Qarabağ  qazisi, 5 gündür   baş həkimi tapa bilmir....

Aytən Qurbanova  sabiq deputat  Fərhad Qurbanovun qızıdır...


19 saylı şəhər poliklinikasının Baş həkimi Aytən Qurbanova işə niyə gəlmir ?

Baş həkimin vəzifəsini idarə edən müavini madelyerdi ?


10-cu otaqda sağlamlıq haqqında arayış satılır ?

10-cu otağın qapı kilidinin cəftəsi niyə çıxarılıb ?

İlk öncə ondan başlayaq ki, Gündəlik-Bakı olaraq illər öncə yazdıq ki, məmurun sehrli  çubuğu-zadı  yoxdr ki, vətəndaşın problemini  bir andaca həll etsin. Amma...
Əmması odur ki, məmur  vətəndaşı insan kimi qəbul edəndə, onun probelminə şərik olanda  vətəndaşın probelmi 50 faiz həll olunur, vətəndaşın içində  bir mənəvi rahatlıq yaranır. 
Çox  təəssüf  ki, bizim məmurlar  vətəndaşlarla görüşməyə,  söhbət etməyə  5-10 dəqiqə  vaxt tapa  bilmirlər. 
Bu məsələ cəmiyyətdə ciddi aqressiv vəziyyət yaradır. 
Təsəvvür edirsiniz, Qarabağda döyüşmüş insan icra başçısının qəbuluna düşə bilmir. 
Biz demirik ki, qəbula  düşən kimi icra başçısı problemi həll edəcək. Amma  vətəndaşı  qəbul etmək, onu dinləmək,  nə böyük problemdir..? 
Cənab Prezident İlham Əliyev  cənabları əbəs yerə məmurlara demir ki, mən də, siz də, xalqın xidmətçisiyik...
Bəs belə olan halda məmurlar niyə  hətta vətəndaşı  qəbul etməyə vaxt tapmır..? 


Qarabağ  qazisi, 5 gündür   baş həkimi tapa bilmir....

Qarabağ  qazisi deyir ki, bir həftədir  baş həkimin qəbuluna düşə bilmirəm....
Hər dəfə də Qarabağ  qazisinə deyirlər ki, baş həkim Səhiyyə Nazirliyində iclasdadır...
Adam,  baş həkim  5 gün Səhiyyə Nazirliyində nə edir...?
Canını Qarabağ  döyüşlərində qoyan  Qarabağ qazisi soruşur ki, mən 5 gündür  xəstəxanaya gedirəm, amma baş həkimi tapa bilmirəm...
Adam, nə iclas-filan,  vətəndaş, 5 gün  müraciət etməyə  heç kimi tapmır....
Sözün qısası, Vətən müharibəsi qazisi Hacı Vəliyevlə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.
Bəli, qazi Hacı Vəliyev özü sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliknikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib: “Bir xeyli get-gəldən sonra bildirdilər ki, mən burada qeydiyyatda deyiləm. Onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta burada qeydiyyatda olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar".
Qazi deyir ki, daha sonra baş həkimin qəbulunda olub: "Baş həkim dedi ki, sən buranın qeydiyyatında deyilsən, sənə kömək edə bilmərik. Yuxarıdakıları dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə arayışı səhv verib. Dedim ki, işçiləri tənbeh edin, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı. Elə burada da ağrılarım şiddətlənmişdi, tez-tez əlimlə gözlərimi ovuşdururdum. İki dəfə soruşdum ki, niyə gülürsüz? Gülməyə davam edirdi. Mən də dedim şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı".
Yəni söhbətə güc  nazirliklərinin əməkdaşları qarışıb, uzun  söhbətlər olub  və s...
Amma  bütün bunlara ehtiyac var idimi..? 
Qarabağ  qazisi  soruşur ki, məni təhdid  etməyə, hədələməyə  nə ehtiyac var idi..? 
Qarabağ  qazisinin dediyinə görə, onları polisə dəvət etsələr də baş həkim Aytən Qurbanova  polisə getməkdən imtina edib. 
Qazinin dediyinə görə, baş həkim Aytən Qurbanova keçmiş millət vəkili Fərhad Qəribovun qızıdır: “Həyat yoldaşı isə keçmiş polis əməkdaşı Qurbanov Vüqar Akif oğludur. Vüqar Qurbanovun əmisi ilə Ziya Məmmədov qudadır”.
Sözün qısası, şikayətçilərin dediyinə görə, 19 saylı şəhər poliklinikasının Baş həkimi  Qurbanova Aytən Fərhad qızını iş yerində tapmaq mümkün deyil.
Günün hansı məqamında katibəsindən baş həkimi soruşursan deyir ki, baş həkim nazirlikdə iclasdadır.
Baş həkim heç  vaxt yerində tapılmadığı üçün onun  bütün  işlərini müavini Yeganə xanım həyata keçirir. 
Digər  müavin isə Tərxanımdır. Onun da adı  mediada neqativ hallarda  qeyd olunur. 
Amma ən əsası odur ki, Baş həkim Aytən Qurbanova  özünü  güc orqanlarının  yaxını kimi qələmə  verərək,  heç kimi saymır, ümumiyyətlə, işə gəlib getmir. 

19 saylı poliklinikanın ən müammalı otağı 10-cu otaqdır.Hansı ki,həmin otaqda vətəndaşlara sağlamlıq haqqında arayış verilir.Necə və hansı yollarla verildiyini isə,19 saylı şəhər poliklinikasına yaxımlaşıb özünüz görə bilərsiniz.Maraqlısı odur ki,bütün otaqlarda qapının cəftəsi olduğu halda niyə 10 cu otağın qapısının cəftəsini çıxarıblar ?
Kimsə birdən qapını açıb içəriyə nəzər salıb,olanlardan agah olar deyə bu əmələ əl atılıb ?
Onu  poliklinikada  əvəz edən  Yeganə xanıma  isə hər gün kimsə bahalı güllər göndərir.

(Redaksiyadan:-Güllərlə bağlı biz heçnə deyə bilmərik, amma düşünürük ki, o gülü ya həyat yoldaşı, ya övladları, ya da qardaşı göndərə bilər. 
Bu qadının həkim, yoxsa modelyer olduğunu müəyyən etmək olmur. 
Və beləcə Qarabağ qaziləri  poliklinikanın qapılarında  günlərlə gözləmələli olur.
Sonra da deyirlər ki, Qarabağ qaziləri niyə intihar edir..?
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.