Uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri, hazırda Dövlət İmtahan Mərkəzinin ( DİM ) Direktorlar Şurasının sədri olan Məleykə Abbaszadə barəsində yazmaq üçün, məncə, biraz uzaqdan başlamaq lazımdır. 
Ötən əsrin 90-cı illərində Prezident Aparatının rəhbəri  cənab Ramiz Mehdiyev Azərbaycan  təhsilinə, mədəniyyətinə, səhiyyəsinə və s elə “minalar” basırıb ki, hələ uzun illər bir cəmiyyət olaraq minaları təmizləməklə məşğul olmalıyıq. 
Öncə onu qeyd edək ki, Ramiz müəllimlə bizim şəxsi müstəvidə  hansısa problemimiz  yoxdur. 
Ancaq  Ramiz Mehdiyevin konkret dəstəyi ilə Prezident Aparatında Humanitar şöbənin müdiri işləyən Fatma Abdullazadə və onun  rəfiqəsi, TQDK sədri olan Məleykə  Abbaszadə  Azərbaycan mədəniyyətinə, təhsilənə sağalmaz yaralar vurublar və hər iki sahədə rüşvətxorluq və korrupsiya halları baş alıb gedib.
Məsələn, Fatma Abdullazadə  “Əməkdar artist”, “Xalq artisti”, “İncəsənət xadimi”  və s  adlarını 5-10 minə verirdi. Hətta bu  barədə millət vəkili, tanınmış sənətçi  Zeynəb Xanlarova Milli Məclisin tribunasından haray saldı. 
Bəli, Fatma  Abdullazadənin qardaşı, xristian dininin qəbul edən və adını dəyişən Eldar –Edik  hazırda Fransada Fatmanın, daha doğrusu, Ramiz Mehditevin biznesini idarə edir. 
Fatma Abdullazadənin Beynəlxalq Banka 100 min dollar borcu var idi. Onun axırı nə oldu..? 
Niyə  bu adamlar həbs olunmur, dövlətə dəyən ziyan ödənilmir..? 
Yeri gəlmişkən, rüşvətxor məmurlardan biri də Bakı Slavyan Universitetinin sabiq rektoru, Fatma Abdullazadənin “podruqası”  Nurlana Əliyevadır. 
Ümumiyyətlə, Ramiz Mehdiyevin yaratdığı  Fatma-Nurlana-Məleykə  triosu  Azərbaycana  dəhşətli zərbələr vurublar. Və bunların bu günədək cəzasız  qalması heç bir məntiqə sığmır.
İndi isə keçək  DİM sədri Məleykə Abbaszadənin məsələsinə. 
Keçmiş  səhiyyə naziri Əli İnsanovun siyasi  tərəfini bir kənara qoyaq və onun səsləndirdiyi bir fikrə nəzər salaq:
Tibb Universitetinə qəbul olmaq üçün TQDK rüşvətin qarşılığında  12 bal toplayan məzunun nəticəsinin qarşısına 6 ( 6-12 ) yazmaqla xeyli məzunu ATU-ya tələbə ediblər. 
Bax, ona görə də  bu gün səhiyyəmiz “çiçəklənir”, ölkədə bir normal həkim  tapmaq müşkülə çevrilib. 
Bəli, bu heç kimə sirr deyil ki, TQDK  uzun illər  rüşvət və korrupsiya yuvası olub.
Çoxları sadəlövhcəsinə düşünür ki, məzunlar hamısı kompüterdə imtahan verir, hansı rüşvətdən söhbət  gedə bilər..?
Bəli, yadınıza  salmaq istəyirəm ki, bir neçə il əvvəl TQDK-nın bunkerindəki sualların satılmasına görə xeyli sayda əməkdaş həbs olundu..? 
Guya bunu TQDK sədri Məleykə Abbaszadə  bilmirdi..?
Məleykə Abbbaszadə  bu gün Azərbaycanda ən varlı məmurlardan biridir. 
Çoxları hələ də TQDK-da nələr baş verdiyini anlaya bilmir. 
Biz TQDK-nın bunkerində baş verən gizli əməllər barədə çox dərinə getmək istəmirik.
Amma bu bunkerin hesabına Məleykə və onun kimilər yüz milyonlar qazanıb. 
TQDK-nın mətbuat katibi, xaricdə gizlənən sabiqlərdən olan Elnur Nağızadə ilə bağlı  baş  verənlərin axırı nə oldu..? 
Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə 150 min dollar rüşvət almışdı. Və  xaricdən bəyan etmişdi ki, pulu Məleykəyə verib. Sonra cinayət işi açıldı. Bəs axırı nə oldu..?
Əlbəttə, o zaman Ramiz Mehdiyev buna imkan vermədi. 
Bəs axı bu  gün Ramiz Mehdiyev PA-nın rəhbəri deyil. 
Bəs bu gün Məleykə Abbaszadəni kim müdafiə edir..? 
İndi isə Məleykə Abbaszadənin başqa fəaliyyətinə nəzər salaq. 
Məlumdur ki, bir neçə ildir ki, TQDK  Dövlət İmtahan Mərkəzinə çevrilib. 
Yəni artıq  DİM təkcə  tələbə qəbulu ilə deyil, həm də dövlət qulluğuna  qəbul üzrə  məsul qurumdur. 
Bəli, kimsə  birbaşa  dövlət qulluğuna işə  düzələ bilməz. 
Bunun üçün nazirlik, komitə, yaxud dövlət agentliyi boş olan yerlərlə bağlı DİM-ə məlumat verir. 
DİM  isə həmin yerlərə müsabiqə əsasında  qəbul elan edir. Və kimlər müsabiqədən keçirsə, dövlət qulluğuna işə düzəlirlər. 
Amma son illər, bizə daxil olan məlumata görə, Məleykə Abbaszadə, daha doğrusu, DİM  müsabiqələri  formal keçirir  və dövlət qurumları ilə sövdələşərək, saxta qəbullar keçirirlər. Və yüz minlər qazanırlar. 
Bunu biz biliriksə, guya dövlət qurumları   bilmir..? 
Bir daha deyirk ki, dövlət qulluğuna qəbul məsələsi Məleykə kimilər üçün əsl  biznesə çevrilib. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.