Dərhal mətləbə keçərək, söhbət açaçağımız mövzuda Ağcabədi rayon səhiyyəsində həm direktor müavini, həm baş həkim, həm də komissiya sədri kimi tanınan Məmmədova Təranə Cabbar qızından bəhs edəcəyik.
Təranə Məmmədova həkim komissiyasının sədri olaraq, özünü camaata hamının halına yanan bir həkim kimi göstərir. Amma redaksiyamıza daxil olan məlumatda sağlam adamlara xəstə "həkim kağızı" verərək onları "pensiya"ya çıxarırlar. Buna misal olaraq 1 saylı psixatriya xəstəxanasından verilən rəyi göstəririk.
Hüquq mühafizə orqanlarının araşdırması üçün əlimizdə olan sənədləri təqdim edirik. Baş həkimin əməllərində korrupsiya halının olmasına şübhə etmirik.
Araşdırmamız davam edir, mövzunu diqqətdə saxlayacağıq.








