Ramiz Mehdiyevin Azərbaycan məhkəmə-hüquq sisteminə vurduğu zərbələr…
Sözün düzü, Suraxanı məhkəməsinin sabiq hakimi, Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İmanovanın personası bizim üçün media olaraq maraqsızdır.
Tam səmimi deyirik ki, həm hüquqşünas, həm hakim, hətta qadın və insan olaraq bu adam haqqında yazmağa zərrəcə marağımız yoxdur. Amma...
Əmması odur ki, bu xanımla bağlı məsələlər dövlətçiliyimiz üçün ciddi təhlükədir.
Məlumdur ki, Azərbaycan dövləti 100, 200 illik oturşmuş dövlət deyil, cəmi 30 yaşı var.
Yəni gənc dövlətdir, kimlərsə bundan öz maraqları naminə istifadə edə bilər. Və biz bir Gündəlik-Bakıu.com olaraq hər zaman bunu nəzərə alırıq.
Axı, Gülsarə Kərimovna başqa müstəqil dövlətin vətəndaşı olduğu halda Azərbaycanda necə hakim, hətta məhkəmə sədri ola bilər..?

Bəli, Gülsarə Kərimovnanın tərcümeyi-halına nəzər salanda adam dəhşətə gəlir.
Məlumat üçün qeyd edək ki, Gülsarə Kərimovna Türkmənistanda anadan olub.
1984-cü ildə Türkmənistan Dövlət Universitetini bitirb,
1984 – 1986-cı illərdə Çarcov Vilayəti Təmir Tikinti trestində hüquqşünas işləyib,
1986 – 1992-ci illərdə Çarcov Vilayəti Darqanata rayon hüquq məsləhətxanasının vəkili olub,
1992 – 1994-cü illərdə Darqanata rayon Qaraçak qəsəbə notariat kontorunun notariusu kimi çalışıb. Və…
2013 – 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub,
2018 – ci ildən isə Zəngilan Rayon Məhkəməsinin sədridir.
Fikir verdinizsə, bu adam 1994-cü ildə, yəni müstəqil Türkmənistan dövlətinin vətəndaşı olub və sonradan Azərbaycanda məhkəmə hakimi və sədri olub.

Axı, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Bəs, başqa bir dövlətin vətəndaşı Azərbaycanda necə məhkəmə hakimi, sədri ola bilər ?
Görəsən, Gülsarə Kərimovna hansı dövlətin vətəndaşıdır ?
Gülsarə Kərimovna Türkmənistan dövlətinin vətəndaşlığından imtina edibmi ?
Bir ölkənin vətəndaşı başqa bir ölkədə dövlət qulluğunda çalışa bilməz.
İndi görün, Gülsarə xanımın arxasında kim dayanır ki, xarici ölkə vətəndaşını birbaşa məhkəmə hakimi, hətta sədri edib.
Tam məsuliyyətlə qeyd etmək istəyirik ki, bütün bu oyunların başında Prezident Administrasiaysının sabiq rəhbəri Ramiz Mehdiyev dayanıb.
Bəli, biz rüşvəti, korrupsiyanı haradasa başa düşməyə çalışırıq. Amma adam öz dövlətinə qarşı belə hərəkət eləməz. Axı, dövlət özü bir ailədir.

Görəsən, cənab Ramiz Mehdiyev xanımı Qalina Yuryevnanın rəfiqəsi Gülsarə Kərimovnanı Türkmənistandan Azərbaycana transfer edəndə, özü də məhkəmə-hüquq sisteminə heç düşünmədi ki, mən bu millətə və dövlətə problem yaradıram...
Ümumiyyətlə, Ramiz Mehdiyevin Azərbaycan cəmiyyətinə, onun təhsilinə, mədəniyyətinə, məhkəmə-hüquq sisteminə vurduğu zərbənin altını hələ uzun illər çəkəcəyik.
Sözü qısası, Gülsarə İmanova qanunlara qarşı sayqısızlıq edir, hətta qanunları kobud şəkildə pozur. Bu isə Avropa Şurasının, Avropa Ailəsinin bir üzvü olan Azərbaycan üçün başucalığı gətirmir, ölkəmizin adı müxtəlif siyahılara düşür. Görəsən məhkəmə sədri bunu başa düşürmü?
Bəlkə, bu qanunsuzluqları Ramiz Mehdiyevin sifarişi ilə edir, Gülsarə Kərimovna..?
Çünki, hər dəfə Avropa Məhkəməsi Azərbaycanı təzminat ödəməyə məcbur edir və....üstəlik ölkəmizin adı qara siyahılara düşür.
Bu məqamda Ramiz Mehdiyevin kənarda saxlayaraq yemlədikləri yada düşür.
Yəni Gülsarə Kərimovnanın qanunsuz hərəkətləri təsadüfən ola bilməz.
Biz Gülsarə Kərimovna ilə bağlı yazırıq və ona suallar ünvanlayırıq.
Amma çox təəssüf ki, məhkəmə sədri olan Gülsarə Kərimovna bizim suallarımıza cavab verməyib.
Biz Gülsarə Kərimovnanın neçə dəfə ərə getməsi, neçə dəfə boşanması və ya şənbə günləri işə nə üçün gəlməsi, işçiləri ilə yaxın dostluq münasibətində olması, qızlarının harada işləməsi, kimin vasitəsilə işə düzəlməsi, yaxud özəl həyatı ilə bağlı sual vermirik. Və bu barədə heç niyyətimiz də yoxdur. Bu onun öz işidir, şəxsi həyatıdır, bizim heç ona qarışmaq fikrimizdə olmayıb.
Bir daha qeyd edirik ki, Gündəlik-Bakının Gülsarə problem yoxdur. Bizim problemimiz hüquq və dövlətçilik məsələsidir.
P.S Gülya xanıma bir məsələni xatırlatmaq istəyirik, birinci dəfə neçə yaşında və kiminlə ailə qurmusunuz?