Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO
15-09-2020, 15:24
264

Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO

“Karqo Şamil” ləqəbli iş adamı Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın şəriklik münasibətlərinə malikdir. Şamil Heydərovun iş adamı kimi yüksəlməsində Prezident Adminstrasiyasının keçmiş rəhbərinin böyük rolu olub”.
“Gündəlik Bakı" xəbər verir ki, bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdə daxil olub. Mənbə iddia edir ki, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan Lökbatanda yerləşən “Cənub Qapısı” yaşayış kompleksi iş adamı ilə Ramiz Mehdiyevin ortaq şərikliyi ilə tikilib. Bir qədər də dəqiqləşdirsək, kompleksin tikildiyi 27 hektar ərazinin 22 hektarı keçmiş Adminstrasiya rəhbərinin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilib: “Bu ərazi zamanında Şirin adlı iş adamından müxtəlif yollarla çox aşağı qiymətə alınıb və Mehdiyevin həyat yoldaşının adına keçirilib”-deyə, mənbə iddia edir.
İddialara görə, bu yaşayış kompleksindəki mənzillər Ramiz Mehdiyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin planına salınıb və dövlət layihəsi əsasında oraya Qarabağ Əlilləri və Şəhid ailələri köçürülüb: “Bu zaman da mənzillər real dəyərindən dəfələrlə baha qiymətə dövlət orqanına satılıb”.
İddialara görə, bu proses zamanı o zamankı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla müavini arasında hədiyyəlik saat qalmaqalı da yaşanıb.
Səslənən ittihamlarla bağlı Editor.az-ın əməkdaşı iş adamı Şamil Heydərovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil “Karqo Şamil” ləqəbli iş adamı ilə Ramiz Mehdiyevin şərikliyi ilə bağlı iddiaları təkzib edib: “Tamamilə yalan və uydurmadır. Şamil Heydərov gör nə vaxtdan Şamil Heydərovdur… O, 5 min nəfərə iş yeri verir. Biz öz sahibkarımızı qorumalı, şər böhtandan uzaq tutmalıyıq”.
Daha ətraflı videomaterialda: 

Oxşar xəbərlər

Ramiz Mehdiyevin biznes imperiyası: KİMLƏRLƏ ŞƏRİK İMİŞ? - "Karqo Şamil" necə sərvət toplayıb?
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
İş adamından toy ilə bağlı AÇIQLAMA
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
Ramiz Mehdiyevin şəriki “Karqo Şamil” qaçmağa hazırlaşır
Ramiz Mehdiyevin villaSI 20 hektar ərazidə imiş - FOTO
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı - İDDİA
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyev təkzib etdi
Səfər Mehdiyevlə “Karqo Şamil”i nə bağlayır? – Yoxsa onu görməzdən gəlməzdi…
Ramiz Mehdiyevin biznes imperiyası çökdürülür — ARAŞDIRMA
Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Ramiz Mehdiyevin kürəkəni Novruz Novruzovla birləşərək iş adamının torpağını əlindən alıb - İTTİHAM
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Ramiz Mehdiyevə qarşı ağır cinayət ittihamları - Adam oğurluğu, qətllər və s...
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?