Səttar Möhbalıyevin 30 illik epoxası başa çatır…
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev barəsində yazarkən nənələrin bir sözü yada düşdü:
Deyirdilər ki, filankəs Nikolayı taxtda görüb, Lenini qundaxtda...
Doğrudan da, bu adam 30-40 ildir ki, Həmkarlar Konfederasiyasının hesabına milyonlara sahib olub.
Məlumdur ki, bütün sivil dünyada Həmkarlar əməkçinin ( fəhlənin, kəndlinin və s ) hüquqlarını qorumaq üçün yaradılıb.
Loru dildə desək, həmkarlar bir əməkçinin ayağına daş dəyən kimi, onun müalicəsini, müavinətini, ailəsinin təminatını tələb edir.
Neçə ildir oxuyuruq ki, fəhlə yeni tikilən binanın 10-cu mərtəbəsindən yıxılaraq öldü.
Bircə dəfə də olsun, belə məqamda Səttar müəllimin səsini eşidən olmayıb.
O boyda konfederasiyanın sədri soruşmur ki, bu fəhlənin əmək müqaviləsi var idimi..?
Bu fəhlə realda və kağız üzərində nə qədər maaş alırdı..?
Bu fəhlə gündə neçə saat işləyirdi..?
Qarabağ qazisi bir neçə il əvvəl özünü Həmkarlar Konfederasiyasının qarşısında yandıraraq intihar etdi.
Səttar müəllimin heç tükü də tərpənmədi.
Bəli, bu gün müasir dünyada HƏMKARLAR adlı qurum söz sahibidir. Bizdə isə formal qurumdur.
Səttar Möhbalıyev hər yerdə deyir ki, mən demokratik yolla qurumun sədri seçilmişəm.
Ay Səttar müəllim, cəbhəçilərin hesabına 1993-cü ildə özünü Həmkarlara sədr edə bildin. Hansı demokratik seçkidən danışırsan..?
Cənab Möhbalıyevdən soruşan lazımdır ki, sən “tovaraved” ola-ola necə gəlib Respublika Həmkarlarının sədri oldun..?
Bəli, Möhbalıyev cəbhə hakimiyyəti dövründə 1993-cü ilin fevralında AHİK-in təsis qurultayında sədr seçilmişdir.
O, sonradan 1998, 2003, 2008, 2013, 2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir.
Dünyada bunun analoqu yoxdur ki, 5-6 dəfə qurultayda quruma sədr seçilə.
Bəli, Səttar Möhbalıyev son 30 ildə qurumu ailə biznesinə çevirib.
Səttar Möhbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”.
Təsəvvür edirsiniz, işləyən vətəndaşlardan hər ay həmkarlara üzvlük haqqı tutulur və bunun məbləği təxminən 50 milyon manatdır.
Bu vəsaitin necə xərclənməsi Səttar Möhbalıyevdən başqa kimsəyə məlum deyil. AHİK sədri bu barədə bircə dəfə də hesabat vermir.
Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər.
Şirkətin hazırda Türkiyədə ticarətlə, turizmlə məşğul olan şöbələri, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var.
Səttar Möhbalıyev 30 ildir Həmkarların sədri olmaqla bərabər, həm də Milli Məclisin üzvüdür.
O, 30 ildir “Kurort” Səhmdar Cəmiyyətini talamaqla məşğuldur.
Səttar Möhbalıyev deyir ki, deputatlar məndən putyovka tələb edirlər...
Bəli, Səttar müəllim, sən hər il putyovkalardan milyonlar qazanırsan...
Və əsasən də putyovkaları sənə yaxın olan şəxslərin istirahət mərkəzlərinə yönəldirsən və “faizini” alırsan... (sualınız olsa, bilirsiniz ki, dəqiq cavab var)
Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, Səttar Möhbalıyev dostlarının həmkarlarının obyektlərinə üstünlük verib.
AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına putyovkaları almaq üçün Səttar Möhbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb!
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi...Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir. Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya putyovkaları həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır. Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir.
Yeri gəlmişkən, yaxın zamanda Həmkarlar Konfederasiyasının qurultayının keçirilməsi gözlənilir.
Səttar Möhbalıyevin sədr seçilməyəcəyi artıq bəllidir.
Bəs, Səttar Möhbalıyevi hara göndərəcəklər..?
Bax, bu sualın cavabı yaxın zamanlarda bəlli olacaq.
