Bir neçə il əvvəl Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindəki həbslər cəmiyyət üçün ciddi mesaj idi.
Belə ki, həbs olunan şəxslər sıravi əməkdaşlar deyildi, nazir müavini, dövlət agentliyinin rəhbərliyi idi.
Çox təəssüf ki, həmin həbslər zamanı sabiq mədəniyyət naziri Əbülfəz Qarayev məsuliyyətdən kənarda qaldı.
Və bu günədək mediada nazir müavini, agentlik rəhbərliyinin istintaqa verdiyi ifadələr nəzərə alınmadı.
Belə ki, konkret olaraq Əbülfəz Qarayevin tabeçiliyində olan şəxslər izahat verərək bildirmişdi ki, biz rayon mədəniyyət şöbələrindən aldığımız pulları cənab nazirə verimişik.
Sözün qısası, Əbülfəz Qarayev nazir postundan gedəndən sonra cənab Anar Kərimov mədəniyyət naziri təyin olundu.
Və cəmiyyətdə ümid yarandı ki, bundan sonra bu sferada müsbət dəyişikliklər olacaq.
Amma təəssüf ki, belə olmadı.
Anar Kərimov artıq ikinci ildir ki, mədəniyyət naziridir. Ancaq bu sahədə heç bir müsbət dəyişiklik yoxdur. Əksinə bu sferada vəziyyət getdikcə pisləşir.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun mədəniyyət sferasında ciddi müsbət dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
“Gundelik-Bakı”ya daxil olan məlumatlardan bəlli olur ki, əvvəl olduğu kimi yenə də nazirlikdə qohumbazlıq, rüşvətxorluq və korrupsiya halları davam edir.
Məlumat üçün qeyd edək ki, cənab nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Yeri gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə rəsi təyin olunan kimi 2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə məktəb direktorları nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər.
Bəli, Faiq Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa Faiq Xudanlı Füzuli rayonunun Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı Anar Əliyevi təyin edib.
Yəni Faiq Xudanlı musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib.
Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb.
Məktəbdə dərs saatları ilə bağlı ciddi narazılıq yaranıb.
Təsəvvür edirsiniz başqa müsiqi məktəbində dərs deyən şəxs digər musiqi məktəbində direktordur.
Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır.
Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq Xudanlının direktor təyin etdiyi Anar Əliyev Xətai rayonu ilə Qaradağ rayonu arasında qalıb.
Bu musiqi məktəblərində qanunsuz verilən əmək haqqlarını yoxlayan olsa, ortaya ciddi cinayət əməlləri çıxacaq.
Biz hələ direktor Lamiyənin anası Cavadova Gültəkinə, xalası qızları Hüseynova Aynur, Hüseynova Təhminənin hər birinə 24 saat dərs verməsindən danışmırıq.
Bunların heç biri işə gəlmir.
Bəli, Lamiyə Əhmədovanın Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki....
Hətta Lamiyə Faiq Xudanlıya deyib ki, məni Mehdiabaddakı Musiqi məktəbinə direktor təyin elə....
Və Faiq Xudanlı həmin gün Lamiyəni Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib.
Bəs görəsən, Faiq Xudanlı niyə Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu işdən azad edib..?
Bilirsiniz, bu Faiq Xudanlı kim olub?
Bu barədə növbəti yazıda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının cinayət əməlləri…- Anar Kərimovun bu cinayətlərdən xəbəri yoxdur..?
13
iyun
17:37

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mədəniyyət nazirindən yeni TƏYİNATLAR
Nazir iki idarə rəisi TƏYİN ETDİ
İlham Əliyev onu mədəniyyət naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Gənc nazirin Kürdəmirdən XƏBƏRİ VARMI? - İLGİNC FAKTLAR
Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...
Kürdəmir Regional Mədəniyyət idarəsində Əbülfəs Qarayev AB-HAVASI... - İTTİHAM VAR!
Nazir teatr direktorunu işdən çıxardı - YENİ TƏYİNAT
Əbülfəz Qarayevin kadrı olan Arif Vəliyev Abşeron Mədəniyyət Mərkəzini necə istismar edir?
Anar Kərimov COVID-19-dan sağaldı
Ağcabədi Regional Mədəniyyət İdarəsində Əbülfəs Qarayev ƏNƏNƏLƏRİ... - İDDİA
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Yeni nazir onu vəzifədən azad etdi
Koronavirusa yoluxan nazirin səhhəti necədir? - AÇIQLAMA
Nazir daha bir rəisi işdən çıxardı - FOTO
Nazir Xocavənd üzrə yeni nümayəndə təyin etdi - FOTO
Anar Kərimov bu xanıma yüksək VƏZİFƏ VERDİ - FOTO
Anar Kərimov koronavirusa yoluxdu
Anar Kərimov regional idarənin rəsini İŞDƏN ÇIXARDI
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
Ramiz Quliyev vəzifəsindən azad edildi
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
Nazir bu quruma rəhbər təyin etdi
Daha bir məmur vəzifədən azad olundu - Foto
"Regional mədəniyyət evlərində yoxlamalar aparılır" - Nazir AÇIQLADI
Nazir onu Bakıya rəis təyin etdi
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Əbülfəs Qarayev məhkəməyə ÇAĞIRILDI
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- İnam Kərimov seyr edir... fermerin isə ANASI AĞLAYIR... - AXI NİYƏ?!
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Özbəkistanda etirazlar başladı - Video
- Rusiya İlan adasına fosfor bombaları atdı - Video
- Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...
- Bakının mərkəzində tarixi binada tikilən mansard sökülür
- ÜST: “Avropada meymunçiçəyinə yoluxanların sayı son iki həftədə üç dəfə artıb”
- Təhsil Nazirliyi ziyalıları QƏSDƏN NARAZI SALIR?.. - İTTİHAM
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- New York Post məşhur Tik-Toker-dən üzr istədi
- Bakıda ağır qəza - ölənlər və yaralılar var
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Conson Zelenskini Britaniyaya dəvət etmək istəyir: Kraliça ilə auditoriya planlaşdırır
- Bu ərazilərdə içməli suyun verilişi DAYANDIRILDI
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- “Çörəyimizə Haram Qatanlar” və NUR çörək zavodunda nə baş verir ? – TƏHLİL
- Quldurluq edən iki nəfər tutuldu
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır