Əmrullayev məktəb direktorlarını necə və neçəyə təyin edir..? 


Bir neçə gün öncə, daha doğrusu, 9 May-Qələbə günü Bakıda  164 nömrəli orta məktəbdə keçirilən bayram tədbirində baş verənlər sözün həqiqi mənasında məni şoka saldı. 
31 ildir müstəqillik əldə etməyimizə baxmayaraq məktəbin direktoru Kəmalə Qədirova  şagirdləri məcbir edib ki, sinələrinə “Georgi lenti”  yapışdırsınlar. 
Emin  Əmrullayevin  NAZİR  olduğu  “kantor”  açıqlama  verib ki, bununla bağlı araşdırma aparırıq. 
Əə, adama  deyərlər ki,  Azərbaycan 31 ildir müstəqil dövlətdir.  Sən  gənc  uşaqların yaxasına asdığın Rusiya imperiyasının simvolunun nə olduğunu guya bilmirsən..? 
Həə, Emin Əmrullayev, buna nə deyirsən..? 
Bu məqamda bilirsiniz yada nə düşür…?
2019-cu ildə Bakı Slavyan Universitetində  sovet KQB-sinin şefi  Primakova təntənəli  yubiley keçirdiniz…
Məsələnin üstü açılan kimi BSU-nun rektoru  Nurlana Əliyeva yüz bəhanə gətirdi. Amma  bir müddət sonra o vəzifəsindən uzaqlaşdırıldı. 
Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə ciddi problemlər var. İstər səhiyyə, istər nəqliyyat, istər kənd təsərrüfatı….Amma təhsildəki vəziyyət son həddə çatıb. 
Gündə sosial şəbəkələrdə konkret, sübut kimi çəkilmiş videolara baxırıq. Məktəb direktoru olan qadın, kişi və qadın müəllimləri  söyür və deyir ki, niyə aylıq pulu vermirsiniz..? Bunlar hamısı cinayət  materiallarıdır. 
Yaxud məktəb didrektoru  10-cu sinif şagirdinə əxlaqsızlıq təklif edir…
Yaxud direktor şagirdə deyir ki, yaxanı aç baxım…
Belə faktlar yüzlərlə, bəlkə də minlərlədir…
O gün Emin Əmrullayev  deyir ki, hazırda  tabeçiliyimizdə  7 minə yaxın təhsil müəssisəsi var. 
Bəli, Emin Əmrullayev, hər təhsil müəssisəsi  ayda  ən azı 1000 manat ( bu rəqəm 3-5 min də ola bilər ) ödəsə, = 7000 x 1000 = 7000000, yəni 7 MİLYON…Bu hələ ən minimum rəqəmdir. 
Elə bilirsən bunu cəmiyyət üzvləri bilmir…? 
Emin Əmrullayev, sən Azərbaycan tarixində “könüllü rüşvət”  ideyası ilə yadda qalacaqsan..? 
Buna şübhən varsa, buyur, bax…
Təhsil  naziri deyir rüşvət könüllü olmalıdır..
"Məktəblərdə pul yığımı könüllü şəkildə ola bilər"
…" Mən oxuduğum müddətdə də belə problem var idi. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Məktəbə əlavə resurs gəlmir. Təhsil belədir ki, buraya əlavə bir manat da gəlsə, yaxşı nəticə əldə olunur. Lakin bu məcburi olmamalıdır".
Əgər hansısa normal ölkədə təhsil naziri belə bir söz desəydi, o, sabahısı günü istefaya getməli idi. Yoxsa, onu..
İndi görək, son günlər  Emin Əmrullayevin  ətrafında nələr baş verir. 
Hamıya məlumdur ki, təhsil sahəsində heç bir  islahat həyata keçirə bilməyən Emin Əmrullayev  nazirliyin nəzdində  guya jurnalistlərdən  ibarət İctimai Şura yaradıb. 
Guya təhsil problemlərini  ictimailəşdirmək üçün. Ancaq əsas məqsəd  saytlarda gedən yazıları bloklamaq, onlara əks cavablar yazmaqdır. 
Təkcə bir məsələyə nəzər salaq. 
Heç kimə sirr deyil ki,  orta məktəblərə  direktorlar  necə və hansı yolla təyin olunurlar..? 
Təsəvvür edirsiniz məktəbin direktoru hansısa səbəbdən vəzifəsindən  uzaqlaşdırılır. Və…
Məktəbdə kifayət qədər təcrübəli müəllimlər, hətta direktor müavinləri olduğu halda,  boşalan  direktor yerinə  uzaq bir məktəbin direktor  müavini  gətirilir. 
Eyy  nazir  Emin Əmrullayev, sizin məqsədiniz nədir..?  
Bəli, uzaq bir məktəbdən direktor gələn şəxs isə məktəbdə intriqaların yaranmasına, məktəbdə çirkin mühitin yaranmasına səbəb olur. 
Bütün dünyada  sosial lift deyilən idarəçilik qaydası var. 
Niyə məktəbin direktor müavini qala-qala kənar bir məktəbdən kollektivə rəhbər gətirirsiniz..? 
Digər tərəfdən, ey Əmrullayev,  məktəblərə direktor təyin olunmağın qaydaları var. 
Məsələn, direktor  təyin olunmalı şəxsin kifayət qədər  təcrübəsi olmalıdır, üstəlik, təlimlərdən və müsabiqələrdən keçməlidir. 
Amma sizin  təyin etdiyiniz məktəb direktorları hesab edilir ki, sövdələşmə, bazarlıq yolu ilə təyin olunurlar. 
Buna nə deyirsən, cənab  nazir..? 
Kim kursa gedib ingiliscə 3-4 söz bilirsə, onu məktəbə direktor təyin etmək, nə vaxtdan islahat olub, Emin müəllim..? 
Məktəbdə  direktor olmaq üçün ingilscə, yaxud firəngcə bilməyin nə əhəmiyyəti var..? 
Cənab Emin Əmrullayev, yazının sonunda sənin “Partşkola”dan başlayan və Kolumbiya Universitetində bitən  təhsil tarayektoriyan haqda uzun bir məqalə yazmaq istədim. Sadəcə, oxucuların vaxtına heyfim gəldi. 
Sənin də millətimizin gələcəyinə heyfin gəlsin, get başqa bir işlə məşğul ol, təhsil sənlik deyil…