Müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev deyirdi:
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Ulu Öndərin bu sözləri əslində cəmiyyətimiz üçün DEVİZ-dir.
Birincisi ondan başlayaq ki, günahsıza cəza verən kimdir?
Əlbəttə, məhkəmə-hüquq sistemi…
Bəs günahkarı cəzasız açıb-buraxan kimdir..?
Yenə məhkəmə-hüquq sistemi..
Ulu Öndər 1 cümləsi ilə dövlətin mahiyyətini, gücünü, qüdrətini və fəlsəfəsini açıb.
Bəli, ədalətli mühakimə olmasa dövlət Ulu Öndərin dediyi kimi sarsılacaq.
Yəni müasir dövlət müstəqil, ədalətli məhkəmə sistemi üzərində qərar tutur.
Gördünüzmü, Ulu Öndər istiqaməti necə dəqiqliklə göstərib.
Əlbəttə məhkəmə-hüquq sistemində olan nöqsanları, neqativ halları biz inkar etmirik. Amma…
Bir az mövzudan kənara çıxaq.
Dövlət qurmaq, ümumiyyətlə, dövlət quruculuğu, çox çətin, məşəqqətli və uzun müddətli prosesdir.
Bəli, bu boyda Yer üzündə 5000 xalq olduğu halda cəmi 200 dövlət var.
Dövlət qurmaq asan olsaydı, elə 1000-2000 dövlət olardı də…
Ona görə deyirk ki, kimlərsə hansısa qurumu tənqid edə bilər, buna haqqı da çatır. Amma məsələyə fundamental yanaşanda görürsən ki, problemlərin kökü çox dərindədir.
Və bu problemləri aradan qaldırmaq üçün zaman lazımdır.
Bu gün bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında, məhkəmə-hüquq sistemində problemlərin olduğunu heç kim inkar etmir.
Hətta cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında dedi:
“Bu bina ƏDALƏT SARAYI olmalıdır”.
Cənab Prezident demədi ki, bu bina ədalət sarayıdır, dedi ki, olmalıdır.
Yəni ölkə başçısı da problemlərin mövcudluğundan xəbərdardır.
Bəli, ölkə başçısı əbəs yerə demədi ki, NƏYİ, NECƏ , NƏ VAXT ETMƏK LAZIMDIR, BUNU MƏN BİLİRƏM…
Əlbəttə, bu yazıda bəhs edəcəyimiz, məhkəmə-hüquq sistemində olan nöqsanları hamımız bilirik.
Hətta hansısa deputat məhkəmə sistemi fəlakətli vəziyyətdədir deyə bilər.
Demək azdır, bunu necə aradan qaldırmaq lazımdır..?
Bax, məhz cənab Prezident İlham Əliyevin son illər məhkəmə-hüquq sistemində apardığı islahatlar artıq öz bəhrəsini verməkdədir.
Bəli, tam əminliklə deməliyik ki, ƏDALƏTLİ MƏHKƏMƏ dövlətin onurğa sütunudur.
Mən bir media rəhbəri, "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC"-nin rəhbəri olaraq bəyan edirəm ki, dəfələrlə məhkəmə proseslərində olmuşam və nöqsanları da yetərincə bilirəm, amma son illər məhkəmə-hüquq sistemindəki islahatları da ciddi izləyirəm.
Və Baki Apelyasiya Məhkəməsində öz gözümlə gördüklərim, öz eşitdiklərim deməyə tam əsas verir ki, məhkəmə hakimlərimiz (təkcə Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna İmanovanı çıxmaq şərtilə) tam ədalətli qərarlar verir, tərəfləri diqqətlə dinləyir və sonda vətəndaşlarımız hakimlərdən narazı qalmır.
Bəli, Bakı Apelyasiya Məhkəməsinin sədri, təcrübəli hüquqşünas, hörmətli Mübariz Əkbərovun son çıxışında da məhz hakimlərin ədalətli qərar qəbul etməsi birmənalı olaraq qeyd edilir.
O cümlədən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədovun, o cümlədən Bakı Apelyasiya Məhkəməsinin hakimləri Akif İsgəndərovun, İlham Kərimlinin, Elşən Kazımovun və digər hakimlərin savadına, peşəkarlığına, intellektual səviyyəsinə və ən əsası ədalət prinsipini qorumasına zərrə qədər şübhə ola bilməzdi.
Bu gün Bakı Apelyasiya Məhkəməsi "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC" ilə bağlı tarixi qərar qəbul etdi.
Və "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC"-nin rəhbəri Habil Vəliyev olaraq bir daha bəyan edirəm ki, artıq məhkəmə-hüquq sistemimizdə islahatlar öz bəhrəsini verir. Deməli, Ulu Öndərin dediyi kimi dövlətimizi kimsə sarsıda bilməz.
