Müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev deyirdi:
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. 
Ulu Öndərin bu sözləri əslində cəmiyyətimiz üçün  DEVİZ-dir. 
Birincisi ondan başlayaq ki, günahsıza  cəza verən kimdir?
Əlbəttə, məhkəmə-hüquq  sistemi…
Bəs  günahkarı  cəzasız  açıb-buraxan kimdir..? 
Yenə məhkəmə-hüquq sistemi..
Ulu Öndər  1 cümləsi ilə dövlətin mahiyyətini, gücünü, qüdrətini və fəlsəfəsini açıb. 
Bəli, ədalətli mühakimə olmasa dövlət  Ulu Öndərin dediyi kimi sarsılacaq. 
Yəni müasir dövlət  müstəqil, ədalətli məhkəmə  sistemi üzərində qərar tutur. 
Gördünüzmü, Ulu Öndər  istiqaməti necə dəqiqliklə göstərib. 
Əlbəttə məhkəmə-hüquq  sistemində olan nöqsanları, neqativ halları biz inkar etmirik. Amma…
Bir az mövzudan kənara çıxaq. 
Dövlət qurmaq, ümumiyyətlə, dövlət quruculuğu, çox çətin, məşəqqətli və uzun müddətli  prosesdir.
Bəli,  bu boyda Yer  üzündə 5000  xalq olduğu halda cəmi 200 dövlət var.
Dövlət qurmaq asan olsaydı, elə 1000-2000 dövlət olardı də…
Ona görə deyirk ki, kimlərsə hansısa qurumu tənqid edə bilər, buna haqqı da çatır. Amma məsələyə fundamental yanaşanda görürsən ki, problemlərin kökü çox dərindədir. 
Və bu problemləri aradan qaldırmaq üçün  zaman lazımdır. 
Bu gün  bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında, məhkəmə-hüquq sistemində problemlərin olduğunu heç kim inkar etmir. 
Hətta  cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında dedi:
“Bu bina ƏDALƏT  SARAYI olmalıdır”. 
Cənab Prezident demədi ki, bu bina ədalət sarayıdır, dedi ki, olmalıdır. 
Yəni ölkə başçısı da problemlərin mövcudluğundan xəbərdardır. 
Bəli, ölkə başçısı əbəs yerə demədi ki, NƏYİ, NECƏ , NƏ VAXT  ETMƏK LAZIMDIR, BUNU  MƏN BİLİRƏM…
Əlbəttə, bu yazıda bəhs edəcəyimiz, məhkəmə-hüquq  sistemində olan nöqsanları hamımız bilirik. 
Hətta hansısa  deputat məhkəmə sistemi fəlakətli vəziyyətdədir deyə bilər. 
Demək azdır, bunu necə aradan qaldırmaq lazımdır..? 
Bax, məhz cənab Prezident İlham Əliyevin  son illər məhkəmə-hüquq sistemində apardığı islahatlar artıq öz bəhrəsini verməkdədir. 
Bəli, tam əminliklə deməliyik ki, ƏDALƏTLİ MƏHKƏMƏ  dövlətin onurğa sütunudur. 
Mən bir media rəhbəri, "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC"-nin rəhbəri  olaraq bəyan edirəm ki, dəfələrlə məhkəmə proseslərində olmuşam və nöqsanları da yetərincə bilirəm, amma son illər məhkəmə-hüquq sistemindəki islahatları da ciddi izləyirəm. 
Və Baki Apelyasiya Məhkəməsində öz gözümlə gördüklərim, öz eşitdiklərim deməyə  tam əsas verir ki, məhkəmə hakimlərimiz (təkcə Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna İmanovanı çıxmaq şərtilə) tam ədalətli qərarlar verir, tərəfləri  diqqətlə dinləyir və sonda  vətəndaşlarımız  hakimlərdən narazı qalmır. 
Bəli, Bakı Apelyasiya Məhkəməsinin sədri, təcrübəli hüquqşünas, hörmətli Mübariz Əkbərovun son çıxışında da məhz hakimlərin ədalətli qərar qəbul etməsi birmənalı olaraq qeyd edilir. 
O cümlədən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədovun, o cümlədən Bakı Apelyasiya Məhkəməsinin hakimləri Akif İsgəndərovun, İlham Kərimlinin, Elşən Kazımovun və digər hakimlərin savadına, peşəkarlığına, intellektual səviyyəsinə və ən əsası ədalət prinsipini qorumasına zərrə qədər şübhə ola bilməzdi. 
Bu gün Bakı Apelyasiya Məhkəməsi  "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC" ilə bağlı ikinci bir tarixi qərar qəbul etdi. 
Və "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC"-nin rəhbəri Habil Vəliyev olaraq bir daha bəyan edirəm ki, artıq məhkəmə-hüquq sistemimizdə islahatlar öz bəhrəsini verir. Deməli, Ulu Öndərin dediyi kimi dövlətimizi kimsə sarsıda bilməz. Yenə də Bakı Apelyasiya Məhkəməsinin hakimləri Şeyda Məhərrəmova, Məmməd Məmmədov, Rəşad Həsənov  qəzetimizin xeyrinə yeni bir qərar qəbul etdilər. Biz də bir redaksiya kollektivi olaraq, Bakı Apelyasiya məhkəməsinin sədri, hörmətli Mübariz Əkbərova, Mülki Kolleqiyanın sədri Məmməd Məmmədova və Apelyasiya Məhkəməsinin bütün hakimlərinə, ədaləti bərpa etdikləri üçün kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.
Mən bütün bunlarla yanaşı problemləri görməzdən gəlməyin də tərəfdarı deyiləm və bildirirəm ki, kaş Zəngilan rayon məhkəməsi və onun sədri Gülsarə Kərimovna da bizim ana dilimiz olan Azərbaycan dilini mükəmməl öyrənərək, işində dönüş yarada biləydi. Amma ümid edirik ki, cənab Prezidentimiz Zəngilan rayon məhkəməsinin sədri, Gülsarə Kərimovnadan olan şikayətlərin çoxluğunu nəzərə alaraq onun haqqında ölçü götürülməsinə tapşırıq verəcək. Biz də hamılıqla Bakı Apelyasiya məhkəməsinin, başda sədri olmaqla bütün hakimlərinə ədalətli qərar üçün dərin təşəkkürümüzü bildiririk.

 

                                                                                      "NUH İnformasiya Agentliyi"