Məktəbdə xadimə qadınlar fəhlə yerinə işlədilir

Masallı rayon Qəriblər kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb. Məktəbin dam örtüyü sökülüb. Lakin məktəbin dam örtüyünün sökülməsi xadimə qadınlara həvalə olunub. Direktor Şərafət Əliyevin göstərişiylə xadimə qadınlar məktəbin dam örtüyünün sökülməsi prosesini icra edirlər. Şübhəsiz  ki, məktəbin əsaslı təmiri üçün tərtib olunan  layihənin icrasıından ötrü  dövlət büdcəsi hesabına ayrılmış  maliyyə vəsaitinin xərclənməsində işçi qüvvəsi də nəzərdə tutulub. Podratçı təşkilatın işçi qüvvəsi əmək haqqı alaraq təmir işlərini həyata keçirməlidir. Xadimələr  isə məktəbin ştatlı işçiləri kimi səliqə-sahman və təmizlik işlərinə baxırlar. Onları təmir-tikinti işlərinə cəlb etmək mövcud qanunvericiliyə ziddir və fakt üzrə hüquqi tədbirlər həyata keçirilməlidir. Məktəbin direktoru Şərafət Əliyev işçi qüvvəsindən ötrü ayrılmış büdcə vəsaitini nə üçün təyinatı üzrə xərcləmir?!