Səlim Müslümov həbsdən çıxdı, növbə Sahil Babayevin, Mətanətin, Təranənindir…və Cəsur Paşayevindir


Sözün düzü, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  baş  verən  cinayət əməllərindən, saxta əlillik məsələsindən, məşğulluq adı altında  milyonların mənimsənilməsindən,  sosial yardım kartlarının məmurların cibindən çıxmasından və  digər  cinayət əməllərindən  məlumatlı idik. 
Hətta çoxlarının bilmədiyi məsələləri də bilirdik. 
Diqqətlə oxuyun. 
Yüz minlərlə  işçinin  “pensiya fonduna”, DSMF-yə keçirilməli olan  milyonlarla  vəsaiti  keçirilmirdi və…
Həmin şirkət  rəhbərləri birbaşa Səlim Müslümovla  danışırdı  və pulun 50 faizi Səlim müəllimə çatırdı və…
Və 100 minlərlə insanın gələcək  təqaüd almaq, təmin olunmaq  haqqı  göyə uçurdu. 
Yaxın illərdə  bu problemi  Azərbaycan cəmiyyəti yaşayacaq. 
Digər tərəfdən  Səlim Müslümovun dövründə  kifayət qədər insana saxta əlillik hüququ verilib. 
Və  sonda  sabiq nazir  Səlim Müslümov  həbs olundu və hazırda  ev dustağıdır. 
Sonra nə baş verdi..? 
Mənşəyi  barədə  xeyli mübahisəli fikirlər səsləndirilən  Sahil Babayev  Səlim Müslümovun  varisi,  xələfi oldu. 
Özü də islahatçı, cavan nazirlər  dalğasında. 
Birincisi, bizim kiminsə  mənşəyi, etnik  mənsubiyyəti barədə  müzakirə açmaq fikrimiz yoxdur. 
İkincisi və ən əsası, bizim üçün maraqlı olan odur ki, özünü islahatçı  hesab edən nazir  kresloya oturan kimi nazirliyin  strukturunu diqqətlə nəzərdən keçirib  konkret təklif verməli idi. 
İndi özünüz deyin, Sahil Babayevin bu işlərdən başı çıxırmı..? 
Əlbəttə, yox. 
Sahil  Babayevin ölkədə  əsas  işi  biznesmenlərdən  pul yığmaq olub.  
Və bu adam islahatda maraqlı ola bilməz. 
Sahil Babayev kresloya oturan kimi “hesablayıb”  ki,  Səlim Müslümov  10 mindən artıq insana əlillik verib, kimlərsə 100 milyonlar qazanıb. Nə etməli..?
Sahil Babayev qısa vaxtda  7000-dən artıq insanın əlillik statusunu ləğv etdi. 
Bu rəsmi rəqəmdir və bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova bildirib. Mətanət Məmmədova onu da deyir ki, qısa vaxtda  2000-dən artıq ailənin  sosial yardımını  dayandırdıq. Guya bunlar hamısı saxta olub. 
İndi keçək əsas məsələyə. 
Bəli, Səlim Müslümovun dövründə  saxta əlillik məsələsi olub. 
Sahil Babayev Səlim Müslümovun dövründəki  saxta əlillik dərəcəsi alan insanları aşkar etmək məqsədilə  işlər  görəndə, hamı düşündü ki, bu cavan nazir  DÜZGÜN HƏRƏKƏT  edir.  
Sahil  Babayev  dövlətə dəyən ziyanı bərpa edir, dövlət büdcəsini  GÖZ  BƏBƏYİ   kimi qoruyur. 
Doğrudan da  saxta əlilin büdcədən aldığı 1 manat  ümumi marağa uyğun deyil. Amma…
Əmması odur ki, Gündəlik-Bakının son bir neçə ayda apardığı  ciddi araşdırmalar, konkret faktlara söykənən yazılar əsasında bəlli oldu ki…Sahil Babayevi  dövlət marağı, büdcə-filan düşündürmürmüş…. 
Bu cavan nazirin öz şəxsi maraqları varmış. 
Belə ki, gənc Sahil Babayev HESABLAYIB ki, Səlim Müslümov 10 mindən artıq insana  saxta əlillik verib və 100 milyonlar qazanıb, bunun mənə nə xeyri. Bəs mən nə etməliyəm..?
Bu 10 min əlilin statusunu ləğv edib yeni 10 min TƏZƏ  ƏLİL və milyonlar qazanmalıyam…
Bu qədər sadə və bəsit məsələ. 
Yoxsa Rafiq müəllimin oğlu Sahil Babayev dövlətçiliyiə qulluq edir, büdcəni qoruyur, saxtakarlığa  qarşı mübarizə aparır-filan… 
Bütün bunları son 1 ayda  Gündəlik-Bakı olaraq açıb ortaya qoyuruq. 
İndi Sahil Babayevin nazir olduğu dönəmdə  saxta əlil olan şəxslərin siyahısını dərc edirik. 
Biz başa düşürük ki, təhlükəli şəbəkə ilə üz-üzəyik. Amma dövlətçilik naminə geri çəkilmək fikrimiz yoxdur. 
Bəli, son bir  bir ildə  əlillik statusu olan şəxslər nazirliyin Bakıda yerləşən Ekspertiza Mərkəzinə çağrılır. Mərkəzin şöbə müdiri Mətanət Məmmədovanın rəhbərlik etdiyi komissiya insanları təkrar müayinədən keçirir. Müayinə zamanı əlil insanların xəstəliyini təsdiq edərkən, kim nə isə verirsə, onun  əlillik dərəcəsi qüvvədə saxlanır, kim vermirsə  olur  TURP kimi SAĞLAM…və əlilliyi ləğv edilir. 
