Azərbaycanda əhalinin su problemi illərdi ki, həllini tapa bilmir. Buna səbəb də, Azərsu ASC-də baş verən qanunsuzluqlar və maxinasiyalardır. Sosial şəbəkələr və saytlar nə qədər yazsa da, bu qurum barədə hələ də ölçü götürülmür. Azərsu daxilində baş verən tender oyunlarına, maxinasiyalara, ”kadr siyasətinə” sədrin səlahiyyətlərini daşıyan Köçərli Həsənovun başçılıq etdiyi deyilir. Məhz buna görə də, günü-gündən şikayətlər artır, iş rejimi iflic hala düşür.
Xatırladaq ki, 04 aprel 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub. Və sədrin bütün səlahiyyətləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənova həvalə edilib.
Olunan şikayətlər, qısa müddət ərzində Azərsu ASC-də ciddi yoxlamaların başlayacağının, hətta həbslərin olacağına zəmin yaradır.