Mətbuatda yeni imic formalaşıb. Əvvəllər millət vəkilləri seçicilərilə görüşlərini, vətəndaşların problemlərini həll edib, öz səhifələrində paylaşırdılarsa, indi başqa bir imic formalaşıb.
Belə ki,millət vəkilləri irili-xırdalı hər gördükləri işləri müəyyən məbləğ müqabilində saytlarda, sosial şəbəkə platformalarında paylaşdırırlar. Bunu da ərsəyə gətirmək üçün, kifayət qədər ciddi məbləğlər xərclənir.
Bu da dəfələrlə içtimaiyyət tərəfindən qınanıb.
Sosial şəbəkə istifadəçiləri sual verir ki, millət vəkilləri hər hərəkətlərini niyə saytlarda yayırlar. Milyonçu millət vəkilləri saytlara pul buraxıb niyə reklam olurlar ? Bunun əvəzinə seçicilərlə görüşüb o saytlara verdiyi pulları seçicilərin problemlərinin cuzi hissəsinə kömək edə bilərlər.
Hətta xanım millət vəkili Könül Nurullayeva və digərləri də dəfələrlə sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevriliblər.
Millət vəkillərində bu qədər pulun olması da içtimaiyyəti çox maraqlandırıb.
Məsələ ilə bağlı marağı olan tərəflərin mövqeyini dərc etməyə hazırıq!