Gündəlik-Bakı  konkret olaraq   Ağcabədi  Rayon Mərkəzi Xəstəxanasında  dəlilik, böyrək  çatışmazlığı, göz zəifliyi, ürək çatışmazlığı   adı altında verilən saxta əlillik barədə yazıb və saxta əlillərin ad-soyadlarını da dərc edib. 
Üstəlik yazmışıq ki, bütün bu saxta əlillik  dərəcələrini verən şəxs  Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi, eyni zamanda səhiyyənin direktor müavini və üstəlik tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədri Təranə  Məmmədovadır. 
Təranə Məmmədova  sağlam şəxsləri  guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə  dövlət büdcəsinə yüz minlərlə  ziyan vurur. 
Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan  siyahıya baxa bilər: 
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli  Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s. 
Bəli, bu yolla  Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır. 
Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir. 
Məlumat üçün qeyd edək ki, Təranə Məmmədova  nazir Sahil Babayevin sağ əli, Füzuli rayonunun keçmiş icra başçısı Nəbi Muxtarovun qızı  Mətanətin rəfiqəsidir. 
İndi bildinizmi, rüşvətin yuvası  Sahil Babayevin  “əmək nazirliyi”dir. 
Onu da qeyd edək ki, Təranəyə bu qədər “volya”  verən şəxs  Rayon Mərkəzi Xəstəxanasının direktoru Cəsur Paşayevdir. Bu adam vaxtilə İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. 
Yəni söhbət  geniş bir cinayətkar şəbəkədən gedir. Biz hələ dərman satışı-filanı demirik. 
Yazının əsas mövzusu saxta əlillik məsələsidir. 
Gündəlik-Bakının faktlara söykənən yazılarından sonra 1 milyon 200 min manat  yeyinti məsələsi ortaya çıxan kimi, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının direktoru Cəsur Paşayev, Baş həkim Təranə Məmmədova və digər şəxslər təcili  Bakıya yollanıblar. 
Məlumata görə, Cəsur həkim Təranə xanıma deyib ki, qorxma qayınım generaldır, bizim həbs olunmağımıza imkan veməz. 
Bütün bunlardan  sonra bir media olaraq cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edirik ki, bizim təhlükəsizliyimizə təminat verin. Çünki biz geniş bir cinayətkar şəbəkə ilə üz-üzəyik. Bizim məqsədimiz dövlətin büdcəsini talayanlara, vətəndaşları dövlətdən narazı salanlara qarşı sonadək mübarizə aparmaqdır. 
İndi isə yazının girişində qeyd etdiyimiz məqaləyə  qayıdırıq. 
Əgər Sahil Babayev islahatçı nazir olsaydı kresloya oturan kimi  bu boyda siyahının dövlətə və millətə artıq yük olduğunu  bəyan edib, ciddi islahatlar aparardı. Buyurun nazirliyin təkcə mərkəzi aparatının ağırlığına fikir verin, özünüz nəticə çıxardın.
Nazir - Babayev Sahil Rafiq oğlu
Nazir müavini- Əliyev Anar Rəhim oğlu
Nazir müavini - Abdullayev Hidayət Kaviz oğlu
Nazir müavini - Nəsirli Vüsal Zakir oğlu
Nazir müavini- Kərimov Anar Mehman oğlu
Aparatın rəhbəri- Musayev Fuad Məmməd oğlu
Aparat rəhbərinin müavini - Əbdül-Qədirov Cavid Teyrun oğlu
Nazirliyin Aparatı
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri-Bayramova Nərmin Ernest qızı
Əmək siyasəti şöbəsinin müdiri-Heydərov Fuad Fikrət oğlu
Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri- Dayıyev Rəşad Hikmət oğlu
Sosial təminat siyasəti şöbəsinin müdiri-Hüseynov Babək Azər oğlu
Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri-Abbasov Elnur Abbas oğlu
Əlillik siyasəti şöbəsinin müdiri-Qocayev Sabir Nazir oğlu
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri -Nəsibova Günel Rasim qızı
Hüquq şöbəsinin müdiri-İsgəndərova Gülnar Firdovsi qızı
Daxili nəzarət və audit şöbəsinin müdiri-İmanov Heybət Rahil oğlu
Beynəlxalq əlaqələr şöbəsinin müdiri- Usubova İradə Cəfər qızı
Vətəndaşların qəbulu şöbəsinin müdiri-Əliyev Arif Musa oğlu
Maliyyə və icmal büdcə şöbəsinin müdiri-Cəfərova Şəlalə Ziyad qızı
İqtisadiyyat şöbəsinin müdiri-Məmmədəliyev Mahmud Məmməd oğlu                      
İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri-Talıbov Fazil Həbib oğlu
Övladlığa götürmə siyasəti şöbəsinin müdiri-Ələkbərov Fərhad İslam oğlu
Təhlil və strateji planlaşdırma şöbəsinin müdiri-Əliyev Sadiq Cabir oğlu
Struktura daxil olan qurum
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi-Quliyev Vəli Eldar oğlu
Nazirliyin tabeliyində olan qurumlar
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə heyətinin sədri-Məmmədov Fərid Eldəniz oğlu
Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri-Məmişov Himalay Qabil oğlu
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri-Abbasbəyli Mustafa Aslan oğlu
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri- Bayramov Anar Məhərrəm oğlu
Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri-Behbudov Vüqar Şəfa oğlu
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə heyətinin sədri (Vəzifəni müvəqqəti icra edən)- Səfərli Elnur Novruz oğlu
Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru (Vəzifəni müvəqqəti icra edən)-Məmmədov Azər Məsim oğlu

ARDI VAR...