Təkcə  500 min manat  dəyərində “metallom”... 

Mərdan  Camalovu  aparırlar...


Sözün  düzü,  Azərbaycan məmurlarının  əməlləri ilə bağlı yazmağa nə ciddi maraq var, nə də səbəb…
Oxucular soruşa bilər ki, NİYƏ…?
Niyəsini deyək..
İstənilən normal ölkədə mediada gedən yazı  hüquq-müfaizə  orqanları üçün araşdırma-təhqiqat  mövzusudur…
Bəli, lap yaxın tariximizdə “Kirpi” jurnalında gedən  bir yazı  o dəqiqə icraata götürülürdü, nəticəsi ilə bağlı cəmiyyətə məlumat verilirdi…
Amma  ölkə mediası, o cümlədən, Gündəlik-Bakı olaraq az qala 1 ildir  yazırıq ki, Zərdab  rayonunun  icra başçısı  Mərdan Camalov  rayonu istismar edir. 
Mərdan Camalov  rayondakı  sahibkarları incidir.
Heç, bir maraqlanan yoxdur ki, rayonda nə baş  verir ? 
Yazırıq ki, Mərdan Camalov  Şirvanda icra başçısı olarkən, 500 min dəyərində qiymətli metalı  sataraq  Rabitə Nazirliyinin o zamankı  Aparat rəhbəri  Vidadi Zeynalovla bölüşüb...
Bir nəfər  zəng vurub soruşmur ki, nə yazırsınız…?
Söhbət 500 min manat  dəyəri olan  dövlət əmlakından gedir ee...
Mərdan Camalovun dövlət əmlakını mənimsəməsini  harasa yazmaq olar. Amma...
Amma şəhidin atasına kəllə atmasını heç hara yazmaq olmur....
Bəli, 1-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin Zərdab sakini olan atası deyir: “ Mən  Mərdan Camalovun qəbulunda oldum. O mənim üstümə ŞIĞIYIB  QIŞQIRARAQ  MƏNİ VURMAQ İSTƏDİ. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni döyəcəkdi”.  Gör  dünyanın harasıdır ki, Mərdan Camalov şəhid atasının üstünə şığıyır, onu döymək istəyir. 
Sən kimsən ay çilingər, ay “qazovşik”, sən şəhid atasını döymək istəyirsən. Sən Allahdan, Prezidentdən qorxmursan, ay Mərdan Camalov ? 
Şəhid atası deyir ki, mən də başqa Zərdab sakinləri kimi qanuni sənədlərlə  25 illiyə  torpaq icarəyə götürmüşəm, taxıl, yonca  əkirəm, ailəmi dolandırıram: “ Mərdan Camalovun sifarişi ilə torpağı əlimdən aldılar. Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər. Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov verib”. 
Prezident İlham Əliyev demişkən, Camalov, sən Allahdan da qorxmursan ?
Şəhid atası deyir ki, Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.
İcra başçısı  şəhidin  ruhunu  təhqir  edir, şəhid ailəsinə isə hörmətsizlik  edir. 
Bəli, Şirvanda ən bahalı torpaqları satan, ticarət, ictimai-iaşə obyektlərini, restoranları  ələ keçirən, üstəlik  “DOST”  İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartlarını  seyfində saxlayan Mərdan Camalov Şirvandan sonra  Zərdabı viranə  qoyur. 
Şəhid atasına kəllə atan Mərdan Camalovun Şirvanda Azəriqaza məxsus  3 min metr  iri diametrli borunu doğrayaraq  satması və qazandığı pulları o zamankı  baş prokuror  Zakir Qaralovla bölməsi hamıya məlumdur. 
Hələ bu harasıdır ? 
Mərdan Camalov Şirvandakı torpaqları  əvvəlcə hektarlarla, sonra kv.m satıb milyonlar qazandı. İndi də Zərdabın torpaqlarını satır. 
Mərdan Camalov dünyanı bəlaya salan koronavirusdan da pul qazanır, sahibkarlardan pul yığır, iş adamlarına zülm edir. 
İndi görək, Mərdan Camalov hansı eşqə düşüb..? 
Bəli, son vaxtlar icra hakimiyyətlərinin ləğv olunacağı, yeni inzibati-idarəetmə sisteminin yaradılacağı, Regional İcra Başçılarının olacağı barədə  fikirlər səsləndirilir. 
Guya Azərbaycan  inzibati olaraq  14 regiona bölünəcək və hər regionun icra başçısı, yəni “qubernator”u olacaq. 
Mərdan Camalov  məclislərdə  deyir ki,  14  qubernatordan biri mən olacam, 3-4 rayona  rəhbərlik edəcəm. 
Mərdan Camalov hətta həddini aşaraq deyir ki, mən yuxarı ilə danışmışam, yaxın zamanda  14 regional icra başçısından biri mütləq mən olacam. 
Bu adama başa salan yoxdur ki, sən kimsən, nəçisən ki, özündən böyük danışırsan. 
Axı, ölkənin rəhbəri, cənab Prezident var, onun müstəsna  səlahiyyətinə aid vəzifələr var. 
Sən deyirsən, özüm həll etmişəm...
Sözün qısası, Mərdan Camalov artıq ağlına gələni danışır. Deyilənə görə, onun ÇEKAB müayinəyə ehtiyacı var. Bu isə bizim işimiz deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.