Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..?
Həkim Hökümə Nəbiyeva dövlət qurumlarına müraciət etdi...
Fazil Məmmədovun maliyyə fəaliyyəti yoxlanılmalıdır ..
Məlumdur ki, koronavirus pandemiyası zamanı xəstələrə qulluq edən həkimlərin risk altında olmasını nəzərə alaraq onlara əlavə əmək haqqı hesablanması barədə hökumətin qərarı olub.
Unutmayaq ki, koronavirus xəstələri ilə təmas nəticəsində həkimlərimiz dünyasını dəyişdi.
Yəni bu əlavə əmək haqqı boş yerdən verilmirdi. Bunun ciddi əsasları var idi.
Hətta həmin dövrdə Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarı olub. Bu müddət bir neçə dəfə uzadılıb.
Təəssüf ki, dövrü mətbuatda həkimlərin əlavə əmək haqqını ala bilməməsi ilə bağlı xeyli sayda faktlar var.
Əgər belə faktlar 1-2 olsaydı, düşünərdik ki, təsadüfdür. Amma, koronavirus adı altında səhiyyə müdirləri xeyli miqdarda dövlət vəsaitini mənimsəyiblər.
Redaksiyamıza müraciət edən həkim də məhz bu problemdən bəhs edir.
Söhbət Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 83, mənzil 22-də yaşayan, vətəndaş Nəbiyeva Hökümə Vəli qızının şikayətindən gedir.
Vətəndaşın şikayətini olduğu kimi dərc edirik.
“ Mən, Nəbiyeva Hökümə Vəli qızı, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyirəm.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir.
Belə ki, çalışdığım aptekin yerləşdiyi kabinet təhükəli “sarı” zonada yerləşir və bu səbəbdən iş günü ərzində 1 saat iş vaxtı yox, 6 saat iş vaxtı koronoavirus infeksiyası zonasında çalışmışam.
Azərbaycan Respublikası İcbari Tibbi Sığortası üzrə Dövlət Agentliyindən bildirilir ki, guya mən gündəlik maksimal 1 saat iş vaxtı koronavirus infeksiyası ilə mübarizə çərçivəsində tibbi profilaktik tədbirlərində iştirak etmişəm.
Necə olur ki, xəstələrlə təmasda olmayan mənim iş otağımdan kənarda yerləşən sahələrdə işləyənlər əlavə ödənişlər alır, amma mənə olmaz..?
Bir saatdan sonra mən küçədə oturmalıyam..?
Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var.
Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar.
Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd etmişdir ki, “məmurlar xalqın xidmətçiləri olmalıdır” .
Ancaq cənab Alməmmədov özünü bir oliqarx kimi aparır, elə bil ki, bu boyda səhiyyə təşkilatı onun şəxsi əmlakıdır.
Mən xahiş edirəm ki, bu məmurun maliyyə fəaliyyəti yoxlanılsın.
Xəstəxananın aptekində orta təhsilli əczaçı ştatı boş olduğuna görə, mən iki nəfərin işini görmüşəm.
Alməmmədov rəhbər işçi kimi, hər bir işçiyə qərəzsiz yanaşmaq əvəzinə, mənimlə “prinsip” aparır, hər vasitə ilə hüquqlarımı tapdalamağa çalışır.
Bütün bunları nəzərə alaraq, ölkə qanunlarına əsaslanaraq, mənə çatası əlavə əmək haqqı ödənişlərinin ödənilməsinə kömək etməyinizi xahiş edirəm.
Redaksiyadan: Xeyli müddət ərzində həkim Hökümə Nəbiyevaya Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin, yaxud TƏBİB-in verdiyi rəsmi cavablara baxanda düşünürsən ki, səhiyyə sistemi bərbad durumdadır. Yəni həkimə konkret cavab verən yoxdur, ancaq ümumi sözlər. Bu hal uzun müddət davam edə bilməz. Bir gün bu rüşvət çanağı başınızda çatlayacaq.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
“Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədovun “koronavirus biznesi”... - Maliyyə maxinasiyaları YOXLANMALIDIR…
17
iyun
17:34

Qarabağ
OXŞAR XƏBƏRLƏR
COVID-19-la mübarizə aparan həkimlərə əlavə ödəniş edildi
Koronavirusa görə tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı
Həkimlərə verilən əlavə ödənişin müddəti bu tarixədək UZADILDI
Bu həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
Bu şəxslərin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadıldı
Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı - QƏRAR
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı: Müddət uzadıldı
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Həkimlərin pulu kəsilir, direktor isə... - NARAZILIQ!
Tibb işçilərinə əlavələrin verilmə müddəti uzadıldı
Nazirlər Kabineti həkimlərlə bağlı qərar verdi: Oktyabrın 1-dək uzadıldı
Pandemiya ilə əlaqədar verilən əlavələrin müddəti uzadıldı
Bu şəxslərin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadıldı
Həkimlərin maaşlarının iki dəfə azaldılmasının səbəbi AÇIQLANDI
Koronavirusla mübarizədə iştirak edənlərə nə qədər pul ödənilib?
Bu həkimlərə ödənilən əlavələrin məbləği AÇIQLANDI
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
“Semaşko”da həkimlərin maaşları verilmir - ŞİKAYƏT
Özəl xəstəxanalarda çalışan həkim və könüllülərə mükafat ödənildi
Həkimlərin maaş və əlavələri niyə ödənilmir? - AÇIQLAMA
Tibb işçilərinin etirazına RƏSMİ MÜNASİBƏT
Tibb işçilərinə, könüllülərə müddətli əlavə və mükafat ödənilib
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
Koronavirus peyvəndi vurdurmayan həkimlər işdən qovulur
Azərbaycanda minimum əmək haqqı belə təyin edilməlidir - Ekspert
İcbari Tibbi Sığorta 34 ilin işçisinə əmək haqqı vermir – Tovuzda maaş qalmaqalı
Bu şəxslərin maaşları artırılır - Minimum 1000 manat alacaqlar
Sahil Babayev bu dəfə keçmiş prokurorların pulunu kəsir - NAZİRƏ QARŞI İTTİHAM
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- "Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova
- Britniyə görə Co Baydenlə görüşdən imtina etdi Ətraflı
- Bakıda pasiyent burun əməliyyatı zamanı ÖLDÜ
- Mixail Qorbaçov xəstəxanada yaşayır, yaddaşını itirib
- Zaur efirlə sağollaşdı
- Xəyanət edən məşhurlar: Siyahıda kimlər var?
- Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- ÜST: “Avropada meymunçiçəyinə yoluxanların sayı son iki həftədə üç dəfə artıb”
- Təhsil Nazirliyi ziyalıları QƏSDƏN NARAZI SALIR?.. - İTTİHAM
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı