Zaur Mikayılov, siz müavinlərinizin əməllərini görmürsünüz..? 




“Gündəlik-Bakı” olaraq xeyli müddətdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində ( ASC )  baş verən qanunsuzlqulardan, milyonlarla dövlət vəsaitinin mənimsənilməsindən yazırıq. 
Və hər dəfə də qeyd edirik ki, cənab Prezidentimiz İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib.
Prezident onu da deyib ki: 
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezident özü də açıq şəkildə deyir ki, 40-50 faiz  su itkisi yalandır…
Deməli, 40-50 faiz  su itkisi milyonlar deməkdir. 
Bəli, Gündəlik-Bakı  olaraq  dəfələrlə, ASC-nin az qala 20 ildir sədr müavinləri  olan Rafiq Aslanovun, Zakir Quliyevin əməllərindən yazmışıq. 
Axı, dövlətdən konkret maaş  alan  Rafiq Aslanov, yaxud  Zakir Quliyev  Avropada mülkləri hansı pulla alıblar..? 
Zakir Quliyev  daş-qum-çınqıl  karxanasını, balıq vətəgələrini  hansı pulla  saxlayır..? 
Əlbəttə, cənab Prezidentimizin  dediyi 40-50 faiz  su itkisi ilə…
Əslində bunun adı sadəcə  su itkisidir…
Biz dəfələrlə oxucularda aydın təsəvvür yaranması üçün  ASC-nin  bütün qurumlarının siyahısını vermişik ki,  qurumdakı rüşvət və korrupsiyanın miqyası, “razmeri”  aydın olsun. 
Azərbaycanın hər rayonunda  ASC-nin idarəsi, kanalı, istismar müəssisəsi var. 
Belə idarələrdən biri də  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qusar  Suvarma  Sistemləri  İdarəsidir. 
İdarənin rəisi  Məzahir Səlimxan oğlu Əzizovdur. 
Məlumdur ki, su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, erroziya və səhralaşmaya səbəb olur.
Amma  bütün bunlar  Məzahir Əzizov üçün izafi söhbətdir. 
ASC-nin sədr müavini olan Zakir Quliyevin  yaxın dostu  Məzahir Əzizov  Suvarma idarəsini sanki öz şəxsi şirkəti kimi işlədir.
Hansı  şirkətə, hansı fermerə  suyu necə və hansı qiymətə satmağı özü  müəyyən edir. 
Və hər yerdə deyir ki, arxamda  Zakir Quliyev dayanıb, hara istəyirsiniz şikayət edin. 
Məzahir Əzizov  idarəyə ayrılan yanacağı, benzini  sataraq  dövlət vəsaitini mənimsəyir. 
Bütün bunlar  azmış kimi Məzahir Əzizov  saxta tenderlər keçirib dövlət vəsaitini öz  yaxınlarının  şirkətinə köçürür və  hər tenderdən sonra “otkat” adı ilə yüz minlər əldə edir. 
Biz hələ  Suvarma İdarəsindəki “ölü canlar”dan bəhs etmək istəmirik. 
Kimsə pensiyaya çıxmaq üçün  Məzahir Əzizovdan “staj”  alır, kimsə adını yazdırıb əmək haqqını 50-50-yə  Məzahir Əzizovla bölüşür. 
Məzahir Əzizov hətta idarəyə məxsus  maşınları kimlərəsə  icarəyə verib pulunu mənimsəyir. 
Və bütün bunların əvəzində….saytlarda özünü təriflədir. 
Prezident İlham Əliyevə, Ulu Öndərə xoş sözlər yazmaqla özünü sığortalamaq istəyir. 
Biz Gündəlik-Bakı olaraq  Məzahir Əliyevə deyirik ki, Ulu Öndərin, Müzəffər Prezidentimizin sənin sözlərinə ehtiyacı yoxdur. Sən yaxşı olar ki, bir məmur kimi, öz işini vicdanla yerinə yetir…bu bəs edər. 
Sonda ASC-nin  rəhbəri  cənab Zaur Mikayılova  müraciət edirik ki, biz 1 ildir yazırıq ki, qurumda ciddi problemlər var. Siz bu problemləri görmürsünüzmü, cənab Zaur Mikayılov..? 
Cənab Zaur Mikayılov, cənab Prezident sizə etimad göstərib  o boyda vəzifəyə təyin etdi ki,  meliorasiya sahəsində itkilərin qarşısını alasınız.
Yazıda  müxtəlif saytların materiallarından istifadə edilmişdir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.