Əlirza müəllim hətta qəlyan-zad məsələsinə də baxırmış…
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində baş verən sonuncu dəyişiklik sədrin birinci müavini Əlirza Süleymanovu yenidən gündəmə gətirdi.
Bəli, uzun illər dəmir yolları sistemində rəhbər vəzifələrdə çalışan Əlirza Süleymanov həmişə kölgədə qalmağı sevib.
Ancaq deyəsən ASC-də baş verən son kadr dəyişiklikləri Əlirza Süleymanovu kölgədən çıxarıb günə verəcək, onun son 30 ildə etdiyi əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Qısa məlumat üçün qeyd edək ki, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində vaqon deposunun rəisi, 1997-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini, 2010-cu ildən bu günədək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsində işləyən Əlirza Süleymanovdan nə qədər yazsaq da mövzu tükənmək bilmir.
Bəli, Əlirza müəllimin 90-cı illərdə köhnə vaqonları təzə adı ilə dövlətə sırımasından, vaqonları və relsləri “metallom” kimi satmasından, vaqon bələdçilərinin ezamiyyət xərclərini həzm-rabedən keçirməsindən, qadın vaqon bələdçilərinə təkliflərindən uzun-uzadı bəhs etmək istəmirik.
Məlumat üçün qeyd edək ki, 90-cı illərdə metal mafiyası 5-10 kilo metal axtaranda Əlirza müəllim bir gecədə vaqonları əridirdi.
Biz həmin illərdə sabiq nazir Ziya Məmmədov, o zamankı spiker Rəsul Quliyev və Əlirza müəllimin Naxçıvana gedən dəmir yolu relslərini necə əritməsindən danışmırıq.
Bu barədə mətbuatda yazıldığı üçün çox dərinə getmirik. Ancaq qısaca onu deyə bilərik ki, bir neçə ayın içərisində Naxçıvana gedən dəmir yolu relsləri doğranaraq “metallom” kimi xaricə satıldı.
Köhnə vaqonları doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərənlərdən biri də Əlirza Süleymanov olub.
Və həmin vaqonların, relslərin hesabına bu gün Əlirza müəllimin oğlunun Slovakiyada biznesi var.
Özü də kimlə şərik olsa yaxşıdır…
Əlirza müəllimin keçmiş şefi Arif Əsgərovun oğlu ilə…
Biz hətta Əlirza müəllimin erməni Danişyanla dostluğunu da bir kənara qoyuruq.
Əlirza müəllimin qəribə vərdişləri də. Deyilənlərə görə, qəlyan-zad məsələsi də Əlirza müəllimin hobbilərindən biridir.
Hələ bu harasıdır..?
Əlirza Süleymanov həm də falçıların yaxın dostudur.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda bəzi məmurlar, tanınmış sənətçilər falçıların və ekstrasenslərin fəaliyyətindən əməlli-başlı istifadə edirlər.
Ümumiyyətlə, tarix boyu vəzifəli şəxslərin falçılardan, cadugərlərdən istifadə etməsi halları çox olub.
Bizim bəzi məmurlar isə lap ağını çıxardıblar.
Bəli, bu gün falçılar 5-10 manata fala baxmırlar.
Sözün qısası deyirlər ki, Əlirza müəllim də digər məmurlar kimi falçılarla ciddi əməkdaşlıq edir.
Konkret olaraq deyə bilərik ki, Əlirza Süleymanov tez-tez yolunu Hacıqabul rayonunun Qubalı ( Baloğlan) kəndinə salır.
Və saatlarla Əlirza müəllimlə falçı qadın arasında enerji ötürməsi baş verir.
Hətta şahidlərin dediyinə görə, Əlirza müəllimdən bir səs çıxır….
Əlirza Süleymanov kimlərinsə dilina-ağzını bağladır, kimlərəsə dua yazdırır….
Sonra deyilənə görə, falçı qadın müxtəlif yağlar gətirib qarışdırır, Əlirza müəllimə verir ki, kimlərinsə qapısına sürtərsən…
Hətta falçı müxtəlif tozları da paketə səliqə ilə qoyub Əlirza müəllimə verir.
Əlirza müəllim də fikirləşir ki, bir köhnə vaqon da belə getdi…
Bəli, bu falçı elə belə falçı deyil ee…
Kəndin ən yaxşı yerində ən bahalı villası var, Əlirza müəllimin sayəsində…
Biz əlbəttə, falçının villası olmasına pis baxmırıq.
Falçı xanım da kənddə deyir ki, mənim yanıma gələnlər elə-belə adamlar deyil ee, Əlirza müəllim kimi vəzifə sahibləridir…
Sağ olsun Əlirza müəllim də falçıya borclu qalmır, əvəzini 10 qat ödəyir…
Son bir neçə gündür ki, Əlirza Süleymanov falçıların qapısından əl çəkmir.
