Gündəlik-Baku.com olaraq Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən, “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovun əməlləri barədə kifayət qədər yazmışıq.
Və hər dəfə də Faiq Seyidova bildirmişik ki, bizim səninlə şəxsi müstəvidə heç bir problemimiz yoxdur.
Sən bizi məhkəmə ilə hədələməklə problem həll olunmur.
Bu gün də bir daha Faiq Seyidova deyirik ki, havanın 32 dərəcə isti olduğu bir zamanda 300 min sərnişini niyə bişirə-bişirə mənzil başına aparırsan.
Axı, adamın bir insafı olar. 32 dərəcə isti bayırdadır, avtobusun içində bir o qədər insanın nəfəsi və s…deməli 40 dərəcədə sərnişinlər qan tərin içində gedirlər.
Faiq Seyidov, sənin özünü, ailə üzvlərini avtobusa mindirsələr gedə bilərsənmi…?
Nə üçün bu dərəcədə istidə avtobusdakı kondisionerlərin işləməsinə imkan vermirsən..?
Bunun səbəbini öyrənmək üçün dəfələrlə sənə məxsus şirkətin 012-430-85-85 nömrəsinə zəng etsək də normal cavab verməyiblər.
Amma biz bunun səbəbini bilirik.
Faiq Seyidov, sənin sərnişinin təhükəsizliyi, rahatlığı düşündürmür, səni pul düşündürür. Bilirsən ki, kondisionerlər işləyəndə benzin, yəni pul gedir.
Onu da qeyd edək ki, xaricdən gətirdiyin ucuz avtobuslarda heç pəncərə də yoxdur, hamısı bağlı şüşələrdir.
İndi istəyirsənsə, bizi ver məhkəməyə, bu sənin hüququndur. Amma bu yolla problem həll olunmayacaq.
Biz sənə bir daha xəbərdarlıq edirik ki, Faiq Seyidov, belə davam eləsən, təkcə sərnişinlər deyil, hətta sürücülər də sənə qarşı aksiya keçirəcək.
Axı, insanların hüquqlarını nə dərəcədə pozmaq olar.
Biz Gündəlik-Bakı olaraq əbəs yerə yazmadıq ki, səni sərnişinlərin talehi maraqlandırmır.
Bəli, sürücülər xəttə çıxmazdan qabaq tibbi baxışdan keçməlidirlər...
Paytaxt sərnişilərinin həyatını etibar etdiyi sürücülərin tibbi müayinəsi sizin şirkətinizdə formal olaraq həyata keçirilir.
Hər gün sahibi olduğunuz sərnişin daşıma şirkətinin sürücüləri həkim tərəfindən yoxlanılmadan kitabçasına yalandan möhür vurulur.
Və hər gün sürücülərdən 1 manat yığılır sonra “peçat” vurulur və bu pul guya həkimə çatır…
Sürücü hətta sağlam olsa belə, 1 manat verməsə, möhür vurulmur...
Cənab Seyidov, bilmirsənsə, nəzərinə çatdırırıq ki, dövlətin müəyyən etdiyi qaydaya əsasən sürücü xəttə çıxmazdan öncə onun durumu həkim tərəfindən yoxlanılmalıdır. Təzyiqi ölçülməli, ürəyin fəaliyyətinə diqqət yetirilməlidir. Bundan sonra sürücünün tibbi müayinə kitabına onun sağlam olduğunu təsdiqləyən həkim möhürü vurulur. Amma təəssüf ki, 300 min sərnişinin taleyinin məsuliyyətini daşıyan şirkətiniz bu qaydaya əməl etmir.
Deməli hər gün 300 min sərnişini təhlükə ilə üzbəüz qoyursunuz.
Faiq Seyidov, özün öz dilinlə sonuncu müsahibəndə deyirsən ki, hər gün 300 min sərnişin daşıyırsınız.
Yəqin ki, orta məktəbdə riyaziyyat oxumusan.
300 min X 30 qəpik = 90 min manat, bir gündə.
Deməli, hər ay 3 milyon, hər il 36 milyon gəlir əldə edirsən. Zəhmət olmasa, illik 36 milyonun vergisinin nə qədər olduğunu ictimaiyyətə açıqlayardın. Biz belə bir qənaətə gəlirik ki, sizin vergidən yayınma probleminiz də var. Bu başqa bir yazının mövzusudur.
Cənab Faiq Seyidov, bir media olaraq bizim sizinlə problemimiz yoxdur.
Sizin şirkəti cərimə edən, şirkətinizə sanksiya tətbiq edən də Gündəlik-Baklı deyil, adam. Başa düşdünmü..?
