Komitə sədrinin atasının əsir, yaxud  girov olması  bizim üçün müzakirə mövzusu  deyil…

Əsas məsələ  qurumda olan  dəhşətli korrupsiya hallarıdır…


Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rizayevlə bağlı media üzərindən apardığımız  araşadırma  zamanı bir neçə xəbər başlığına rast gəldik:
“Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rizayev…”
Biz Gündəlik-Bakı olaraq kimisə  belə məsələlərdə ittiham etmirik. 
Axı, heç kimin atasının, anasının, yaxud hansısa doğmasının əsir, yaxud girov götürüləcəyi ilə bağlı  təminatı, sığortası yoxdur. Müharibə gedən ölkədə heç kim bundan sığortalanmayıb. 
O cümlədən də cənab komitə sədri  Rövşən Rizayev. 
Ona görə də biz Rövşən Rizayevə qarşı belə ucuz  arqumentlərdən istifadə etmirik. 
Görünür kimlərsə,  Rövşən Rizayevə görə, saytlarda yazır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi  yaxın  zamanda  ləğv olunur. 
Bu məsələyə də aydınlıq gətirmək istəyirik. 
Rövşən Rizayevlər vəzifəyə gələr, gedər, amma onu bilin ki, adına Qaşqınkom  dediyimiz qurumun fəaliyyəti hələ on illər boyu davam edəcək. 
Kimlərsə düşünür ki, rayonlarımız işğaldan azad olundu və qaçqın problemi  bitdi. Əsla, belə deyil. 
Bu problem hələ uzun illər, on illiklər boyu davam edəcək. 
Kiminsə komitə  sədri Rövşən Rizayevin fəaliyyətindən narazılığı ola bilər, amma bu  əsas məsələdən fikri yayındırmamalıdır. 
Belə ki, biz bir media olaraq komitə sədri  Rövşən Rizayevin  dövlət qarşısındakı məsuliyyətini ona xatırlatmalıyıq. Və ondan hesabat tələb etməliyik. 
Biz Gündəlik-Bakı olaraq dəfələrlə yazmışıq ki, hörmətli komitə sədri sənin tərcümeyi-halında ciddi  səhvlər, hətta qaranlıq məqamlar var. Buna xahiş edirik  aydınlıq gətir. 
Belə ki,  1986-cı ildə  Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini  bitirən adam  1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə necə işləyə bilərdi..? 
Axı, Ədliyyə Nazirliyi  kolxoz-zad deyildi ee…burada peşəkar insanlar işləyirdi. 
Qoy Rövşən Rizayev bizim bu sualımıza  cavab versin. 
Axı, 1982-ci ildə Rövşən Rizayev heç tələbə də deyildi. 
Deməli, lazım olan qüvvələr bu adamı lazımi yerə hazırlayırmış. 
Sonra keçək başqa bir məsələyə. 
Bakıda doğulan, ömründə  Xanlar və Daşkəsən rayonlarında olmayan  Rövşən Rizayev necə oldu ki, 2004-cü ildə  101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildi  və uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işlədi. 
Bu adamı Xanlar və Daşkəsəndə  tanıyan var idi..? 
Sonra Allah qoymasa  Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir.
Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır.
Görəsən, Rövşən Rizayev o boyda tribunalardan bircə dəfə ermənilərin əleyhinə nəsə deyibmi..? 
Deyibsə, buyursun ortaya  fakt  qoysun. 
Biz əbəs yerə  demədik ki, Rövşən Rizayevin nəinki keçmişi, hətta komitə sədri olandan sonrakı addımları da ciddi şübhələr doğurur. 
Bəli, Rövşən Rizayev  komitə sədri olduğu müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünləri  dövlətdən narazı salıb. 
Rövşən Rizayev  xeyli sayda  qaçqının adicə çörək pullarını, kommunal xərclərini kəsməklə deyəsən, sağ ol, qazanmaq istəyir. Və minlərlə ailəni talehin ümidinə buraxır. 
Rövşən Rizayevdən soruşan lazımdır ki, müavinətlərini kəsdiyin  minlərlə qaçqının siyahısını niyə Maliyyə Nazirliyinə vermirsən?
Və bu yolla milyonları mənimsəyirsiniz. 
Bəli,  Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Rövşən Rizayev  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib.
Yəni artıq  5-ci ildir ki, Rövşən Rizayev komitə sədridir. 
Deyilənə görə, Rövşən Rizayev  məcburi köçkünlər üçün inşa edilən binalardan, şəhərciklərdən 100 milyonlar mənimsəyib. Bunu biz demirik ee, mediada qaçqınlar deyirlər.
Bəli, bunu açıq demək lazımdır. 
Amma qaçqınların çörək pulunu kəsmək üçün hər yola əl atır. 
Guya hansısa qaçqının evi var, daxması var. Buna görə, Rizayevin məntiqi ilə müavinət düşə bilməz. 
Guya BDU-nun hüquq fakültəsini bitirən, amma hüquq elmindən dadmayan Rövşən Rizayevə başa salan lazımdır ki, qaçqın və məcburi köçkün beynəlxalq statusdur. 
Görəsən qaçqınların çörək pulunu kəsən Rövşən Rizayev komitə sədri olan kimi niyə özünə  “yağın içində” BMV aldı..? 
Qaçhaqaç idi..? 
Görəsən komitə sədri Rövşən Rizayev  “yoxsulluq və işsizlik 5 faizə düşüb, xalqımız xoşbəxtdir”  kimi pafoslu  sözləri deyəndə utanmır..? 
Görəsən, komitə sədri  Rövşən Rizayev Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin əməllərindən xəbəri yoxdur..? 
Bax, bizi bu suallar maraqlandırır. 
Atasının, yaxud nənəsinin kimliyi bizim üçün maraqlı deyil. 
Buyur, cənab Rövşən Rizayev suallarımıza cavab ver. 

P.S. Deyirlər Qaçqınkomda bir Mahir var, "bir yerləri qapı arxasında qalanda" tanıdığımız adamlardan birinə yalan danışıb, amma biz tərəflərdə yalan danışana deyirlər ki, bu heç kişi deyil.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.