"Quyruğu" qapı arasında qalan şirkət çarəni qiymət artımında görür ?

Veysəl kişinin oğlu dövlətə qarşı çıxır ?

Veysəloğlunun mətbuata qarşı SENZURASI...

’’Veysəloğlu’’ şirkəti suni qiymət artımına görə niyə cəzalanmır ?

Veysəlin oğlu dövlətlə oyun oynama ha, dövlətin şapalağı sərt olur...


Veysəloğlu şirkətlər qrupunun adı mətbuatda hər zaman pis işlərdə, qalmaqallarda, saxta mal satmaqda, insanları zəhərləməkdə, suni qiymət artımında çəkilib. Bunlar başa düşmür ki, mətbuatın məqsədi sizi rüsvay və ya tənqid etmək deyil. Mətbuatın çalışdığı yalnız cəmiyyətimizi sizin saldığınız bəladan xilas etməkdir. Veysəloğlunun pul yuyan maşınının güclü işləməsi mətbuatın əsas qollarının ağzını yumub və səsini çıxarmağa imkan vermir. Veysəloğlu pulunun gücünə satın ala bilməyəndə isə, Azərbaycan qanunlarını öz pulu gücünə satın alıb jurnalistləri susduracağını fikirləşir. Bu zavallı adam fikirləşmir ki, dövlətin bel sütununu buna satdırmazlar. Hansısa məhkəmə orqanı rüşvət alıb, jurnalistə qarşı haqsız, sifarişli qərar qəbul edirsə həmin hakim də, məhkəmə sədri də dövlətə xəyanət etmiş olur. Belə yerdə tanınmışlardan birinin sözü yadıma düşdü:
"Rüşvət alan məmur, bədənini satanlardan da namussuzdur". Elə rüşvət alıb, sifarişlə iş görən məmur da, şəxsi ədavətinə görə haqqsız iş görüb, qərar qəbul edən məmur da bədənini pula satanlardan da betərdir. Amma mövzumuz məmur problemi deyil.
Problem VEYSƏLOĞLUNUN cəmiyyətimizin başına açdığı böyük fəlakətdir. Hansı ki,bu problemin bir çıxış yolu var:
Veysəloğlu şirkətini və onun millətimizin başına bəla etdiyi OBA marketlər şəbəkəsinin törətdiyi özbaşınalıqları ifşa edib cəmiyyətə çatdırıb, hüquq mühafizə orqanlarına şirkət haqqında məlumat verməkdir. Əgər hamılıqla bu özbaşınalıqlara qarşı mübarizə aparsaq problemin həlli tapılar. Dövlətimiz də bu istiqamətdə uğurlu addımlar atır. Yəni ki, Veysəloğlu şirkətinin özbaşınalıqlarına dövlətimiz də, biganə qalmır. Onlara lazım olan cəzanın verilməsi barədə düşünülür. Buna son atılan addımları misal göstərmək olar. “Veysəloğlu” şirkətinə iş qaldırıldı başlıqlı xəbəri həmən-həmən izləyicilərimiz oxuyub. Xəbərin mətnini sizlərlə bölüşürəm:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırıb.
Bu barədə Dövlət Xidmətinə istinadən xəbər verilir.
Məlumatda deyilir ki, ötən il dünyada baş vermiş qlobal qiymət artımı fonunda ölkəmizdə bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib.
Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” heç bir sənəd və məlumat təqdim etməyib. Bununla bağlı şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barədə qanunauyğun tədbir görüləcək. Xəbərdən aydın olur ki, Veysəloğlu MMC dövlətin qanunların saymır ya da saymaq istəmir. Çox maraqlıdır ki, Veysəloğlu şirkəti kimə arxayındır ? Bu təlimatları kimdən alır ? Ortada çox ciddi sirrli məqamlar olduğu şübhə doğurur. Bunu araşdırmaq isə, bizim işimiz yox, aidiyyəti dövlət orqanlarının işidir. Babalı günahkarın boynuna…..
Sonra çox keçmədiki dövlətimiz Veysəloğlu MMC barəsində daha bir tədbir gördü. "Veysəloğlu” şirkətinə cərimə protokolu yazılıb başlıqlı xəbər gündəmi zəbt etdi. O xəbəri də izləyicilərimizə təqdim edirəm:
Azərbaycanda tanınmış şirkətə cərimə protokolu yazılıb.

"Veysəloğlu” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icaatına verilib. Məhkəmə iclası martın 31-nə təyin edilib.

Bu xətaya görə, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Dövlətimiz Veysəloğlu şirkətinin qanunsuzluqlarına qarşı operativ işləyib qanuni tədbirləri görməsini Veysəloğlunun heç vecinə də olmadı. Milyonları yuyan pul aparatının 1000 manat vecinə olmazda. Veysəloğlunu rəhbər şəxsi olan Aydın Talıbovun bir abede yediyini jurnalistlər, sadə vətəndaşlar, ləyaqetli məmurların 5 ildə yediyinə bərabərdir. 1000 manat onun vecinə olmazda…..
Lazımi tədbirlərdən ağıllanmayan, dövlətin qanunlarını heçə sayan Veysəloğlu bu səfər 3 milyon manata yaxın cəriməyə düşdü. Vergilər Nazirliyi “Veysəloğlu”nu 3 milyon manata yaxın cərimələdi başlıqlı xəbəri də izləyicilərlə bölüşürəm:
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətlərində audit yoxlamaları həyata keçirilib. 

Səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb. 

Araşdırmalar zamanı məlum olub ki, “Veysəloğlu”  Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib. Yəni, “Veysəloğlu” Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub. 

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.  

Qeyd edək ki, Prezident İlham Əliyevin Mikayıl Cabbarovu Vergilər naziri təyin etməsindən sonra bu sahədə uğurlu islahatlar sürətlə davam edir. Təkcə bu fakt Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ən yüksək iradənin nümayişidir. Bu islahatların bariz nəticəsi odur ki, artıq Azərbaycanda bir sıra böyük şirkətlərin monopolist fəaliyyətlərinə son qoyulur və ölkədə kiçik və orta sahibkarlığın imkanları daha da genişləndirilir.  

Eyni zamanda vergilər naziri Mikayıl Cabbarovun vergi sahəsində apardığı bu kimi islahatlar sahibkarlar tərəfindən də təqdir olunur.
Mövcud vəziyyətdən aydın olur ki, Aydın Talıbovun şirkətlərinə heç 2 milyonluq cərimədə kar eləməyib. Veysəloğlu şirkətinin bu cərimə də vecinə olmayıb. Şirkət hələ də, öz ampulasında qalaraq öz aləmində dövlətin qanunlarına meydan oxuyur. Bunlar deyəsən dövlətin tərs şilləsinin dadını hələ də bilmirlər. Veysəlin oğlu dövlətlə oyun oynama ha, dövlətin şapalağı sərt olur...

Quyruğu qapı arasında qalan şirkət çarəni qiymət artımında görür ?


Saytlarda dərc olunan xəbərlərdən aydın olur ki, Veysəloğlu cərimələrin intiqamını sanki orta və kasıb təbəqədən alır. Necə deyərlər, vay halına qara camaatın....
Buna misal olaraq mətbu orqanların birində dərc olunan “Veysəloğlu” MMC “Viski Gilavar”ın qiymətini süni bahalaşdırıb başlıqlı xəbəri misal göstərmək olar. Milli manatımızın devalvasiyasından sonra bəzi şirkətlərin süni qiymət artımı yaratması hətta ölkə başçısının kəskin etirazına səbəb oldu: 

"Ölkədə süni qiymət artımına yol verənlər cəzalandırılacaq”. Ancaq prezidentin açıqlamasına baxmayaraq "Veysəloğlu” MMC Baki şəhərindəki böyük marketlərə satdığı "Viski Gilavar”ın qiymətini bir gecədə 35-40 faiz artırdı. Maraqlıdır, hətta "Veysəloğlu” şirkəti süni qiymət artımına dövlət nəzarətindən yayınmaq üçün marketlərə göstəriş verdi ki, "Viski Gilavar”ı bir müddət açıq satışa qoymayın, yəni müştərilərə "altdan” satın. 

Bu məsələni araşdırmaq üçün "Veysəloğlu” MMC ilə əlaqə saxladıq. Satış şöbəsinin adını bildirməyən əməkdaşı hay-küylə bildirdi ki, bizim şirkət ümumiyyətlə spirtli içkilər satmır. Biz ona görə də bir neçə marketdə olub, yenidən maraqlandıq. Hər yerdə bizə bildirdilər ki, bu viskini bizə "Veysəloğlu” satır.  Nəhayət, " Viski Gilavar”ın istehsalçısı olan "Abşeron- Şərab” MMC ilə əlaqə saxladıq. Öncə şirkətin adını bildirməyən xanım əməkdaşı bildirdi ki, bu viskini bizdən "Veysəloğlu” şirkəti alıb marketlərə satır. 

Sonra "Abşeron-Şərab” MMC-nin Elgiz adlı ( soyadını demədi) satış şöbəsinin müdiri bizə bildirdi ki, bizim istehsal etdiyimiz "Viski Gilavar”ı "Veysəloğlu” şirkəti satır, ancaq süni qiymət artımından xəbərimiz yoxdur. Ən maraqlısı odur ki, "Abşeron- Şərab” MMC-nin saytında şirkətin məhsulları sırasında "Viski Gilavar”ın adı yoxdur.
Veysəloğlunun qiymət artımı ilə əlaqədar onlarla fakt təqdim edə bilərik. Sözümüzün canı ondadır ki,Veysəloğlu şirkəti əməllərini düzəltmək yerinə günü gündən sərtləşir. Veysəloğlu şirkəri sanki nəyinsə intiqamını alır. Zənnimcə burada başqa nüyanslar var. Yoxsa şirkət niyə əcnəbi revizorlar gətirsin ki ? Özüdə həmyerlilərimizə 350 manat verməyə qarnı ağrıyan şirkət 35 min avro dəyərində əcnəbi işçilərinə maaş versin  ki ? Sizcə də, burada maraqlı səbəblər yoxdur ? Bəlkə Veysəloğlu şirkəti kiminsə sifarişini yerinə yetirir ? Nə deyirsən Veysəlinoğlu ?
Bütün bunlardan görünən odur ki, Veysəloğlu şirkətini 2 milyonluq cərimədə hidayət edə bilməyib. Çarə yalnız şirkəti boykot etməkdir. Necə deyərlər, QOZBELİ QƏBİR DÜZƏLDƏR....

Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur
Qarşı tərəfə cavab haqqı tanıyırıq.