Yəqin ki, növbəti  xitam Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovna barəsində olacaq... 

Cənab Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk müsahibəsində demişdi ki, biz  tayfa psixologiyası, feodal düşüncəsi ilə heç nəyə nail ola bilmərik, biz sivil dünya qanunları ilə fəaliyyət göstərməliyik. 
Bu sözlər gələcək fəaliyyətə ciddi bir yönüm idi. 
İllər keçəndən sonra cənab Prezident Ali Məhkəmənin möhtəşəm binasının açılışında dedi ki, bura ƏDALƏT SARAYI olmalıdır. 
Çox təəssüf ki, digər dövlət qurumlarında olduğu kimi, məhkəmə-hüquq sistemində də bu gün kifayət qədər mənfi hallar var. 
Hətta adını çəkmək istəmədiyimiz deputatlardan biri Milli Məclisin tribunasından dedi ki,  Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ vəziyyətdədir. 
Bu məqamda Ulu Öndər Heydər Əliyevin dəyərli fikirlərindən biri yada düşür:
Dövlət iki məqamda sarsılır:
Cinayətkar cəzasız qalanda və günahsız cəza alanda. 
Bəli, bütün bu problemlərin kökündə məhkəmə-hüquq sistemi dayanır. 
Son 10-15 ildə məhkəmə-hüquq sisteminin təminatı üçün cənab Prezident mümkün olanların hamısını elədi. 
Belə ki, məhkəmə binalarının təmir olunması, elektron sistemin təminatı, hakimlərin əmək haqlarının artırılması və digər məsələlər həyata keçirildi. Amma…
Əmması odur ki, açıq deməliyik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində cəmiyyətin gözlədiyi hüquqi islahatlar baş vermədi. 
Bütün bunlara görə, cənab Prezident İlham Əliyev cənabları bəzi məhkəmə hakimlərinin vaxtından əvvəl vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sərəncam imzalayır. 
Bəli, cənab Prezident iki gün öncə belə bir sərəncam imzaladı: 
Belə ki, bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndini və 114-cü maddəsinin üçüncü hissəsini rəhbər tutaraq aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:
Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri
Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.
Bəli, cənab Prezidentin sərəncamı ilə yuxarıda adı  çəkilən məhkəmə hakimlərinin səlahiyyətinə  vaxtından əvvəl  xitam verilib. 
Bu məqamda Gündəlik-Bakının xeyli müddətdir barəsində yazdığı Gülsarə  Kərimovna ( İmanova)  yada düşür. 
Bəli, biz Gündəlik-Bakı media qurumu olaraq xeyli müddətdir yazır ki, Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İmanovanın fəaliyyəti ilə bağlı şikayətlər bitib-tükənmək bilmir.
Xəbər saytlarında məhkəmə sədrinin şikayətçiləri qəbul etməməsi, süründürməçiliyi, qanunsuz hərəkətləri, şəhid ailəsinə qarşı mənfi münasibəti barədə kifayət qədər yazılıb.
Hətta Gülsarə Kərimovna pandemiya dövründə məcburi köçkün ailələrinin boşanmasını da biznesə çevirib. Ümumiyyətlə, Türkmənistanda doğulan, Türkmənistan vətəndaşı olan Gülsarə Kərimovnanın necə Azərbaycan məhkəmə sistemində işə düzəlməsi özü ciddi araşdırma mövzusudur. 
Məlumat üçün qeyd edək ki, Gülsarə Kərimovna Türkmənistanda anadan olub. (ay camaat, görmüşük ki, bizim Azərbaycanlıların soyadları zadə, ova, ov, lı, li, oğlu, qızı, amma ovna bizlik deyil).
1984-cü ildə Türkmənistan Dövlət Universitetini bitirib,
1984 – 1986-cı illərdə Çarcov Vilayəti Təmir Tikinti trestində hüquqşünas işləyib,
1986 – 1992-ci illərdə Çarcov Vilayəti Darqanata rayon hüquq məsləhətxanasının vəkili olub,
1992 – 1994-cü illərdə Darqanata rayon Qaraçak qəsəbə notariat kontorunun notariusu kimi çalışıb. Və…
2013 – 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub,
2018 – ci ildən isə Zəngilan Rayon Məhkəməsinin sədridir.
Fikir verdinizsə, bu adam 1994-cü ildə, yəni müstəqil Türkmənistan dövlətinin vətəndaşı olub və sonradan Azərbaycanda məhkəmə hakimi və sədri olub.
Axı, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Bəs, başqa bir dövlətin vətəndaşı Azərbaycanda necə məhkəmə hakimi, sədri ola bilər ?
Görəsən, Gülsarə Kərimovna hansı dövlətin vətəndaşıdır ?
Gülsarə Kərimovna Türkmənistan dövlətinin vətəndaşlığından imtina edibmi ?
Bir ölkənin vətəndaşı başqa bir ölkədə dövlət qulluğunda çalışa bilməz.
Mediada yayılan məlumatlara görə, Gülsarə Kərimovna, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xanımı Qalina Yuryevna ilə çox yaxın rəfiqədir. Amma kiminləsə rəfiqə olmaq o demək deyil ki, qanunlara qarşı sayqısızlıq elə.
Bir sözlə, cənab Prezidentin məhkəmə-hüquq sistemi ilə  bağlı  son qərarları onu göstərir ki, bu sahədə ciddi təmizləməyə ehtiyac var. 
Yəqin ki, bu proses Gülsarə Kərimovnadan da yan keçməyəcək. 
Və yaxın zamanda Azərbaycan məhkəmə-hüquq  sisteminin ən savadsız hakimi olan  Gülsarə  Kərimovna, savadlı hakimlərdən biri ilə əvəz olunacaq.

P.S. Azərbaycan adlı məmləkətin Ədliyyə sistemində çalışan rəhbər şəxslərin nəzərinə. Biz Azərbaycan vətəndaşı olaraq, orta məktəbi Azərbaycan dilində yazıb, oxuyuruq. Ali məktəbi Azərbaycan dilində yazıb, oxuyuruq. Ən əsası odur ki, hüquq elmi riyaziyyat elmi deyil ki, dünyada bir standart qəbul olunsun, yəni ikiyə başqa ölkədə dörd demirlər. Dünyada iki elə ikidir. Amma hüquq elmi elə bir elmdir ki, o konstitusiya ilə tənzimlənir. Gülsarə Kərimovna heç bir təhsilini Azərbaycanda almayıb. O, Azərbaycan dilində yazıb-oxumağı bilmir. Gülsarə Kərimovnanın rəhbərlik etdiyi Zəngilan Rayon Məhkəməsində kompleks yoxlama olsa o dərhal Türkmənistana bilet alacaq. Gülsarə Kərimovna Zəngilandan olan müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə qarşı çox amansız davranır, heç bir araşdırma aparmadan, qərar və qətnamələr çıxarır. Biz düşünürük ki, Gülsarə Kərimovna bizdən hansısa qohumlarının qisasını alır. Bu başqa yazının mövzusu olacaq.