəzi dərmanların qiyməti bahalaşıb - NAZİRLİKDƏN AÇIQLAMA
Süni qiymət artımına qarşı hansı tədbirlər görülməlidir?
Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır - Rəsmi
"Bizon" və "Berg" CƏZALANDIRILDI
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
Unun qiymətinin qalxması ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Bu şəxslər üçün qaz sayğacları PULSUZ QURAŞDIRILACAQ
Azərbaycanda un və çörəyin qiymətlərinə nəzarət GÜCLƏNDİRİLDİ
Nazirlik enerji içkiləri bazarında araşdırmalara BAŞLADI
"İrşad Electronics"ə maliyyə sanksiyası TƏTBİQ EDİLDİ
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ
Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA
Tibbi maskalarla bağlı xəbrdarlıq!
Qiymət artımına qarşı mübarizə gücləndiriləcək - Baş nazirdən TAPŞIRIQ
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Azərbaycanda enerji içkiləri satan şirkətlərə qarşı iş qaldırıldı: Qanunvericilik pozulub
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar