Gundelik-baku.com-a daxil olan məlumata görə, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Xatırladaq ki, İsmayıl Vəliyev 21 fevral 2020 ci ildə DTX əməkdaşları tərəfindən həbs olunub.
Məlumatlı mənbə onu da bildirdi ki, İsmayıl Vəliyev hal-hazırda 2 saylı cəzaçəkmə müəssisəsinin karantin bölüyündə "burjuy"lar üçün tikilmiş aylığı 10000 manat olan "xata" üçün növbə gözləyir. Xatırladaq ki, azadlıqda olarkən kiməsə cinayət işi qaldırmaq üçün ərizə yazan adamlara içəridə pis baxırlar, İsmayıl Vəliyev. Bu yaxınlarda eşitdik ki, Mərdan Camalovun həbsinə hazırlıq gedir. Olsun, biz nə deyə bilərik.