Mahir Abbaszadə, get, tay-tuşlarınla otur-dur, kişilərin ruhunu incitmə…

Milli Məclisin üzvü,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, fəlsəfə doktoru  Mahir Abbaszadənin bu gün ilk dəfə gördüyüm şəkilləri, daha doğrusu,  seçki kompaniyasında seçicilərin əlinə verdiyi portretləri, sözün həqiqi mənasında məni ŞOK-a saldı.  
Fotodan da görünür ki, seçicilərin əllərində cəmi 1-2  YAP bayrağı var, ümumiyyətlə, Azərbaycan bayrağı yoxdur, qalan bütün PORTRET-lərdən  Mahir Abbaszadənin  SİFƏTİ-SİMASI boylanır. 
Bu məqamda yadıma  böyük şairimiz, rəhmətlik Məmməd Arazın iki məşhur misrası düşür:

Bir AĞIL-ın budağından sallanıb, 
Neçə-neçə AĞLIDAYAZ yaşayır…

Bəli, bu misralar nöqtəsinə, vergülünə qədər mərhum şairə aiddir. 
Mahir Abbaszadə ilə bağlı yazmaq istəyərkən, bir müdrik atalar sözü də yadıma düşdü:

Köç geri qayıdanda axsaq-uxsaq  qabağa düşər. 
Millət vəkili, Fond rəhbəri olan Mahir Abbasadə  bizdən inciməsin, bizim onunla zərrə qədər qərəzimiz yoxdur. Sadəcə, normal cəmiyyətdə  Mahir  Abbaszadənin “razmer”ində, çapında olan  adamlar uzaqbaşı  kənddə ot briqadiri, baş cuvar, “prorab”  ola bilərdi. 
Bəli, biz kimisə aşağılamaq üçün demirik, hər bir insanın öz təbii koordinatları var, ondan kənara çıxmaq mümkün deyil. 
Güzdəkdəki daş karxanasından Milli Məclisə, parlamentə transfer olunmaq  dünyada analoqu olmyan məsələdir, Mahir müəllim Abbaszadə…
Söhbət təkcə sizdən getmir ee…sizin kimi deputatlar, fond rəhbərləri bu gün N qədərdir…
Bu gün gördüyüm FOTONUZ  məni cəmiyyətimizlə bağlı  xeyli pessimist fikirlərə gətirdi. Birdən elə bilərsən ki, uğurlarına paxıllıq edirik. Əsla. 
Halal yolla qazanılmayan UĞUR, KARYERA  sabun köpüyüdür və bir dəqiqədə dağılır. 
O qədər at oğrusunu, it oğrusunu  vəzifələrdə görmüşük ki…
İndi onların bir çoxu  Kürdəxanıda, ya da nə bilim hansısa  …xanadadır. 
Sözün düzü,  sizin  başqa, ayrıca şəkillərinizə də diqqətlə baxdım. 
Müdriklər əbəs yerə demir ki, insanın mahiyyəti onun üzündə cəmləşib, loru dildə desək, ay Mahir müəllim, hər şey  adamın QAŞQA-sına yazılıb…
Bütün bunları özünüzə qarşı qərəz-filan hesab etməyin. Sadəcə, qələmimizə  siz  tuş gəldiniz.
Siz  yüz minlərlə, milyonlarla məcburi köçkünlərin hesabına  bu  gün  Azərbaycanda 5-10 varlı, zəngin insandan birisiniz. 
