Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna kimi ƏDALƏTSİZ hakimlər nümunə götürməlidir!

Qadının cəmiyyətdə rolu barədə kifayət qədər yazılıb.
Bu gün cəmiyyətimizdə qadınlar müxtəlif sferalarda çalışır, bu gün həkim, müəllimə, hakim kimi çalışan qadınlarımız var.  
Bəli, bu gün xanımlarımız cəmiyyətdə söz sahibidirlər. 
Hətta məhkəmə hakimi  kimi çalışan qadınlarımız da var. 
Bəli, ədalətli məhkəmə hakimi adını daşımağa layiq olan xanım hakimlərimizdən biri də  Cəmilə xanım Səfiyevadır.  
Söhbət  Abşeron rayon məhkəməsinin hakimi, Şuşa məhkəməsinin sədr əvəzi  Cəmilə Səfiyevadan gedir. 
Bu ədalətli və obyektiv məhkəmə hakimi  haqqında onu demək olar ki, Cəmilə Səfiyeva  işlədiyi  müddətdə bütün məsələlərə obyektiv və ədalətli yanaşıb. 
Qısa məlumat üçün qeyd edək ki,  hətta orta əsrlərdən üzü bəri cəmiyyətiin onurğa sütunu ƏDALƏT olub. 
Bəli, demokratiya, liberalizm, insan haqları-filan son 100 ilin məsələsidir. Axı, cəmiyyət  və dövlətlər 1000 ildir ki, davam edir. O dövlətləri də ayaqda  saxlayan ƏDALƏT anlayışı idi. 
Bəli,  bütün zamanlarda  cəmiyyəti ayaqda saxlayan bir kriteriya olub – ƏDALƏT 
Ulu Öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət iki məsələdən sarsılır:
Cinayətkar cəzasız qalanda və günahsız cəza alanda.
Bütün bu məsələlər isə məhkəmə sistemində həll olunur. 
Ədalətli hakimlərimizin olması cəmiyyətimizin sağlamlığı üçün  çox vacibdir. 
Biz Gündəlik-Bakı olaraq  neçə vaxtdır Suraxanı Rayon Məhkəməsinin sabiq hakimi, Zəngilan Rayon Məhkəməsinin sədri milliyətcə Türkmən olan, Gülsarə Kərimovnanın əməlləri barədə yazırıq. 
Onun Türkmənistan vətəndaşı olaraq, Azərbaycana gəlməsi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımın rəfiqəsi olması və s barədə kifayət qədər yazmışıq.
Sözümüzün canı odur ki, Gündəlik-Bakı olaraq biz kimisə qaralamağı, yaxud hər şeyin üzərindən qara xətt çəkməyi qəbul etmirik. 
Mirzə Ələkbər Sabir demişkən, düzü düz, əyrini əyri....
Biz Gülsarə Kərimovna kimi hakimlərin əməllərindən də  yazırıq, həm də ədalətli qərarlara imza atan Cəmilə  Səfiyeva kimi ədalətli hakimlərimizin də  haqqında bəhs edirik. 
Bəli, Cəmilə Səfiyeva  “Veysəloğlu”  şirkətlər qrupunun milyonlarına, arxasında duran nüfuzlu şəxslərə baxmayaraq obyektiv və ədalətli qərar  çıxarıb. 
Burada Ulu Öndərimiz Heydər Əliyevin məşhur sözləri yada düşür. 
Cəmiyyətin onurğa sütunu ƏDALƏTDİR. 
Bu qısa yazıda Azərbaycan məhkəmə-hüquq sisteminin 2 xanım nümayəndəsindən bəhs etdik.
Qoy Gülsarə Kərimovna kimi məhkəmə hakimləri Cəmilə  Səfiyeva kimi ədalətli hakimlərdən  dərs alsın, onlardan nümunə götürsünlər. 
Gündəlik-Bakı olaraq sonda digər məhkəmə hakimlərimizə də məsləhət bilərik ki, Cəmilə Səfiyeva, Şeyda Məhərrəmova, Elnur Nuriyev, Murad Məmmədli, Hüseyin Səfərov, İlkin Əliyev, Abbas Rzayev, Məmməd Məmmədov, Mübariz Əkbərov, Rəşad Həsənov, Akif İskəndərov və Kamran müəllim kimi nümunəvi  hakimlərin təcrübəsi qəbul edilsin və öyrənilsin. 
Gülsarə Kərimovna kimi hakimlər isə cəmiyyətdə  ifşa olunaraq  onların fəaliyyətinə  son qoyulsun. 
Gündəlik-Bakı olaraq məhkəmə-hüquq  sistemindəki müsbət və mənfi hallarla  bağlı  araşdırmalarımız davam edir. 
Bizim məqsədimiz hər şeyi  qaralamaq deyil, düzü düz, əyrini əyri kimi yazmaqdır.