Uzun müddətdir ki, ölkənin bəzi rayonlarının icra hakimiyyəti başçılarından şikayətlər səngimək bilmir. Hətta həmin Rayon İcra Hakimiyyəti başçılarının uzun illərdən bəri, dövlətdən yayındırdıqları büdcə pulları hesabına, yığdıqları var-dövlətin siyahısı da mətbuatda dəqiq göstərilir. Özlərinin, həyat yoldaşlarının, yaxın qohumlarının, hətta xaricdə yaşayan əcdadlarının adına aldıqları mal-mülkün  siyahısı mətduatda dərc olunur. Konkret olaraq onu göstərə bilərik ki, bunlar Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Agcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. 
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarovun fəaliyyətinin yoxlanması, onun yaxın günlərdə həbs olunmasından xəbər verir. Özünün və yaxın ətrafının qara buludlardan xilas olunması üçün, əlindən gələni etməyə hazır olan, Sıraqəddin Cabbarov son hadisələrdən sonra ümidlərini tamamilə itirib. Sıraqəddin Cabbarov yaddan çıxarmamalıdır ki, o, Ramiz Mehdiyevin kürəkəni İlham müəllim ilə qohumluğundan istifadə edərək, zamanında böyük özbaşınalıqlara imza atmışdır. Vaxtı ilə Sıraqəddin Cabbarov, Əli Həsənovla yaxınlıq münasibətlərinə görə demişdir ki, mən başçı olduğum rayonda, ancaq Əli müəllimin qayını Cəbrayıl Vəliyev polis rəisi ola bilər.
Bu gün bu məsələlərin hamısı araşdırılmalıdır. İstər Əli Həsənov, istər Ramiz Mehdiyev, istərsə də onları müdafiə edən Hüquq Mühafizə Orqanlarında işləyən, Ramiz Mehdiyev və Əli Həsənov sevərlər bilməlidirlər ki, artıq 2005-ci il təfəkküründən çıxmaq lazımdır. Əli qələm tutan, ictimai rəyi formalaşdıra bilən iqtidaryönlü jurnalistləri sıxışdıraraq aradan çıxarmaq olmaz hörmətli Əli Həsənov. 
Araşdırmalarımız davam edir, mövzunu diqqətdə saxlayacağıq.