And olsun  atan “Əməkdar müəllim”  Tapdıq müəllimin halal çörəyinə, şair qardaşın  Zahir Abbasın ilham pərisinə, əgər sən bu pulları halal yolla qazansaydın, biz  sənə  qəlbimizdə heykəl qoyardıq. Amma yenə and içirəm, and içirəm Universitet dövründə aldığın o 3 qiymətlərin halallığına ki, sənin fəlsəfə doktoru olduğunu biləndə az qaldım Universitetdə oxuduğum dövrdə, aldığım əla qiymətlərin kitabçasını cırım atım. Axı sən Ali məktəbdə oxuyanda heç bir seminarda iştirak etmirdin. Axı sən 3-dən başqa qiymət tanımırdın. Mahir müəllim, yenə and içirəm hərbi biletindəki "neqodnıy" peçatına ki, heç bir dövlətdə orduya yararsız, xəstə olan şəxsi məsul vəzifəyə təyin etmirlər. Çox şeyə and içərəm, Mahir müəllim əlimizdə Fransanın Eyfel qülləsinin altında bağladığın ipdən tutmuş, İspaniyadakı dostlarının obyektlərinə qədər and içəcək yerlərimiz var. Dostlarımızın yanında heç bir giley-güzar etmə. Biz beləyik, hərdən bir yaddaşını təzələmək üçün oxumağın lazımdır. 
Bəli, sən dövlətin məcburi köçkünlərə ayırdığı  yüz milyonları çırpışdırıb milyonçu olmusan…
Bəli, babalarımız at oğrusu, it oğrusu  demişdi, amma büdcə oğrusu təzə  çıxıb…
Yəqin başa düşdün də, bizi  Mahir müəllim.
Bir dəfə Mirşahin ANS-də bir söz dedi ee….
Yədin ki, xatırlayarsan. 
Onun sözün də böyük həqiqət var idi…
Sayın deputat, dəfələrlə yazırıq ki, ad günündə həyat yoldaşına aldığın kolyenin qiyməti  250 min yevrodur. 
Sənin öz qolundakı  saatin qiymətinə onlarla məcburi köçkünü evlə təmin etmək olar.
Bir daha deyirik ki,  bizim sənə paxıllığımız tutmur, sadəcə, normal ölkədə bunun mənbəyini tələb edirlər…
Sən deyə bilərsənmi ki, bu milyonların mənbəyi nədir..? 
Amma biz deyə bilərik. Xalqdan çırpışdırdığın milyonlar…
Bəli, dövlətin qaçqın şəhərciyi, məcburi köçkünlər üçün tikdiyi binalara ayırdığı  milyonlarla vəsaiti öz yaxın şirkətlərinə ayıraraq, “otkat”  hesabına milyonlara sahib olmusan. 
Bəlkə, buna etirazın var..? 
Bəlkə, dədəndən, babandan sərvət, miras qalmışdı...? 
Laçın camaatı  bir-birini yaxşı tanıyır, axı…
Biz çox şeyi açıb-ağartmırıq…
Yei gəlmişkən, Mahir Abbaszadə,  öz şanlı avtobioqrafiyanda  yazırsan ki, ehtiyyatda olan zabitsən…
Cənab Abbaszadə, bizə bəlli olan məlumata görə, sən “neqodnıy” adı altında  hərbi xidmətdən yayınmısan, bunu Laçın camaatı bilir.
Bəs, Milli Məclisə  seçiləndə necə “qodnu”  oldun..? 
Məzən olsun, Mahir müəllim…
Yəqin ki, bu dəfəki parlament seçkilərində  ZABİT  mundiri ilə şəkil çəkdirəssən. Sən canın döşünə də bir dənə “Vətənə xidmət”  medalı taxarsan, o Siyavuş müəllim taxdıqlarından yox aaa, o müharibə veteranıdır.
Ümumiyyətlə, biz cənab deputata məsləhət  bilirik ki, bayağı  çıxışlardan uzaq olsun. 
Daşnaklara qan udduran Laçınlı  Sultan bəyin  Türkiyədəki məzarını  təmir etdirmək-filan…
Mahir Abbaszadə,  sən “neqodnıy”  zabitlə Sultan bəyin hansı əlaqəsi, bağlılığı və s ola bilər..? 
Get, tay-tuşlarınla  otur-dur, kişilərin ruhunu incitmə…
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.