Rüşvət müqabilində qərar çıxaran hakimlər həbs olunmalıdır.

Yaxşı yadımdadır 90-cı illərdə nəinki məqaləyə, hətta  bir cümləyə görə, bizi  “Senzura”ya çağırırdılar. 
Hətta  bir dəfə  məni  bir cümləyə görə, az qala....
Axırda  dedim ki, bu sözlər  böyük  Hüseyn Cavidə  məxsusdur   və...Hüseyn  Cavidin nəşini Ulu Öndərimiz, Heydər Əliyev Sibirdən  Naxçıvana gətirərək dəfn edib. Ondan sonra məndən əl çəkdilər. 
Hətta  indiki nəsil bilməz... qəzetlərin ağ yerləri var idi....Yəni senzuradan keçməyən  hissə kəsilirdi və həmin yer qəzetdə ağ olaraq  çap olunurdu. 
Sözün qısası, sabah qəzetləri ağ-qara olaraq görürdük. 
Yəni biz həmin dövrlərin canlı şahidləriyik.
Mərhum Ulu Öndər Heydər Əliyev cənabları Azərbaycan tarixində ilk dəfə olaraq 1998-ci il avqustun 6-da mətbuatda öz fərmanı ilə senzuranı ləğv etdi. 
Bu Şərq aləmində, Azərbaycanda böyük inqilabi dəyişiklik idi. 
Bu tarixi qərar milli mətbuatın inkişafına çox mühüm töhfələr verdi, bu istiqamətdə yeni imkanlar və şərait yaratdı”
Senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu.
Ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. 
Ulu Öndər  təkcə senzuranı ləğv etmədi ee, ümumiyyətlə, Mətbuat  Nazirliyini ləğv etdi….
Bəli, dövlət Mətbuat Nazirliyi vasitəsilə müstəqil mediaya nəzarət edirdi. Amma Ulu Öndər bu nazirliyi ləğv etməklə hakimiyyətinin müstəqil mediaya  təsir imkanlarını minimuma  endirdi. 
Bu uzun girişi yazmaqda məqsədimiz odur ki, Ulu Öndər 1998-ci ildə Azərbaycan tarixində  böyük bir ənənənin əsasını qoydu. 
Ulu Öndərin mətbuatla bağlı bir maraqlı fikri də var idi. 
Media ilə dost ola bilmirsinizsə, çalışın düşmən olmayın. 
Sözün həqiqi məmasında Ulu Öndər həmişə mediaya, media mənsublarına hörmət və ehtiramla yanaşıb. 
Çox təəssüf ki, bəzi məmurlar bunu başa düşməyib, müxtəlif zamanlarda mediaya qarşı rüsvayçı hərəkətlər ediblər.
Bəli,  1998-ci ildə Azərbaycan mətbuatı 70 illik sovet əsarətindən qurtuldu. 
Bu gün kimlərinsə xoşu gəlməyə bilər, xoşu gələ bilər, amma ölkə mediası olmasa, cəmiyyətin  nə gündə olduğunu bir anlıq gözünüzün  önünə gətirin. 
Bu gün nə qədər dövlət qurumları var, hüquq-mühafizə orqanları var. Amma..
Əmması odur ki, Azərbaycan vətəndaşları yenə son ümid yeri olaraq  ölkə mediasına sığınır,  dərdini, problemlərini mediaya söyləyir və köməyi mediadan umur…
Kimlərsə adına REKET deyir, kimlərsə yolunu kəsdirir, kimlərsə asır, kəsir, kimlərsə "konkretno rədd ol" deyir, amma dırnağı qapı arasında qalanda dizi üstə oturur mətbuatın qarşısında yerə, başlayır yalvarmağa ki, məni müdafiə edin. Amma unutmayın ki, Azərbaycanın sağlam mediası, (yəni küçə qadınlarından ibarət dəstələri çıxmaq şərtilə) olmasa təsəvvür edirsiniz, ölkədə nələr baş verər..? 
Biz Gündəlik-Bakı olaraq yazırıq ki, Azərbaycana ən böyük təhlükə rüşvətxor məmurlardan gəlir. 
Bu rüşvətxor və korrupsioner məmurlar sifarişlə məhkəmələrə təzyiq edir, sifarişlə  jurnalistləri  cəzalandırırlar. 
Bir daha qeyd etmək istəyirik ki,  mərhum Prezidentimiz Heydər Əliyevin, yaxud  cənab Prezidentimiz İlham Əliyev cənablarının mediaya DOST münasibətinə baxmayaraq bəzi məmurlar hələ də 5-10 min manat verib  jurnalistləri həbs etdirmək istəyindən əl çəkə bilmirlər. 
Bu məmurlar başa düşmür ki, sivil dünyada  jurnalisti həbs etdirmək dövlətin imicinə zərbə deməkdir. 
Axı, cənab Prezidentimiz bütün bu problemləri aradan qaldırmaq üçün Mətbuat Şurası yaratdı və ….
Bəli, media ilə mübahisələr ilk öncə  Mətbuat Şurasında müzakirə olunmalı, onların sənədləri yoxlanmalı, onların jurnalist fəaliyyəti ilə məşğul olmaq imkanlarının hansı dərəcədə olması aydınlaşdırılmalıdır və ondan sonra jurnalist təşkilatına qarşı irəli sürülən mübahisələr incələnməlidir. Lazım gəldiyi halda təkzib tələb olmalıdır.
Yəni medianı məhkəmə ilə, yaxud həbslə hədələmək  çıxış yolu deyil. 
Ümumiyyətlə, sivil dünyada jurnalistə qarşı xüsusi-ittiham qaydası ilə cinayət işi qaldırmaq  yolverilməzdir. 
Biz Gündəlik-Bakı olaraq  Ali Məhkəmənin sədir  cənab Ramiz  Rzayevə, Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova  müraciət edərək  xahiş edirik ki, müstəqil mediaya  qarşı məmur senzurasına, hədə-qorxuya son qoyulsun. Rüşvət müqabilində hakimlərin çıxartdıqları qərar və qətnamələrə görə hakimlər həbs olunsun. Onlar gələcəkdə alacaqları yüksək təqaüddən məhrum olunsunlar. Bilirsiniz, tələbkar 10 000 manat cərimə kəsməyi xahiş edir, hakim 20 000 rüşvət müqabilində 10 000 manat cərimə yazır. Daha fikirləşmir ki, bu tələbin 1 manat da olsa aşağı sala bilər. Buna misal olaraq, Zəngilan Rayon Məhkəməsinin hakimi Türkmənistanda doğulmuş, Azərbaycan dilində mükəmməl yazıb-oxumağı bacarmayan, Azərbaycanlı olmayan, hələ də Türkmən dilində yazıb, oxuyan Gülsarə Kərimovna İmanovanı göstərmək olar.
Ümumiyyətlə, məmur-media  mübahisələri daha sivil yolla  həll olunmalıdır.
Biz sivil Avropanın  bir hissəsi olaraq üzərimizə  götürdüyümüz öhdəliklərə əməl etməliyik.

Daha rüşvət alıb, hansısa məmurun sifarişini yerinə yetirməməliyik.
P.S. Dünyada hər hansı bir hakimin rüşvət alaraq, sifarişli qərar çıxarmalarına görə ölü-diri söyüşü var. Cənablar, bu Hippokrat andı deyil, ölü-diri söyüşüdür!!!