Və deyir ki, niyə mən sədrin birinci müavini olduğum halda niyə sədr vəzifəsini mənə həvalə etmədilər..?
Əlirza müəllim falçı dostlarını işə salaraq, sədr olmaq eşqinə düşüb.
Əlirza Süleymanov bilmir ki, babat bir yoxlama olsa, onu Kürdəxanıya aparacaqlar.
Bax, onda falçı dostların sənə kömək edə bilməyəcək, Ay Əlirza müəllim.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Qəlyanın qadağan olunmuş vaxtında "3 dostun 3 oğlu" qaçaq və gizlin olaraq Bakıda qəlyanla məşğul olurlar. Biri müavin, biri komersant, uçuncüsü sual? Biri yeznə, biri qayın, biri sual? Bu sualların cavabını tapana hədiyyə veriləcək. AX VƏZİFƏ, VƏZİFƏ. Sən hər şeyə qadirsən.
“Azərbaycan Dəmir Yolları” ASC-də yoxlamalar başlasa…. - Əlirza Süleymanovun HƏBSİ qaçılmaz olacaq….
01
iyun
13:32

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dəmir Yolu QSC sədrinin 1-ci müavini Əlirza Süleymanovun “epoxa”sı bitir...- Danişyanla Əlirza Süleymanov necə “qohum”dur ?
Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov- Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
Barıtı az elə, Əlirza müəllim… - “Dəmir Yolları” sədrinin 1-ci müavini Əlirza Süleymanovun falçı məsələsi…
Cavid Qurbanovu əvəzləyən Hicran Valehov kimdir? - DOSYE
Dəmiryolu Nazirliyinin “qara kassa”sı barədə ŞOK FAKTLAR- Əlirza Süleymanov 90-cı illərdə ermənilərə qulluq edirmiş…
Dəmir Yollarına rəhbərlik ona həvalə edildi
Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə bağlı SƏRƏNCAM
Kimlər gəldi, kimlər getdi “Dəmir Yol”dan, "Dəmir Yol"dan... - Əlirza Süleymanov “Nikolayı taxta görüb...”
Prezident Cavid Qurbanovu vəzifəsindən azad etdi
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
“Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır” - Cavid Qurbanov
Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımalarının vaxtı azalacaq
Bakıda yeni tunel istifadəyə verildi
Ukraynada 5 dəmir yolu stansiyası atəşə tutuldu
Gələn il Azərbaycanda 30 minə yaxın iş yeri açılacaq
Dəmir yolundan relsləri oğurlayan dəstə ələ keçdi
Prezident nazir və nazir müavinlərinə yeni vəzifə verdi - SƏRƏNCAM
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı faciəvi şəkildə öldü
“Şuşaya dəmir yolu çəkiləcək” - İlham Əliyev
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində hərəkət cədvəli yenilənəcək
Yevlax-Xankəndi dəmiryolunun bir hissəsi yenidən qurulur
Bu qurumun 3 əməkdaşı SAXLANILDI
Rusiyaya məhsul ixrac edən şəxslərin nəzərinə
Dəmir yolu Vağzalının və Qəbələ birxətli dəmir yolunun açılışı oldu
"Azərbaycan Dəmir Yolları" bugünkü qərarını ləğv ETDİ
BTQ ilə bağlı Dövlət Komissiyasının sədri dəyişdi
140 illik Horadiz-Ağbənd dəmir yolu bərpa olunur - Video
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
Ermənistan-Azərbaycan dəmir yolunda işlər bu tarixdə başlayacaq
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ
- 4 il əvvəl Kiyevdə öldürülən azərbaycanlı ilə bağlı RƏSMİ MƏLUMAT
- Ceyhun Bayramov İrana gedir - Prezident səviyyəsində qəbul olunacaq
- Cənubi Çin dənizində 30 nəfərin olduğu gəmi batdı
- Pensiya yaşı tamam olan şəxslərin NƏZƏRİNƏ - Nazirdən AÇIQLAMA
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- Bakıda ağır qəza - ölənlər və yaralılar var
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Bu ərazilərdə içməli suyun verilişi DAYANDIRILDI
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Mirəlif Əzizov dövlətin malına elə daraşıb ki... - Zaur Mikayılovun NƏZƏRİNƏ
- Prezident şəhid qızını hakim TƏYİN ETDİ - FOTOLAR
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- “Çörəyimizə Haram Qatanlar” və NUR çörək zavodunda nə baş verir ? – TƏHLİL
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi