Keçmiş  Baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri, hazırda həbsxana həyatı yaşayan Eldar Həsənovun qardaşı Şahin Həsənovun  barəsində yazmaq üçün media üzərindən  bir araşdırma apardım. 
Tam səmimi deyirəm ki, oxuduğum materiallar məni dəhşətə gətirdi. 
İnsan nə boyda  cinayət əməllərində iştirak edə bilər. 
Sözün qısası, “Gündəlik-Bakı”ya  sabiq  Baş prokurorun qardaşı  Şahin Həsənovun  “Tarqovı”  deyilən ərazidəki əmlaklarını satması barədə  özəl məlumat daxil olub. 
Əlbəttə, kiminsə özünə məxsus əmlakı satması, yaxud kiməsə bağılşaması onun özəl  haqqıdır. Amma...
Əmması odur ki, Həsənov qardaşlarının ( Eldar, Şahin, Ələkbər ) qanunsuz yolla, daha doğrusu, rüşvət və korrupsiya yolu ilə mənimsədiyi  yüz  milyonlar  ciddi araşdırma mövzusudur. 
Qısa məlumat üçün qeyd edək ki, sabiq Baş prokuror Eldar Həsənovun qardaşı  Şahin Həsənov  vaxtilə  “Azəravtoyol”un rəisi olub. 
Hətta  Eldar Həsənov  Baş prokuror olanda Şahin Həsənov “Azəravtoyol”da  külli miqdarda  yeyintiyə görə həbs olunub. 
Sanksiyanı kim versə yaxşıdır..? 
Eldar Həsənovun müavini  İsa Nəcəfov...
Ümumiyyətlə,  Şahin Həsənov  “Azəravtoyol”un  bütün idarə və yerli qurumlarında neft, benzin, yanacaq adı altında milyonları mənimsəmişdi. 
Şahin Həsənov  Bakı şəhərində  xeyli sayda insanı öz qanuni evindən məhrum edərək onları aladadıb və mülkiyyətə sahib olub. 
Bu barədə ölkə mediasında kifayət qədər yazılar var. 
Biz  yıxılanı baltalamaq fikrindən uzağıq və həbsxanada olanların da  qapısının açılmasını Allahdan arzulayırıq. 
Təkcə onu qeyd edək ki, son bir neçə ildə cənab Prezident İlham Əliyevin və Birinci Virse-Prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə minlərlə məhkum əfv olunub. 
Biz də bir media olaraq  insanlarımızın islah olunmasının tərəfdarıyıq. Amma...
Əmması odur ki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, cinayətkar cəzasız qalanda dövlət sarsılır...
Biz  humanizm naminə dövlətimizin sarsılmasına yol verə bilmərik. 
Eldar Həsənovun Serbiyada səfir olarkən, Ermənistana göndərilən silahlar barədə susması,  səfirliyin hesabına milyonları mənimsəməsi və daha nələr...
Hətta Eldar Həsənov səfir olarkən Bakıya gələndə  bir çoxları onu az qala gələcəkdə yüksək vəzifə sahibi kimi qarşılayırdı. 
Bütün bunlar barədə məlumatımız var.
Eldar Həsənov sonuncu məhkəmə prosesində deyir ki....
Bildiklərim mənimlə qəbrə gedəcək....
Adama deyərlər ki, sən nə bilirsən, Eldar Həsənov...? 
Sənin bildiklərin rüşvət, korrupsiya və qanunsuz əməllərdir. 
Bəlkə  sən dövlət sirrlərini, məxvi məlumatları bilirsən..? 
Eldar Həsənova deyən lazımdır ki, sən həmişə iqtidarla müxalifət arasında oyun oynamısan, müxalifətə ötürdüyün pulları  bəlkə deyək..? 
O zamankı müxalifət qəzetinə hər ay nə qədər pul verirdin, Eldar Həsənov..? 
Pulları qardaşın Şahin Həsənov aparıb kimə verirdi..?
Həmin şəxs hazırda nə işlə məşğuldur..? 
Nə isə əsas mövzudan yayınmayaq. 
Bəli, Gündəlik-Bakıya daxil olan özəl məlumata görə, Eldar Həsənovun qardaşı  Şahin Həsənov  Bakı şəhərində yerləşən milyonluq  obyektlərini satır. 
Yuxarıda qeyd etdiyimiz kimi kiminsə öz obyektini satmasını ona irad bildirə bilmərik. Amma...
Gündəlik-Bakıya daxil olan dəqiq məlumata görə, Şahin Həsənov  “Torqovı”  deyilən məkandakı KARAOKE-yə icarəyə verilən  obyektini satışa  çıxarıb. 
Məlumat üçün qeyd edək ki, bu obyektin  müqavilədə  guya 550 manat icarəyə verildiyi göstərilsə də, əslində  3500  manata icarəyə verilib. 
İndi təsəvvür edin ki, Şahin Həsənov neçə ildir ki, vergidən nə qədər yayınıb..? 
Hələ bu harasıdır..? 
Şahin Həsənov həmin obyekti  bu yaxınlarda 1 milyon 200 min manata satıb. Amma  sənəddə guya  90 min manata satdığı qeyd olunub. 
İndi gördünüzmü, Həsənov qardaşlarının cinayət əməlləri  hara qədər uzanır. 
Bu qardaşların Azərbaycan dövlətinə, onun büdcəsinə vurduğu  ziyan yüz milyonlarladır. 

P.S. Eldar Həsənov, yadındadır gənc müstəntiqi Ramiz Mehdiyevin tapşırığı ilə işdən azad etmək istəyirdin? Rəsul Quliyevin sözü ilə bir nazirə ömürlük həbs verdirmişdin. İndi görürsən işdən azad etmək istədiyin, Allahdan və valideynlərindən başqa heç bir kəsi olmayan o, gənc müstəntiq hansı vəzifəni daşıyır. Görürsən, zaman hər şeyi öz axarı ilə aparır. Keçmişdə atdığın addımlar sənə rahatlıq vermir. Allah qapını açsın.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.