Mən bütün bunlarla yanaşı problemləri görməzdən gəlməyin də tərəfdarı deyiləm və bildirirəm ki, kaş Zəngilan rayon məhkəməsi və onun sədri Gülsarə Kərimovna da bizim ana dilimiz olan Azərbaycan dilini mükəmməl öyrənərək işində dönüş yarada biləydi. Amma ümid edirik ki, cənab Prezidentimiz Zəngilan rayon məhkəməsinin sədri, Gülsarə Kərimovnadan olan şikayətlərin çoxluğunu nəzərə alaraq onun haqqında ölçü götürülməsinə tapşırıq verəcək. Biz də hamılıqla Bakı Apelyasiya məhkəməsinin, başda sədri olmaqla bütün hakimlərinə ədalətli qərar üçün dərin təşəkkürümüzü bildiririk.
"NUH İnformasiya Agentliyi"
Bakı Apelyasiya məhkəməsi "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC" ilə bağlı tarixi qərar qəbul etdi… - Prezidentin məhkəmə sistemindəki islahatları artıq öz bəhrəsini verir…
18
may
18:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Məhkəmə hakimi MÜƏLLİMƏ QARŞI... - İTTİHAM
Əli Abbasovun, Vidadi Zeynalovun, Heydər Əsədovun, Hacıbala Abutalıbovun HƏBSİ an məsələsidir…
“Məhkəmə hakimiyyəti düzəlməsə, aparılan bütün islahatların əhəmiyyəti olmayacaq”
Baki İnzibati Məhkəməsinin sədri Araz Hüseynovun nəzərinə... - Bakı İnzibati Məhkəməsinin məhkəmə zalı avtobusdakı basabası xatırladır...
Prokurorluq sistemində AKKORD dövrü bitib-Baş prokuror Kamran Əliyev ciddi islahatlar aparır
Gülsarə Kərimovnanın ƏDALƏT, yoxsa ƏDAVƏT tərəzisi..? - Gündəlik-Bakı heç vaxt barəsində yazmadığı Camalzadə tərəfindən məhkəməyə verilib…
200 məhkəmə hakimi sistemdən qovulub…. - Bu ölkədə məhkəmə-hüquq sistemindəki fəlakət deməkdir…
Nizami Səfərova yeni vəzifə verilir
Məhkəmə Assancla bağlı qərar verib
Mübariz Mənsimova beş illik şərti cəza verildi - Yenilənib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər
Nazir Vilayət Eyvazov Ulu Öndərin məzarını ziyarət etdi - FOTO
Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mübariz Mənsimovun məhkəməsi başladı - Qərar veriləcək
Məhkəmə hüquq sistemi QAZİLƏRƏ QARŞI... - FAKT BUDUR!
Səlim Müslümovun Əjdəri, yoxsa ƏJDAHA-sı ?- Səlim Müslümovun “qara kassa”sı Fuad Əlizadəni nə gözləyir ?
Qubanın ucqar Xınalıq kəndininn yaşlı sakini məhkəməyə necə onlayn müraciət etsin..? - Bu sistemi tətbiq etməzdən öncə maarifləndirmə işi aparılmalı idi…
"Mən etmədiyim cinayətə görə cəza çəkmək istəmirəm..." - Prezidentə MÜRACİƏT
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Hüseyn Səfərov kimi hakimlərin çıxardığı qərar və qətnamələr dünyanın harasında olsa Azərbaycana baş ucalığı gətirir..
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ
Oğurluq edən 3 şəxsə ağr cəza: Barmaqları kəsildi...
Paşinyan yeni konstitusiya ilə bağlı hərəkətə keçdi
Dövlət Komitəsi Ümummilli liderin məzarını ziyarət etdi
BDU-nun müəllimi vəfat etdi - FOTO
Məhkəmə Xamanei barəsində həbs qərarı ÇIXARDI
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Şəmkir necə AĞLAR GÜNƏ QALDI... - İLGİNC FAKTLAR
- "Yeni Müsavat"ın baş redaktoru istefa verdi
- Sabiq baş nazirlə səfir arasında qalmaqal: "Onu ciddi adam kimi tanıyırdım" (YENİLƏNİB)
- İrlandiyanın baş naziri Kiyevə gəldi
- Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO
- Sabah 36 dərəcə isti olacaq
- Rusiya yenidən İlan adasına zərbə endirməyə cəhd edib
- Rusiyanın ən böyük qurğuşun istehsalı zavodu fəaliyyətini dayandırdı
- Milli Məclisin iclasının gündəliyi dəyişdi
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?