Yeni  rektor  Anar Nağıyev  universitetdə  baş verənlərdən xəbərsizdirmi..? 

Haqqında bəhs edəcəyimiz  Bakı Slavyan Universitetinin fəaliyyətinə nəzər salmazdan öncə keçmişinə nəzər salaq. 
Məlumat üçün qeyd edək ki,  bu ali məktəb sovet dövründə  M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu  kimi fəaliyyət göstərib. Və bu institutun  ölkədə hörməti və  samballı  rektorları olub. 
Müstəqillik dönəmində  bu institutun adını  dəyişib Bakı Slavyan Universiteti qoydular.  Qısa vaxtda  BSU-ya müxtəlif  təsadüfi  şəxslər rəhbərlik etməyə başladı. 
Belə şəxslərdən biri  də BSU-nun sonuncu  sabiq rektoru  Nurlana Əliyeva oldu. 
Bu qadının erməni əsilli olması  və digər məsələlərlə bağlı mediada kifayət qədər yazılıb. 
Əslən Gəncəli olan Nurlana  xanımın etnik mənşəyi bizim üçün maraqlı deyil. 
Bizim üçün maraqlı olan “media işçilərini nənəsinin cəddinə tapşıran”  belə bir təsadüfi adamın  necə gəlib rektor olmasıdır. 
Qısaca onu qeyd edək ki, Nurlana Əliyeva onu tənqid edənlərə deyr ki, nənəmin cəddi sizə qənim olsun. 
Biz  bu mövzuya müxtəlif yazılarda toxunmuşuq. 
Nurlana Əliyeva uzun müddət  Pedoqoji Texnikumun  direktoru olub. Və həmin dövrdə  bu texnikum ölkədə ən rüşvətxor məktəblərdən biri kimi tanınıb. 
Ötən yazıların birində qeyd etdiyimiz kimi  Nurlana Əliyeva,  Fatma Abdullazadə və Məleykə Abbaszadə cavan vaxtlarından “podruqa”  olublar  və Ramiz Mehdiyevin yaxınları kimi tanınıblar. 
Ramiz Mehdiyev Prezident Aparatının rəhbəri olan kimi Fatma Abdullazadəni öz yanına Humanitar  şöbəyə müdir gətirdi. Məleykə Abbaszadəni  isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədr təyin etdi. 
Nurlana Əliyeva isə  Ramiz Mehdiyevin və Fatma Abdullazadənin “sonuncu təyinatı”  idi. 
Siz elə bilirsiniz  BSU-da  20 Yanvar qırğınının səbəbkarlarından biri olan Primakova  yubiley keçirmək təsadüfi idi..? 
Nə isə söhbət təkcə Primakovdan getmir. 
Ümumiyyətlə,  Nurlana Əliyeva Pedoqoji Texnikumun direktoru olanda ən konfidensial, gizli görüşlər, vəzifəyə təyinatlar, alver və s  Nurlananın ehtiyat kabinetində gecələr olurdu. Bu da bir tarixdir. 
Bəli, Nurlana Əliyeva BSU-nun rektoru olan kimi Pedoqoji Texnikumda çalışan köhnə rüşvətxor “bajıları”nı gətirib doldurdu  BSU-ya. Və universiteti çevirdi rüşvət yuvasına. 
Təsadüfi  deyil ki, bir müddət əvvəl BSU-nun  qiyabi şöbəsinin xanım  müdiri  140 min manat təhsil haqqına görə həbs edildi. 
Xanım şöbə müdiri  məhkəmədə açıq şəkildə dedi ki, pulu rektor  Nurlana xanıma vermişəm. 
Bəs niyə Nurlana Əliyevanı çağırıb  bir söz soruşan olmadı..? 
Bəlkə  Nurlana Əliyevadan soruşaq ki, semestr  imtahanlarında tələbələrdən nə qədər  pul yığırdın..? 
Bəlkə  soruşaq ki, BSU-nun nəzdində fəaliyyət göstərən  Litseyi  rüşvət yuvasına döndərmisiniz..? 
Həmin litseyin müasir binasının açılışında  cənab Prezident İlham Əliyev cənabları iştirak etmişdir. 
Həmin litseyin xanım direktoru kimin həyat yoldaşıdır, Nurlana Əliyeva..? 
Sənin Azərbaycan təhsilinə virduğun zərbəni kimsə vurmayıb. 
Yaxşı, burada Nurlana məsələsinə son qoyaq. 
Bəs Prezidentin təyin etdiyi yeni rektor  cənab Anar Nağıyev  nə işlə məşğuldur..? 
O da sələfi Nurlananın  əməllərini davam etdirir..? 
Ümumiyyətlə, BSU-nun yeni rektoru Anar Rüstəm oğlu Nağıyev  kimdir, nəçidir..? 
Qeyd edək ki, Anar  Nağıyev bu təyinata qədər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.  
BSU-nun saytında rəhbərliklə bağlı aşağıdakı məlumatı əldə edə bildik. 
Rektor: s.e.ü.f.d. Anar Nağıyev
Rektorun müşaviri:   boşdur
Rektorun köməkçisi: Rüfət Həşimov
Rektorun köməkçisi: Nuranə Yusifova
Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi
Tələbə və məzunlarla iş şöbəsi
Magistratura şöbəsi
Monitorinq, qiymətləndirmə və təlim texnologiyaları şöbəsi
Təcrübə və məzunların karyera inkişafı şöbəsi
Əlavə və qiyabi təhsil şöbəsi
Elmi işlər üzrə prorektor: prof. Rafiq Novruzov
Elmi tədqiqatlar və innovasiyalar şöbəsi
Doktorantura və dissertantura şöbəsi
Azərbaycanda rus dili və ədəbiyyati jurnalı
Beynəlxalq münasibətlər üzrə prorektor: boşdur
Ümumi işlər üzrə prorektor:  boşdur
İnzibati-təsərrüfat işləri üzrə prorektor: Nurəddin Quliyev
Tərbiyə işləri üzrə prorektor: f.f.d. Xanım Sultanova
Siyahı uzun olduğu üçün davam etdirməyə ehtiyac görmədik. 
Ancaq təzə rektora  bir sualımız var: 
Cənab rektor Hesablama Palatası BSU-da 100 min mantdan artıq  mənimsəmə  hesablamışdı. Bu  nə üçün ödənilmədi..? 
Sizin təcrübəniz az olduğu üçün prorektorların əməllərindən xəbəriniz yoxmu..? 
BSU-nun tabeçiliyində olan Litseydə nələr baş verir..? 

Cənab rektor, cəmiyyətimiz üçün, gələcəyimiz üçün sizdən xahiş edirik ki, Nurlana Əliyevanın kadrları ilə bağlı kiçik bir təftiş edəsiniz. 
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.