Oqtay Əsədov getdi, Nizaməddin gəldi, Qorxmaz getdi, Köçərli gəldi, amma…

Bakı şəhərinə verilən su elementar normalara cavab vermir…


Bakı şəhərinin içməli su ilə təchizahatının problem olduğu heç kimə sirr deyil. 
Yəni Bakı şəhərinin sakinləri uzun illər quyu suyundan istifadə ediblər. 
Ötən əsrin əvvəllərində rəhmətlik xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və pulu ilə Bakıya şollar suyu gətirilib. 
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq tarixə qısa bir ekskurs edək. 
Bir daha qeyd edirik ki, Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. 
Hələ 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H.Z.Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. 
Bəli,  Bakı dumasının ilk iclaslarında şəhərin su təchizatı məsələsi ilə bağlı məhz H.Z.Tağıyev tərəfindən əməli təklif irəli sürüldü. 1879-сu il yanvarın 11-də dumanın iclasında çıxış edən H.Z.Tağıyev təklif etdi ki, şəhər idarəsinin sərəncamına 1000 rubl ayrılsın və həmin vəsait su mənbələrinin axtarışına, yeni su kəmərinin layihə işlərinin maliyyələşdirilməsinə sərf olunsun. H.Z.Tağıyevin təklifi dumanın qərarı ilə qəbul edilmiş və ona əsasən ən yaxşı layihə üçün elan edilən müsabiqə ilə əlaqədar Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən Bakıya su kəməri çəkmək üçün şəhər idarəsinə 40-dan çox təklif daxil olmuşdu. Lakin bu təkliflərin hamısı rədd edilmişdi, çünki onların reallaşdırılması üçün böyük xərc tələb olunurdu, şəhər özünüidarəsinin vəsaitləri isə çox kasad idi. 
Sözün qısası, Hacı Zeynalabdin Tağıyev  öz vəsaiti hesabına şollar suyunun Bakıya  çəkilişini həyata keçirmişdi. 
Təsəvvür edirsiniz, bir insan öz halal pulu hesabına bu işə nail olmuşdu. 
Sonralar 90-cı illərdə SSRİ dağılan ərəfədə kimlərsə həmən suyu öz bağına, nə bilim öz  obyektinə, öz mal-qarasının suvarılmasına yönəldərək şəhərdə ciddi su problemi yaratdılar. 
Və yenə ortaya böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyev çıxaraq  Bakının içməli su ilə təminatını  həll etmək üçün Oğuz-Qəbələdən Bakıya su xətti çəkməyi irəli sürdü və bunun üçün dövlət böyük miqdarda vəsait xərclədi. 
Amma yenə bəzi məmurlar belə bir nəcib təşəbbüsə kölgə saldı. 
Belə ki, dövlətin milyardlar xərclədiyi bu boyda layihə illlərcə uzandı. 
Əvvəl Azərsu-nun rəhbəri olan  Oqtay Əsədov  bu layihənin hesabına ....
Bəli, çox detallara varmaq istəmirik, amma adamdan soruşarlar ki, Amerikada  30-40 milyon dollar dəyəri olan mənzili necə aldınız..? 
Yaxud  Rusiyanın paytaxtı  Moskvada  gözəllik salonu, mükllər  nəyin hesabına  başa gəldi..? 
Əlbəttə, dövlətin  Oğuz-Qəbələ-Bakı su kəmərinə ayrılan pulların hesabına...  
Sonra Əsədov getdi, Nizaməddin Rzayev  düz 7 il  
"Azərsu" ASC-nin sədri oldu. 
7 ildə Nizaməddin  Rzayev milyonlara  sahib oldu, bu gün Bakıda villaları, obyektləri  və daha nələri. 
Bu adamın ailə üzvlərinin adına  xarici ölkələrdə  nələr yoxdur...
Təsəvvür edirsiniz, bu adam yalandan lenti kəsir və...Bakıya Qəbələdən su gəlmir...
Bu adam milyonluq tenderləri   saxta yolla həyata keçirir...
Bu barədə dövrü mətbuatda kifayət qədər yazılıb....
Sonra Nizaməddin Rzayev getdi və AZƏRSU-nun başına Qorxmaz Hüseynov gəldi. 
Bir Azərbaycan kinosunda deyilən kimi, yenə həmən  dalğa, həmən kordinat.
Qorxmaz Hüseyov da düz  10 il, yəni  2011-2021-ci illərdə Azərsu-ya rəhbərlik etdi. 
Bu gün Azərsunun-keçmiş rəhbərlərinin nələri yoxdur. Restoranları,  saunaları, villaları, zavodları, avtomobil kolleksiyaları, klinikaları, dəvə, qoyun-quzu, mal-qara, at-eşşək fermaları və daha nələri...
Sözün qısası, Şərqdən Qərbə uzanan biznes şəbəkəsi, hətta salonlarda xanımlara verilən  uyuşdurucular....
Sonda isə Azərsu-ya Köçərli Həsənov rəhbərlik etməli oldu. 
Bütün buları yazmaqda məqsədimiz odur ki, dövlət Bakı şəhərinin su ilə təchizatı üçün 100 milyonlar deyil ee, milyardlar xərclədi. 
Bu milyardlar hara getdi..? 
Kimlərsə milyonlara sahib oldular. Amma...
Əmması odur ki, Peyğımbər əfəndimiz ( s.ə.s ) deyirdi ki, biz yediklərimizin və içdiklərimizin cəmiyik. 
Qoy müstəqil bir ekspert  komissiyası yaradılsın  və  görək, Bakı əhlinin hər gün içdiyi  suyun tərkibi nədir..?
Ümumiyyətlə, əhaliyə verilən su içməyə yararlıdırmı..?
Çünki çoxları deyir ki, Bakıda əhaliyə verilən su nəinki içməyə, hətta  çimməyə yaramır, hətta  texniki su səviyyəsində deyil. 
Əgər əks fikriniz varsa,  qoy, dövlət qurumları  buyurub şəffaf  laboratoriya analizlərini ortaya qoysun. Baxın, 70 il pislədiyimiz SSRİ-nin dövründə Bakı və ətraf rayonlar içməli su ilə tam təmin olunmuşdur. İstər içməli su olsun, istərsə də suvarma suları, bunlar əsas və köməkçi xətlərlə çəkilmişdir. İstər fəhlə olsun, istərsə də oliqarx, onların hamısı bir krantdan su içirdilər. Duzlu su, dəniz suyu, quyu suyu, moykalardan qayıdıb gələn su, bunların heç biri su xətlərinə qarışdırılmaz, camaata çirklənmiş su verilməzdi. Bütün laboratoriyalar yoxlanılaraq, təmizlənər və həkim baxışından keçirilərdi. İndi isə, hündürmərtəbəli binaların su depolarının içərisində lilin qalınlığı 2 qarışdan yuxarıdır. Heç bir təmizləyən, nəzarət edən də yoxdur. Amma dövlət hesabından böyük pullar silinir, hansısa proyektlər həyata keçirilir. Amma günün birində DƏMİR YUMRUQ bunun hesabını soracaq. Köçərli Həsənovdan soruşulacaq ki, hanı bu suların əhəmiyyət kəsb edən keyfiyyəti. Onda Köçərli Həsənovun 24.06.2022-ci ildə "Kral" şadlıq evində oğluna etdiyi 1000 nəfərlik dəbdəbəli toy yadına düşəcək. Köçərli Həsənov mətbuat qarşısına çıxaraq, toyun 1000 nəfərlik olmadığını sübut etməyə çalışar. Amma biz həmişə dəqiq faktlara söykənərək yazılarımızı mətbuata çıxarmışıq. İndi Köçərli müəllim, sənə deyirik düz olmasa, deyərsən düz deyil. Toya rəsmi dəvət etdiyin qonaqların sayı dəqiq 220 nəfər olub. Amma siyahıdan keçənlərin sayı 1000, hətta idarə rəisləri və vitselərin hansı stollarda oturduqları da bəllidir. Qohumun Əli Kərimlinin məclisə gəlməməsi də bəllidir. Bəlli olmayan bizim təmiz su ilə təmin olunmamağımızdır. Nə üçün əllərdə satılan sular təmiz, milyardlar hesabına krantlardan axan su şor verir. Bu suları qaynadanda ərp bütün hər yeri basır. 

Köçərli Həsənov, görürsünüz uzun müddətdir ki, Azərsudan heç bir tənqidi material vermirdik. Amma bu gün krantı açıb, su götürmək istəyəndə, krant dil açıb, dilləndi və dedi ki, səni and verirəm Azərsuda keçirilən tenderlərə və tenderlərdən qazanılan milyardlara. Çirkli suyu boğazımdan keçirərək sizlərə verdiyimə görə, ərp məni parça-parça edir. İnsafınız, mürvətiniz olsun, mənim bu səsimi yuxarılara çatdırın. Axı belə olmaz. 
Oktay müəllimin evində olan krant, Qorxmaz müəllimin evində olan krant, vəzifəli şəxslərin evində olan bütün krantların boğazları Ərəb müğənnilərinin səsləri kimi tərtəmizdir. Mənim günahım nədir ki, mən müharibə veteranının evində quraşdırılmışam. Budurmu ədalət. 
Sözün düzü, krantın bu söhbəti mənim üçün gözlənilməz oldu. Bir balaca özümü itirdim. Sonra krantdan azacıq su içmək istədim, onu da eləmədim. Evdəki köhnə komputerimin arxasına keçib orta barmağımla yazıq klaviaturanın düymələrinə möhkəmdən təpindim. Başımı qaldıranda gördüm ki, 7200 işarə. Amma əsəblərim sakitləşmirdi. Azərsunun strukturuna nəzər saldım. Dəhşət məni bürüdü. Əmioğlu, dayıoğlu, yeznə, qayın, kürəkən, ögey bacının əri, baldızın əri, baldızın oğlu, bütün növ qohum-əqrəba, hətta çay məsələləri, amma qanunvericiliyimiz deyir ki, qohumların bir yerdə işləməsi korrupsiya halıdır. 
Biz bu yazını başladıq, söz veririk ki, dostlarımızdan kimlərinsə xahişinin olmasına baxmayaraq, həmin krantdan içməli su gələnə qədər materialları dərc edəcəyik. İstər bizi güllələsinlər, istər məhkəməyə versinlər, istərsə də xahiş etsinlər, etməyin dostlar. Heç olmasa düşünün ki, bu vətən bizimdir, milyonçunun dilənçi övladları çox olub, bəlkə tale elə gətirəcək ki, Köçərli Həsənovun oğlu gələcəkdə bir udum təmiz suya möhtac olacaq. Ona görə də, cənab Prezidentimizin min bir əzab, əziyyət bahasına əldə olunan qələbələrimizə diqqətlə yanaşmalı, Ali Baş Komandanımızın vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün ayırdığı hər bir manatın təyinatına yüksək diqqət ayırmalıyıq. Kimlərinsə cibinin dolması xatirinə hansısa işlərə göz yummaq lazım deyil, cənablar. Cənab Prezident və tarix sizi bağışlamayacaq. Ardı var.
Ümumiyyətlə, içməli su mövzusunu davam etdirəcəyik.