Səttar müəllim, deyəsən, bu dəfə səni deyirlər…
Yazıda müxtəlif saytlarına materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Növbəti sayımızda Səttar Möhbalıyevin qudası Əli Həsənovun xəyanəti və "ASPS"in ərazisində tikilən binalar yazısı dərc ediləcək. Bizi İzləyin.
Həmkarlar Konfederasiyasını xaricdə Möhbalıyevin xanımı və qızı təmsil edir… - Səttar Möhbalıyevin 10 milyonluq sərvəti və mülkləri…
27
may
18:40

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- QUDALARIN “İŞBİRLİYİ”…
Səttar Möhbalıyevin TƏKZİBİ və CAVABI- Böyükxanım Möhbalıyeva kimin həyat yoldaşıdır ?
"Səttar Möhbalıyevdən haqda yayılan xəbərlər yalandır" - AHİK
Əli Həsənovun qudası MƏHKƏMƏYƏ VERİLDİ
Vilayət Eyvazov Əli Həsənovun kürəkəninə töhmət verdi
“Bakı Metropoliteni”nin idarə rəisi İŞDƏN ÇIXARILDI
Əli Həsənov tapıldı
Əli Həsənovun qızı işdən çıxarıldı - FOTO
ADPU-da Cəfər Cəfərovun “təhsil biznesi”…- Pedoqoji Universitet, yoxsa Əli Həsənovun, Səttar Möhbalıyevin, Cəfər Cəfərovun “biznes oylağı” ?
Bakı Metropoliteni"ndə yeni təyinat
Aprel şəhidlərinin övladları himayəyə götürüldü
Pedaqoji Universitetdə nə baş verir? - rektor Cəfər Cəfərov və Səttar Mehbalıyevin NƏZƏRİNƏ
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Daha bir ailə “şirkəti”… - İLGİNC FAKTLAR
Əli Həsənovun kürəkəninin yerinə o gətirildi
Rektor Vidadi Zeynalovun oğlunun yerinə onu gətirdi (FOTO
Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - faktlar
Səttar Mehbalıyevin oğlu Qaradağ rayonuna rəis göndərildi - Vilayət Eyvazovdan yeni təyinatlar
Əli Həsənovun qudası 28 ildir milyonları belə dövr etdirir - ARAŞDIRMA
Mətbuat katibi vəfat etdi - FOTO
Adı olub, özü olmayan Həmkarlar İttifaqı - Burda da Əli Həsənovun hənirtisi var...
Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü
Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
Ağstafanın icra başçısı Seymur Orucovun qaynanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...- SENSASİON FAKTLAR
Məmur köçürülməli olan pulu öz KARTINA ÖTÜRDÜ - İDDİA
Həmkarlarına qənim kəsilən Həmkarlar Komitəsinin sədri... - Pedaqoji Universitetdə NƏ BAŞ VERİR?
"Öz qərarlarına özləri əməl etmirlər" - İLGİNC
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Səttar Möhbalıyevin Ramiz Mehdiyevi istefaya çağırması müzakirələrə səbəb oldu — “O, Əli Həsənovun qudasıdır...”
- 95 yaşlı babasından uzun ömrün 7 kodunu öyrəndi
- Payızda niyə daha çox yatmaq istədiyimizin SƏBƏBİ
- Qəhvəyə bunu əlavə etmək yaddaşı yaxşılaşdırır
- Enrike onu dünyanın ən yaxşı futbolçusu ADLANDIRDI
- Yer kürəsində həyatın necə yarandığı AÇIQLANDI
- "Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaradır" - Hikmət Hacıyev
- İrəvandakı hadisələrə görə 4 nəfər həbs edildi
- Pişiyə görə canından keçdi
- Azərbaycan Prezidenti xalqa müraciət edəcək
- Rusiyada maska rejimi yenidən tətbiq edilir
- İsmayıllıda avtomobil aşıb, sürücü ölüb (FOTO)
- İctimai fəal Rail Abbasov həbs edildi
- Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı
- “Əsrin fəlakəti”nə görə saat qülləsi həmişə bu zamanı göstərəcək - VİDEO
- Ürək masajı üçün avtomatik cihaz hazırlandı
- Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi
- 20 yaşlı ana körpələri öldürüb, zirzəmidə gizlədibmiş
- Gədəbəydəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
- İdmançımız dünya çempionatında 3 bürünc medal qazandı
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Sirli Hunza türkləri – 100 yaşında ölənə “gənc öldü” deyirlər
- Məşədi Natiq vəfat etdi
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Fahişə sifariş etmək üçün arvadından BORC ALDI