Valeh Nəcəfov hətta öz “şefi Arzu Rəhimovu” da şantaj etməyi bacarır...

Astaranın “voyenkom”u Binəqədiyə transfer olunacaq.


Azərbaycan mətbuatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)  Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov haqqında  nə qədər neqativ yazıların olduğunu  görəndə adam dəhşətə gəlir. 
Bir adam haqqında bu qədər mənfi məlumatlar yazılırsa, nə üçün onun fəaliyyəti  araşdırılmır..? 
Hətta yazılanlara görə, Astaranın “voyenkomu” öz rəisi Arzu Rəhimovu da şantaj etməyi bacarır.
Görəsən, Valeh Nəcəfovun əlində hansı “dosye” var ki, hətta öz şefinə də təzyiq edə bilir..? 
Bəli, Valeh Nəcəfov onunla bağlı Arzu Rəhimova olunan şikayətlərə reaksiya verməyərək öz qanun pozuntularını daha da gücləndirir.  
SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov öz şəxsi mənafeyini güdərək gənclərin bir qismini saxta yollarla həqiqi hərbi xidmətdən yayındırır. Bu barədə daxil olan məlumatda daha sonra göstərilir ki, bir müddət öncə həmin şöbədə rüşvət faktı ilə bağlı araşdırma aparılmışdır.
Lakin sonradan Valeh Nəcəfovun “krışası” Nəcməddin Sadıkovun tapşırığı ilə məsələ bağlanmışdır. 
Və baş verən hadisələrdən nəticə çıxartmaq əvəzinə şöbə rəisi öz çirkin əməllərini daha da genişləndirir. 
Təsəvvür edirsiniz, bu gün Cənub zonasında nə qədər “neqodnu” gənclər var. 
Biz Gündəlik-Bakı olaraq dövlətimizin cənubuna, şimalına fərq qoymuruq, hamısı bizimdir.
Və fəxrlə deyirik ki, Cənub zonası Azərbaycana Həzi Aslanov kimi generallar bəxş edib. 
Bəs, görəsən, bütün bunları Astaranın “voyenkomu” Valeh Nəcəfov başa düşmür..? 
Bir zaman gənclərimiz Qarabağ uğrunda döyüşə könüllü olaraq yazılırdı. 
Bəs necə oldu ki, bir rayonda bu qədər “neqodnu” gənc oldu..? 
Biz bir media olaraq heç nə demirik, qoy müvafiq orqanlar Astarada olan “neqodnu”ları yenidən  tibbi komissiyadan keçirsinlər və real vəziyyəti görsünlər… 
Bunun arxasında milyonlarla rüşvət var ee…
Bir daha deyirik ki, bizim kimisə, o cümlədən, Valeh Nəcəfovu qaralamaq fikrimiz yoxdur.
Qoy dövlət orqanları  araşdırsın ki, 3000-5000 manata görə, sağlam gənci necə “neqodnu” edib  hərbi xidmətdən yayındırırlar. Və…
Bəli, əvəzində görmə qabliyyəti zəif, sağlamlığı yol verməyən kasıb övladlarını hərbi xidmətə yollayırlar. 
Hansı ki, onların səhhəti  hərbi xidmətə yol vermir. 
Təsəvvür edirsiniz, Valeh Nəcəfovun vaxtının çoxu Bakıdakı bahalı restoranlarda  keçir. 
Bu adamdan soruşan yoxdur ki, sən dövlət məmurusan, bu vaxt sən Bakıda restoranda  neyləyirsən..? 
Bəli, mediada yayılan məlumatlara görə, Valeh Nəcəfov Bakının Şamaxinka deyilən, ərazisində  20 yanvar ətrafında dostları ilə məclis quraraq Binəqədinin hərbi komissarı olacağı ilə bağlı söhbətlər edir. Hətta onu da deyib ki, mən bilirəm Binəqədinin komissarı kimin kadrıdır, bilirə o kiminlə bir binada yaşayır, bilirəm bahalı maşınları hansı vasitə ilə alır, bilirəm onun atası kimin adından istifadə edir, bilirəm orada "neqodnu"nun qiyməti neçəyədir. Mən hər şeyi gözəl bilirəm.
Hətta məni Binəqədiyə hərbi komissar qoymasalar, mən bilirəm nə edəcəm. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun əlehinə ən pis fikirlər  səsələndirərək yaxın zamanda onun yerinə gələcəyini açıq-aşkar söyləyir. Hətta bildirir ki, Arzu Rəhimov hansı keçmiş iriçaplı məmurla bağ qonşusudur və həmin keçmiş iriçaplı məmurun vasitəsilə də vəzifəyə gəlmişdir. İndi də həmin adamla əlaqələri var. Bir dəfə də o iriçaplı məmurun vasitəsilə də tanınmış bir jurnalisti həbs etdirib. (həə Valeh Nəcəfov, sənin dediyin o jurnalistin həbsindən bizim də xəbərimiz var, onu bizə Laçın rayonundan olan, Pərviz adlı dustaq deyib, bu haqda sonra)
Bu adam öz rəisini belə  şantaj etməkdən çəkinmir. 
Bəli, Valeh Nəcəfov hətta Arzu Rəhimovu  özünə yaxın saytlar vasitəsilə şantaj edir, kimlərəsə hədə-qorxu gəlir. 
Amma bilənlər bilir ki, Valeh Nəcəfovun gücü keçmiş müdafiə naziri Səfər Əbiyevdə idi. 
Və Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi  Nəcməddin Sadıkov  Valeh Nəcəfovun “çətiri” idi. 
Bu gün nə Səfər Əbiyev var, nə də  Nəcməddin Sadıkov. 
Deməli, Astaranın “voyenkomu”  Valeh Nəcəfov başının çarəsini qılmalıdır. 
Daha dorğusu, müvafiq dövlət qurumları, bu adamla bağlı  ciddi araşdırmalar aparmalıdır. 
Son olaraq onu demək istəyirik ki, görəsən, hörmətli  Arzu Rəhimov nə üçün  bu barədə susur..? 
Ümumiyyətlə, Gündəlik-Bakı media qurumu olaraq  Azərbaycanda baş verən “neqdonu” biznesi ilə  bağlı araşdırmalarımız davam edir. 
Necə olur ki, 10 min insanın saxta əlillik-pensiya məsələsi ləğv edilir, amma  minlərlə “neqodnu”  məsələsi, ümumiyyətlə, müzakirə edilmir. 
Bizi izləyin. 

P.S. Deyəsən, Binəqədi çağırışçıları "nicat yolu"nu "arzu edərək" hələ çox gözləməli olacaqlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.