Bakı Nəqliyat Agentliyi vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətlərini müəyyənləşdirib.
Bu barədə BNA özü xəbər yayıb.
Gözün aydın, Faiq Seyidov, ən çox şikayət olunan marşrut xətləri siyahısında sahibi olduğun “Faiqoğlu” şirkətinin adı 1-ci yerdədir.
Buna nə deyirsən, Faiq Seyidov ?
Oğlunuz Xaliq Seyidovun piyadanı vurub öldürməsindən, Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməzin bütün günü “Faiq Xaliqoğlu” şirkətinin ofisinin qabağında dolaşmasından yazmadıq ki..?
Biz sizin özəl həyatınızla bağlı çox şey yaza bilərik. Amma yazmırıq.
Bizi sizin gündə 300 min insanı dövlətdən narazı salmağınız maraqlandırır.
Axı, niyə insanları bezdirisiniz, narazı salırsınız..?
Axı, dövlət sizə hər cürə şərait yaradıb və milyonlar qazanırsınız. Qazanın, amma insanlara zülm etməyin. Xidmətinizdən istifadə edən vətəndaş kimi, sizdən xahiş edirik ki, sürücülərinizə tapşırıq verin soyutma sistemlərini işə salsınlar və hərəkətin təhlükəsizliyini təmin etsinlər.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
P.S. Faiq Seyidov, şirkətinizə tapşırın telefonlara cavab versinlər.
Faiq Seyidov, 300 min sərnişini niyə 32 dərəcə istidə ütürsən..? - Faiq Seyidov sürücülərə də hədə-qorxu gəlir…
01
iyun
15:13

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Faiq Xaliqoğlunun əli çox qanlara batıb- “Xaliq Faiqoğlu” şirkətinin sahibi nə üçün məsuliyyətə cəlb olunmur ?
“Grand Motors” MMC “Xaliq Faiqoğu”nu məhkəməyə verdi... - “Xaliq Faiqoğlu” MMC dən ŞİKAYƏTLƏR
Buna nə deyirsən, Xaliq Faiqoğlu ? - Bakı Nəqliyyat Agentliyi Faiq Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ etdi …
Xaliq Faiqoğlu, 10 min dollara palto geyə bilirsən, amma sürücülərin maaşını vermirsən... - ŞOK FAKTLAR
Dövlət Xidməti sərnişindaşıma şirkətini məhkəməyə verdi
Əli Kərimlinin köməkçisi saxlanıldı
“Xaliq Faiqoğlu” sürücülərin maaşını kəsib - NARAZILIQ!
18 yaşlı gəncin "Xaliq Faiqoğlu" şirkətinin qarajında müəmmalı ölümü... - "Xaliq Faiqoğlu" şirkətinin problemləri bitib tükənmir.
Flora Kərimovadan Faiq Ağayevlə bağlı paylaşım - FOTO
Rəqsanənin keçmiş sevgilisi azadlığa buraxıldı - FOTO
İlham Əliyevdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM
İlham Əliyevdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM
“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir
Faiq Ağayev pulsuzluqdan qarajını satır
İyunda hava necə olacaq?
Pakistanda anomal isti qeydə alınıb
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Aprel ayında Bakıda 28 dərəcəyədək isti olacaq
Sabahın hava proqnozu AÇIQLANDI
Bazar günü hava necə olacaq?
Faiq Ağayevdən yeni mahnı: “Sən qalibsən“ - Video
Sabah rayonlarda qar yağacaq
Dekabrda hava necə olacaq?
Oktyabr ayına olan hava proqnozu AÇIQLANDI
Fevral ayının havası AÇIQLANDI
Bu gün qar yağacaq
Sentyabr ayına gözlənilən hava proqnozu AÇIQLANDI
Martda hava necə olacaq?
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- 4 il əvvəl Kiyevdə öldürülən azərbaycanlı ilə bağlı RƏSMİ MƏLUMAT
- Ceyhun Bayramov İrana gedir - Prezident səviyyəsində qəbul olunacaq
- Cənubi Çin dənizində 30 nəfərin olduğu gəmi batdı
- Pensiya yaşı tamam olan şəxslərin NƏZƏRİNƏ - Nazirdən AÇIQLAMA
- Dəhşətli qəzada ölən sürücü məşqçi imiş
- "Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova
- Britniyə görə Co Baydenlə görüşdən imtina etdi Ətraflı
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- Bakıda ağır qəza - ölənlər və yaralılar var
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mirəlif Əzizov dövlətin malına elə daraşıb ki... - Zaur Mikayılovun NƏZƏRİNƏ
- Prezident şəhid qızını hakim TƏYİN ETDİ - FOTOLAR
- Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...