Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı Aqil Babayevi ATU-da kafedra müdiri təyin edib…
Sözün düzü, 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirən şəxsin nə vaxtsa Azərbaycan Texniki Universitetinin rektoru olması möcüzədən başqa bir şey deyil.
Hələ bu harasıdır..?
Bu adam istedadının “çiçəkləndiyi” vaxtlar Azərbaycan Milli Aviasiya Universitetində “yarımştat” professor olub.
Hələ bu harasıdır..?
Bu adam 40 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Söhbət Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdən gedir.
Sabiq rektor Havar Məmmədovdan sonra ATU-ya rektor gələn Vilayət Vəliyev ilk olaraq qohumlarını vəzifələrə doldurmağa başlayıb.
Məsələn, qaynının qızı bakalavr təhsilli Pərvanə Allahverdiyeva üçün ATU-da hüquq sektoru yaratdı.
Hansı ki, ATU-nun tarixində hüquq sektoru olmayıb. Və hazırda Pərvanə Allahverdiyeva prorektorlar səviyyəsində ayda 2600 manat maaş alır.
Hansı ki, neçə ildir ATU-da çalışanlar 400-450 manat maaş alırlar.
Vilayət Vəliyev rektor olan kimi özünə 4-5 müşavir təyin etdi. Hamısı da öz qohum əqərəbası, dost-tanışlarıdır, daha dəqiq desək, özünə yaxın olanlardır. Heç birinin də normal təhsili yoxdur.
Diqqətli oxucuların yadında olar ki, Vilayət Vəliyevin rektor olduğu bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib.
Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib.
Görəsən rektor başa düşmür ki, hamilə qadınlar, uşaq əmizdirən analar peyvənd olunmağa məcbur edilə bilməz.
Bu gün bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib.
5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər həllini tapmayıb.
Əksinə Vilayət Vəliyev köhnə rüşvətxor şəbəkənin əməllərindən yaxşıca faydalanıb.
Bir sözlə, Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir.
Vilayət Vəliyev rektor olan kimi ATU-nun mətbəəsinin axırına çıxdı.
Bəli, ATU-nun müasir texnologiyalara cavab verən, kompyuterləşdirilmiş mətbəə texnologiyası ilə universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s., eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş.
ATU-da tələbələrin və müəllimlərin istifadə etdiyi kseroks, yəni sürət çıxartma aparatrları. Tələbələr və müəllimlər 5-10 qəpik verməklə özlərinə lazım olan materiallarının sürətini çıxarırmışlar.
Hətta belə söz-söhbət gəzir ki, rektor Vilayət Vəliyev hər şeyə özüm nəzarət edəcəm. Yəni bu adam 10 qəpiklik sürətçıxarmayada nəzarət edir.
Bu adam kefi sitədiyi kafedraları birləşdirir, kafedra müdirlərini azad edir, guya öz aləmində islahat aparır.
Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı Aqil Babayevi ATU-da kafedra müdiri təyin edib.
Rektor qadın müəllimlərə qarşı çox kobud rəftar edir, hətta deyilənə görə onları təhqir də edir.
Rektor Vilayət Vəliyev savadsızın birini özünə elmi işlər üzrə müşavir təyin edib.
Bəli, müşavir Fariz Məmmədovun Texniki Universitetdə bu qədər elm sahələri olması barəsində heç məlumatı da yoxdur.
Sözün qısası, Havar Məmmədovdan sonra rektor Vilayət Vəliyev ATU-da sanki daşı daş üstə qoymayıb.
Görəsən, Hesablama Palatası və digər qurumlar hara baxır..?
Təhsil naziri Emin Əmrullayev rektor Vilayət Vəliyev barəsində nə düşünür..? Əgər düşünə bilirsə...
Yazıda adları keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
Rektor Vilayət Vəliyev ATU-da qaynının qızı üçün hüquq sektoru açıb?… - Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini davam etdirir…
20
iyun
07:57

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
Vilayət Vəliyev haqqında DAHA BİR İDDİA... - ATU rəsmən BAZARA ÇEVRİLİR...
YARIMŞTAT professor necə REKTOR oldu..? - Texniki Universitetin rektoru Vilayət Vəliyevin qanunsuz əməlləri…
Bakı Mühəndislik Universiteti rektoru Havar Məmmədovun milyonluq villaları,avtomobilləri,zavodları...
Tağı amanatı, Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
Bu kolleclər yenidən təşkil edilir - Baş nazirdən QƏRAR
Havar Məmmədov sata-sata gedir.... - Rektor indi də universitetin həyətini satır ?
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
Bakı Mühəndislik Universitetində nə baş verir? - Havar Məmmədovun və prorektorlarının qanunsuz əməlləri...
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Bakı Slavyan Universitetinin sabiq rektoru VƏFAT ETDİ - FOTO
Havar Məmmədovun Mühəndislik Universitetindəki İMPERİYASI…- Rektorun “təhsil biznesi”…
Keçmiş “partkom”, “instruktor”, “bazarkom” hara, universitet rektoru hara ? - HAVAR MƏMMƏDOVUN REKTORLUQ STAJI….
Rektor Universitetdə QAZ VURUB QAZAN DOLDURUR... - İDDİA
Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM EDİR... - TƏHSİL XAOSU...
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Texniki Universitetdə YENİ OYUNBAZLIQLAR... - Rektorun ilginc idarəetmə üsulu...
Rektor Havar Məmmədovun “hava”sını alacaqlar- Rektorun milyonluq mülklərinin siyahısı…
Vilayətin yaratdığı ƏYALƏT SİSTEMİ... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Rektorun “Qəribə İşgüzarlığı”
BDU tələbələri üçün yeni yataqxanalar tikiləcək
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Azərbaycan əleyhinə hədyanlar danışan erməni tarixçi öldü
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Əli Həsənovun işdən çıxarılan qaynının yerinə TƏYİNAT
Rektor Havar Məmmədov Azərbaycan təhsilinin başında turp əkir?… - ATU-nun keçmiş rektorunun 100 milyon dəyərində əmlakı….
Himnimiz səsləndi, rektor ayağa qalxa bilmədi - VİDEO
Əli Həsənovun DİN-də çalışan qayını işdən çıxarıldı
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- "Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova
- Britniyə görə Co Baydenlə görüşdən imtina etdi Ətraflı
- Bakıda pasiyent burun əməliyyatı zamanı ÖLDÜ
- Mixail Qorbaçov xəstəxanada yaşayır, yaddaşını itirib
- Zaur efirlə sağollaşdı
- Xəyanət edən məşhurlar: Siyahıda kimlər var?
- Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- ÜST: “Avropada meymunçiçəyinə yoluxanların sayı son iki həftədə üç dəfə artıb”
- Təhsil Nazirliyi ziyalıları QƏSDƏN NARAZI SALIR?.. - İTTİHAM
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı