Cənab Muxrat Babayev, Fəlsəfə hara, Ekologiya hara?


Mirsalam Qənbərovun ekspert imzası ilə sağlam ağaclar  məhv edilir

Sözün düzü,  bu gün yazacağım mövzu ilə  bağlı Ekologiya və Təbii Sərvətlər Nazirlıiyinin stukturuna baxanda dəhşətə  gəldim. 
Söhbət  nazirliyin rayon, yerli, regional  qurumlarından getmir ee...
Söhbət heç  nazirliyin əməkdaşlarının sayından, şöbələrdən də getmir ...
Bu nazirliyin mərkəzi aparatının siyahısına  baxanda adam  söz  tapmır. 
Nazirin  neçə müavini, neşə müşaviri olar, nazirliyin tərkibində hansı qurumlar yoxdur..? 
Deməli, dövlət  bu nazirliyin təkcə mərkəzi aparatını saxlamağa  hər ay, hər il neçə milyonlar xərcləyir. 
Söhbət təkcə mərkəzi aparatdan gedir. 
Görəsən, dövlətin verdiyi  bu 100 milyonların qarşısında  Ekologiya Nazirliyi  təbiətimizi qorumaq üçün nə iş görür..?
İş görməyi bir kənara. Meşələrimizi mebel  mafiyasına  satıb məhv edirlər. 
Bircə faktı üstü örtülü qeyd edim ki, müxalifət  liderlərindən biri neçə ildir meşələrimizin ən sağlam ağaclarını QUNDAQ üçün  Türkiyəyə aparıb  satıb. 
Bəli, bütün bunlar hamısı sabiq nazir  Hüseynqulu Bağırovun dövründə baş verib. 
Və  islahat-reforma  adı ilə  Muxtar Babayev nazir təyin olunanda  cəmiyyətimiz düşündü ki, bəlkə meşələrdə  yaşıl terrora  son qoyula. Amma ortada  müsbət nəticə yoxdur. 
Ən dəhşətlisi odur ki, bu məmurların kabinetlərində Ulu Öndərin portreti və onun məşhur sözü asılıb: 
Bir ağacın budağı kəsiləndə elə bil  qolumu kəsirlər. 
Amma Ulu Öndər Sumqayıtdakı müşavirədə daha sərt sözlər deyib:
Bu ağacları kəsənlər elə bil balamın başını kəsirlər. 
Bundan artıq nə demək olardı. 
Bu gün də  təbiətimizə qarşı olan terror davam edir. 
Bir dəfə yazmışdıq, bir daha qeyd edək ki,  erməni vandalların işğal olunmuş rayonlarda  təbiətimizə vurduğu ziyanla bizim bəzi məmurlarımızın vurduğu ziyan eynidir. Ermənini haradasa başa düşmək olar, düşməndir. Bəs  bizim öz məmurlarımız..? 
Son illər nazirlikdə baş verən KADR dəyişikliyinə aydınlıq gətirmək üçün Muxtar Babayevin ömür yoluna qısa nəzər salaq. 
Cənab nazir 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
Birincisi,  fəlsəfənin  ekologiyaya nə dəxli var, ay Muxtar  Babayev..? 
İkincisi, siz 1991-ci ildə MDU-ni bitirmisinizsə, 3 il sonra “Narxoz”u necə bitirə bilərdiniz..? 
“Narxoz”da məgər  təhsil müddəti 3 ildir..? 
Nə isə bunları da qoyaq bir kənara. 
Deməli, cənab nazir 2 çağırış  Milli Məclisin üzvü olub. 
Sözün qısası, filosof, politoloq Muxtar Babayev 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
İndi gələk mətləb üstünə. 
Bəli, bu adamın özünü  ekologiyaya-zada dəxli yoxdur. Bu azmış kimi  hörmətli Muxtar Babayev  SOCAR-da, Azərkimya-da çalışdığı  dostlarını, tanışlarını gətirib doldurub Ekologiya nazirliyinə. 
Bu adama bir deyən yoxdur ki,  sənin dost-tanışların hamısı qeyri-peşəkar, ekologiyaya aid olmayan şəxslərdir. 
Axı, bu adamların ekologiya elmindən heç başları çıxmır. 
Amma kimə deyirsən..? 
Muxtar  Babayev yaş həddi ilə bağlı nazirlikdə uzun illər çalışan, təcrübəli, peşəkar kadrları çıxardıb, kimyaçıları, “neftyannik”ləri ekoloq kimi nazirliyə rəhbər vəzifələrə götürür. 
Yəni nazirlikdə təkcə  yaşıl terror deyil, həm də sanki kadr "islahatı" da  baş verir. 
Unutmamalıyıq ki, bir peşəkar kadrın hazırlanması üçün uzun illər  lazım olur. 
Nə isə bütün bunlar azmış kimi, cənab nazir Muxtar Babayevin çətiri altında nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun bir imzası ilə ağaclar məhv edilir. 
Bəli, Mirsalam (iraq Seyidliyindən) müəllimin  rəyi ilə ağacları budamaq adı altında  "qırxaraq"  2 metr saxlayırlar, sonra süni şəkildə qurudaraq  çıxarıb yerində müxtəlif obyektlər tikirlər. Yəni sadə  dildə desək, Mirsalam müəllimin ekoloji ekspertizası ağacların kəsilməsi ilə bağlı saxta rəy verir. 
Bu adama deyən yoxdur ki, özün də seyid nəslindənsən, bəs Ulu Öndərin dedikləri sənə  dərs olmur..? 
Bəli, beləcə Ekologiya nazirliyinin Ekspertiza Agentliyi ilə Yaşıllaşdıma Birliyi arasında ikili oyun gedir. Hər bir qurum məsuliyyəti o birisinin üzərinə atmaq istəyir, amma əslində əvvəlcədən  razılalşdırılmış oyundur. 
Beləcə,  Azərbaycan təbiətinə dağ çəkilir. 
Əgər yazdıqlarımıza cənab Muxtar Babayevin şübhəsi varsa, buyursun, bizimlə birgə gedək, Yasamaldakı “Qızıl Şərq” şəhərciyindəki  32 ağacın kəsilməsini ona göstərək, hətta cənab nazir həmin kəsilmiş ağacların videosuna da baxa bilər. Onu da qeyd edək ki, həmin  ağacların kəsilməsinə görə, məsuliyyəti “Etibar-K” şirkəti daşıyır. 
Görəsən, bütün bunları  cənab nazir Muxtar Babayev görmür, yoxsa görmək istəmir..? 
Bəs bu boyda ekoloji cinayətlərə, Baş prokurorluq  niyə susur..? 
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.